Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

COUNCIL OF YOUNG SCIENTISTS

The presentation of the book “Our Word” by Gulnar Sama took place

24-04-2019 [ 08:36 ] [ read:340 ]
printerA+ | A-
98990

22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirildi. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verdi. Sonra tədbirin aparıcısı şair Yusif  Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı çıxış etdi. Kitab kaqqında geniş məruzəni Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra digər tədbir iştirakçıları da müəllif və kitab haqqında fikirlərini bölüşdülər. Eyni zamanda Gülnar Səmanın əməkdaşı olduğu şöbənin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı Gülbəniz Babayeva da təbriklərini çatdırdı.

Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi olan  Gülnar Səmanın “Sözümüz sözdür” kitabı Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli və rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev də həmin institutun əməkdaşlarıdır.

 

 

PHOTO GALLERY

OTHER NEWS