Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INSTITUTE IN PRESS

Mirza Jalil perceived the importance of Azerbaijani language after Akhundov (Interview with Rahim Aliyev)

28-03-2018 [ 10:18 ] [ read:60 ]
printerA+ | A-

Xalq Cümhuriyyəti 100 

– Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycanda ədəbi dilin vəziyyəti necə idi? Ədəbi dil formalaşmışdı, yoxsa divan ədəbiyyatının təsirində olan yeni ədəbi dil mövcud idi?

– Əvvəlcə onu deyim ki, divan ədəbi dili yeni deyildi, ən qədim ədəbi dilimizdir və tarixi də XIV əsrdən başlanan mətnlərə bağlıdır. Amma söhbətimizin konkret olması üçün mən ədəbi dil anlayışından başlamaq istəyirəm. Bu, sadə məsələ deyil. Mən universitetdə oxuyanda ədəbi dil kursunu deyən müəllimimiz rusca dərslikləri təkrar edib deyirdi: ədəbi dil xalq dilinin normativləşmiş bir şəklidir. Hərçənd ki, normativlik şifahi xalq dilində də var, belə olmasaydı, adamlar bir-birini anlamazdı. Ümumi şəkildə bu, belədir. Amma mən bu tərifi elmi və dəqiq saymıram.