Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

A delightful poem gift for children - Fidan Abdurakhmanova

06-07-2022 [ 13:55 ] [ read:54 ]
printerA+ | A-
102549

It is a children's copy, but not yet written. First they arise themselves, then they create their own worlds. Childhood, the most unforgettable and irreplaceable period of life, is the source of joy in the world. One of the necessities that increase this joy are works written for children. There is no ideal story, book or science for children. Because their tastes and opinions are different, the topics they choose to read are also varied. As we adults love children, we should make them love reading.

Uşaqlar böyüklərdən diqqətli olduğu üçün onların beyinlərində gördükləri hər məsələ haqqında daha tez fikir formalaşır. Hər xırda detallar haqqında onlarda maraqlı suallar yaranır. Onlar dünyanın dürüst çağlarında olduqları üçün yalnız həqiqətləri görmək və eşitmək istədikləri kimi, oxuduqlarının cəmiyyətlə, təbiətlə əlaqəsini axtarır. Qəhrəmanı özləri olan bu əsərlər uşaqlar üçün doğma və maraqlı olmaqla yanaşı, həmçinin, ibrətamiz olmalıdır. Dünyanın ən maraqlı kitabları əsrlərlə marağını itirməyən uşaqların dünyasına həsr olunmuş əsərlərin, Lüis Kerollun "Alisa möcüzələr diyarında", Redyard Kiplinqin "Mauqli", Joze Qomes Ferreyranın "Cəsur Joanın qəribə macəraları", təyyarəçi-yazıçı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" adlarını çəkmək olar. 

Azərbaycan ədəbiyyatı tarixində uşaq ədəbiyyatı "Kitabi-Dədə Qorqud", "Koroğlu",  dastanlarındakı ailə mədəniyyəti, qəhrəmanlıq motivləri əsasında yaranan hekayət və nağıllarla başlasa da, XIX-XX əsrdə formalaşmışdı. Bu dövrlərdə Rəşid bəy Əfəndiyevin, Sultan Məcid Qənizadənin, Seyid Əzim Şirvaninin, Firudin bəy Köçərlinin, Abdulla Şaiqin, Abbas Səhhətin uşaq ədəbiyyatının inkişafında və dərsliklərin yaranmasında böyük xidmətləri olub.

Maarifçilik ideologiyası ilə uşaqların təhsili üçün faydalı nəsihətlər yazan Abbasqulu ağa Bakıxanovun 102 nəsihətdən ibarət "Nəsihətnamə"sində Azərbaycan folklorunu yaşadan atalar sözü və zərb məsəllərinə pedaqoji yönümdən işıq salınmışdı. Hüseyn Cavidin "Qız məktəbi" şeiri isə bütün məktəbli qızlara, müəllimlərin dilindən nəsihət oldu: "Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar..."

Dövlətçiliyimizin tarixində uşaqların və gənclərin təlim-tərbiyəsi mühüm yer tutur. Bu səbəbdən uşaqların təhsilində onların qiraətinə xüsusi önəm verilmişdir. Müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısı sayəsində əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə onların ahəngdar inkişafı naminə yönəlmiş, milli dəyərlər əsasında təşkil olunub. Lakin müstəqilliyimizin ilk illərində torpaqlarımızın mənfur düşmənlər tərəfindən ədalətsizcəsinə işğalı həmin dövrün uşaqlarının yaddaşlarında acı xatirələr yaratmışdı. 

"20 Yanvar" (1990), "Xocalı faciəsi" (1992), "Aprel döyüşləri" (2016) və ümumiyyətlə, Birinci Qarabağ müharibəsi illərində yaşayan uşaqların ürəklərində, beyinlərində qara qan yaddaşı formalaşmışdı.  

Təsadüfi deyil ki, məhz həmin uşaqlar Ali Baş Komandanımızın əmri ilə düşmən mövqeyinin növbəti təxribatı zamanı 44 gün ərzində vuruşaraq, Azərbaycan torpaqlarının ərazi bütövlüyünü bərpa etməyə nail oldular. Təbii ki, bütün proseslər ədəbiyyatın, xüsusilə də poeziyanın naif çiyinlərinə çökdü. İkinci Qarabağ müharibəsi dövründə, dinc əhalinin yaşadığı ərazilərdə müxtəlif təxribatlar nəticəsində erməni qəsbkarları ağır cinayətlər törədərək, Bərdəni (27-28 oktyabr, 2020), Gəncəni (4 oktyabr, 2020) ballistik raket atəşinə tutmuşdu. İnsanlıq əleyhinə yönəlmiş bu hadisələrdə müxtəlif yaş qrupuna aid uşaqların şəhid olmasını ürək ağrısı ilə qeyd etmək istərdim. Məhz bu dövrdə uşaqları unutmayan, dünyaya onların gözü və ruhu ilə mühafizəkarcasına yanaşan şair və yazıçılarımızın əsərləri olduqca qiymətlidir. Bu baxımdan İbrahim Yusifoğlunun şeirlərini xüsusi dəyərləndirmək istərdim. 

Bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" adlı şeirlər kitabı nəşr olunub. Kitabın redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, rəyçi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, ön sözün müəllifi həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova, rəssamı isə Zəhra Əkbərlidir. 

Kitaba toplanan şeirlər mövzusuna aid şəkilləri ilə uşaqlarda maraqlı və rəngarəng təəssüratlar yaradaraq bədii həqiqətləri əks etdirir. 
İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" şeirlər kitabı son illərin, müharibənin acı xatirəsindən və zəfərindən közərmiş ürəyin yaşantılarıdır. Bu şeirlərdə şair uşaqlara tuşlanan silahları lənətləyərək yazır:

Raketləri, topları
Tuşlamayın onlara
Tanrıdan gələn səsdi:
- Qıymayın uşaqlara!

Şair müharibənin sərt üzü ilə baş-başa qalmış uşaqları təbiətin ən gözəl rənginə boyayır. Onların tumurcuq arzularını, qönçə istəklərini şən gülüşlərində yaşatmağa çalışır: 

Bu rəngarəng dünyanı 
boyamayın siz qana
ey insan qatilləri 
qıymayın uşaqlara!
(Qıymayın uşaqlara)


 Bu ilin Şuşanın 270 illiyi ilə əlaqədar "Şuşa İli" elan edilməsi Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə verdiyi ali dəyərdir və bu dəyəri ədəbiyyatımızda yaşatmaq yazıçı və şairlərin əsərlərində  xüsusilə vacibdir. 
Şair "Şuşa" şeirində 30 il əsirlikdə qalan torpağı balanın anasına qovuşmasına bənzədir. 

Şuşa! Qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!

İbrahim Yusifli Qarabağın qədim diyarı -  uca yaradanın bəxş etdiyi gözəllikləri ilə şəfəqə bələnən, dünyada məşhur olan bərəkətli çörəyinin ətri, qazandığı şöhrəti ilə Ağdam şəhərinə həsr olunmuş şeirində Ağdamın başına gələn hadisələrdən müfəssəl söz açaraq, balaca oxucuları tarixi proseslərlə tanış edir. 

Dünya gördü: çaqqallar,
Quduzluqda təkdilər.
Taxıl zəmilərinə
Minaları əkdilər.

Müzəffər, qalib ordu, 
Haraya, dada yetdi.
Yadların caynağından,
Ağdamı xilas etdi.

O xalqın övladları xoşbəxtdir ki, yurdunun "Cəngi"si, "Yallı"sı və "Zəfər nəğməsi" var. Azərbaycan xalqı uzun illər işğal altında olan torpaqlarına qovuşdu. Bayrağımız Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın yurdunda dalğalandı. Nəğmələrin ulusu, müqəddəsi olan xoş müjdəli Zəfər nəğmələri çalındı. 

Döyüşlərdə dönər dəmir yumruğa,
Haya yetən xilaskar quş Simruğa,
Səslənəndə qəlblər dönər bir dağa,
Zəfər nəğməsi.

İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar,
Zəfər nəğməsi.

Akademik İsa Həbibbəylinin yazdığı "İbrahim Yusifoğlunun poetik dünyası və uğurları" məqaləsi şairin yaradıcılığı haqqında ümumiləşmiş fikir yaradır: "Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan İbrahim Yusifoğlunun yaradıcılığında poema janrında yazılmış əsərlərin özünəməxsus yeri vardır. Janr baxımından onun poemaları liro-epik əsərlərdir. Şairin poemalarında seçilmiş həyat hadisələrinin təsviri ilə lirik düşüncələr bir-birini tamamlayır. Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının incəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir". 

El ozanı Dədə Qorqudun gəzib dolaşdığı, qədim və zəngin Oğuz torpağı olan Şərur mahalının Dağlar kəndində cərəyan edən "Pəhləvanın bağında" mənzum pyesində yurdumuza göz dikən yağı düşmənin məkrli işlərindən söz açılır. Əsərin qəhrəmanı Pəhləvan bəy doğma diyarına pis niyyətlə yanaşan soyadı "yan"la bitən düşmənlərə qarşı "Cəngi" sədaları ilə savaş açır və onları yurdundan uzaqlaşdırır:

Bu el-bu oba, bu torpaq,
Tanrıdan bizə paydı.
Cıxın torpağımızdan,
Çaqqallar, haydı, haydı.

Güman edirəm, bu mənzum pyes nə vaxtsa tamaşaya qoyulacaq və uşaqlara təqdim olunacaq. 

"Qıymayın uşaqlara" kitabına toplanan şeirlər "Bu il "Şuşa İli"dir", "Ana Yurdum Azərbaycan", "Ayan gedir məktəbə", "Mənim babam şairdir", "Nəzakət, hörmət, dostluq" adları ilə fəsillərə bölünüb. "Bu il Şuşa ilidir" fəslində şair doğma yurdumuz Azərbaycanın gözəl guşələrini və bu gözəlliklərin düşmən tərəfindən işğalını, amansız istismarını göz önündə canlandırır. Şair bu fəsildə Şuşanın zəfərini, Ağdamın dağıntılarını, Xocalı və 20 Yanvar faciəsində yaşananları uşaqlara təfərrütları ilə anladır. "Ana Yurdum Azərbaycan" fəslində şair Azərbaycanın dilbər guşələrini təsvir edərək, uşaqlarda getmədikləri yerlər haqqında təsəvvürlər formalaşdırır. "Ayan gedir məktəbə", "Mənim babam şairdir", "Nəzakət, hörmət, dostluq" fəslində isə şair uşaqların dünya görüşünün formalaşmasında ailənin, mühitin və onları əhatə edən butün canlı aləmin inikasını səmimi hecalara bölür. 

Uşaqlar təbiətin ən saf varlığı kimi yerlə göyün arasında, dünyanın ən təmiz haləsində  böyüyür. Onlar böyüdükdə ayaqları yer üzünə möhkəm bağlanır və böyüdükcə uca zirvələrə qonub düşməni göynədən göz dağı olacaq.