Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

ARTICLES

Alizadeh Askarli. About "Literary relations" collection in 2017

25-12-2017 [ 10:35 ] [ read:310 ]
printerA+ | A-

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” toplusunun növbəti sayı çapdan çıxıb. Dərgi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatşünaslığının Məhtimqulu Fəraqi çalışmaları” adlı geniş  məqaləsi ilə açılır. Görkəmli alim məqalədə türkmən şairi M.Fəraqinin Azərbaycan ədəbiyyatşünaslığı və türkologiya elmindəki tədqiqi məsələlərindən əhatəli bəhs etmişdir. Topluda ədəbi əlaqələrin nəzəri məsələləri, Azərbaycanın Avropa, Türk dünyası ölkələri, Slavyan, Asiya və Şərq xalqları ilə ədəbi əlaqələri ayrı-ayrı bölmələrdə əhatə olunub.

Ədəbi əlaqələrin nəzəri məsələlərinə 9 məqalə həsr edilib. Professor Nizami Tağısoyun “Malkar – Azərbaycan ədəbi əlaqələrinə müxtəsər ekskurs” adlı məqaləsi Malkar – Azərbaycan ədəbi əlaqələri, professor İslam Sadığın “Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanındakı Şumer-Tanrı obrazları” adlı məqaləsi Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanındakı şumer – tanrı obrazları, dos.Aslan Salmansoyun “Zəncinin arzuları”: Mətn və mətnaltı mətnin “üzü və özü” adlı məqaləsi şairin məşhur poemasındakı mətn və mətnaltı qatlar, dos. Könül Hacı­yeva­nın “Sədi Şirazi və bəşəri dəyərlər” adlı məqaləsi Şərq mütəfəkkirinin poeziyasındakı bəşəri dəyərlər, dos. Səkinə Qaybalıyevanın “İraq-türkmən ədəbiyyatının tarixi inkişaf mərhələləri” adlı məqaləsi İraq-türkmən ədəbiyyatının inkişaf pillələri, Arzu Məmmədxanlının “Bədii ədəbiyyatda quyu motivi” adlı məqaləsi “İsi Məlikzadənin “Quyu povesti ilə Orxan Pamukun “Qırmızı saçlı qadın” romanı arasında bağlar, Nərgiz Kərimovanın “Nizami Gəncəvinin yaradıcılığındakı Çin mövzusu” adlı məqaləsi dünya şöhrətli sənətkarın yaradıcılığındakı Çin mövzusu, Səbriyyə İsmizadənin “Postkolonial feminizmin postaperteid mərhələsindəki qadın azadlığı” adlı məqaləsi feminizmdə qadın azadlığı, İlahə Tağızadənin “Bədii psixologizmin ifadə vasitələri” adlı məqaləsi Elis Manronun hekayələrindəki bədii psixologizmin ifadə vasitələrini özündə ehtiva edir.

“Ədəbi əlaqələr” toplusunda Azərbaycan – Avropa ədəbi əlaqələri üzrə professor Gülər Abdullayevanın “Polyak mühacir ədəbiyyatı”, dos. Samir Səttarovun “Henrik Senkevisin həyat və yaradıcılığı”, Leyla Həsənzadənin “Henrix Heyne poeziyasının tərcümə problemləri” məqalələri özünə yer alıb.

Azərbaycan – Türk dünyası ədəbi əlaqələrinə aid 8 məqalə verilib. AMEA-nın müxbir üzvü Nüşabə Araslının “Türkiyədə Nizami irsinin inspirasiyaları”, professor Almaz Ülvinin dünya 60-cılarının görkəmli özbək nümayəndəsi Camal Kamal, Dos. Dr. Muhsin Kadıoğlunun “Fateh Sultan Mehmetin portretində türk, islam və Avropa mədəniyyəti xüsusiyyətləri”, dos. Bəsirə Əzizəliyevanın “Muhsin Kadıoğlunun “Polşada türk izləri” əsərində tarixi və mədəni əlaqələrin öyrənilməsi”, dos. Eşqanə Babayevanın “Nəcib Fazil Qısakürəyin “Aynadakı yalan” romanında sufi-fəlsəfi ideyalar”, Töhfə Talıbovanın “Səməd Vurğun və Musa Cəlil”, Vəfa Babayevanın “Azərbaycan-Türkmən ədəbi-mədəni əlaqələrində Məmmədəli Manafzadə Sabitin rolu”, Rumiyə Sərhədqızının “Türkün böyük şairi – Bəxtiyar Vahabzadə” mövzularına həsr olunub.

Azərbaycan – Slavyan ədəbi əlaqələrinə dair 9 məqalə verilib. Professor Aida Feyzullayevanın “Tolstoy və Dostoyevskinin müqayisəli öyrənilməsi”, professor Lyudmila Səmədovanın “Nikolay Stepanoviç Qumilyovun “Allahın uşağı” pyesindəki islam motivləri və ənənələri”, dos. Abuzər Bağırovun “Moskvada yaşayan azərbaycanlı üç nasirin portretlərinə cizgilər”, dos. Mahrux Tağıyevanın “Fyodor Dostoyevskinin “Şeytanlar” romanı Azərbaycan dilində”, dos. Gülnarə Həsənovanın “Lev Nikoloyeviç Tolstoy və Şərq”, Sevda Məmmədovanın “Müasir dövrdə Azərbaycan-rus poetik əlaqələri və tərcümə problemləri”, Leyla Ramazanovanın “Vilyam Şekspir yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında”, İradə Yusifovanın “Mixail Aleksandroviç Şoloxov yaradıcılığında humanizm” məqalələri Azərbaycan –  Slavyan xalqları ədəbiyyatının aktual problemləri haqqındadır.

Dərgidə Asiya xalqları ilə ədəbi əlaqələr üzrə 1 məqalə, Şərq xalqları ilə ədəbi əlaqələrə dair 4 məqalə özünə yer alıb. Gülnar Yunusova “Azərbaycan-Yapon ədəbi əlaqələrində bədii tərcümənin rolu” adlı məqaləsində xalqlar arasında bədii tərcümənin roluna geniş yer verib. Prof. Vüqar Əhməd “Fars poeziyasında Şəhriyarın yeri və mövqeyi” adlı məqaləsində fars poeziyasında Şəhriyarın nüfuzu, dos. Ülkər Zakirqızının (Məmmədova) “Eynəlqüzat Miyanəçi əsərlərində adı çəkilmiş ərəb şairləri” adlı məqaləsində Eynəlqüzat Miyanəçi əsərlərində adı çəkilmiş ərəb şairləri, dos. Lütviyyə Əsgərzadənin “Şeyx Sənan” mövzusunun yayılma arealı: Yaxın və Orta Şərq” adlı məqaləsində “Şeyx Sənan” mövzusunun yayıldığı ədəbi-coğrafi məkan, dosent Əntiqə Qəhrəmanovanın “Əbdürrəhman Caminin “Yusif və Züleyxa” əsəri” adlı məqaləsində fars-tacik şairinin məşhur əsəri haqqında məlumat verilib.

Beləliklə, “Ədəbi əlaqələr” toplusunun XI sayındakı ədəbi əlaqələrin aktual məsələlərinə həsr olunmuş məqalələr ədəbi əlaqələrin tarixi və müasir vəziyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olub, elmi-nəzəri və ədəbi-estetik axtrışların gələcək tədqiqatları üçün zəmin yaradır.

 

 

Əlizadə Əsgərli

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun direktor müavini,

filologiya elmləri doktoru, professor

OTHER NEWS