Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

ARTICLES

Tehran Alishanoghlu. Incomplete thought about Elnara Akimova

18-12-2017 [ 11:43 ] [ read:370 ]
printerA+ | A-

Elnarə Akimovanı ədəbi aləmə tanıtmağa hacət yox. Tənqidçi imzasını nə vaxtdır övraqi-ədəbiyyata yazmış birisidir Elnarə Akimova. Hər həftə ədəbi həyatımızın baş salnaməsi olan “Ədəbiyyat qəzeti” ilə ünsiyyəti mən Elnarə Akimovadan başlayır; və sonra əhatəsinə baxınıram. Görəm ki, ədəbi prosesdə daha nə var, nə yox; daha kimlər daha nələr söyləyir. 
Təkcə ona görə yox ki, Elnarə Akimova “Ədəbiyyat qəzeti”ndə həmişə vardır; başlıcası ona görə ki, ədəbi gündəmdə Elnarə Akimova faktoru vardır; və yazılarında(n) bizim doğma-milli-lokal ədəbi prosesimizin mütləq istisi-soyuğu, ritmi-ahəngi, ümumən mənzərəsi görsənir. Gündəm oxucuları bilmir; biz axı ədəbiyyatın içində oturanlar yaxşı bilirik: Elnarə Akimovanın qələmində, əslində, çağdaş ədəbiyyatımızın bütöv bir təcrübəsi, biliyi, arsenalı danışır; çoxlu açıq və gizli sitatlarda(n), bu günə gəlib çıxmış azman ədəbiyyatımızın dopdolusu baqajı, cəbbəxanası danışır.

Ardını oxumaq üçün: bura tıkla.

OTHER NEWS