Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INNOVATION ACTIVITIES AND PROJECTS

Zakira Aliyeva. About innovative project "Application of the bibliometric analysis in th field of Literary criticism" of the department of Scientific information of the Institute of Literature named after Nizami

19-04-2017 [ 13:45 ] [ read:152 ]
printerA+ | A-

Nizami adına Ədəbiyyat İnstitutunun "Elmi informasiya" şöbəsi "Azərbaycan ədəbiyyatşünaslığında bibliometrik təhlilin tətbiqi yolları" innovativ layihəsi üzərində çalışır.

Digər elm sahələrində olduğu kimi, Ədəbiyyatşünaslıq sahəsində tədqiqatların elmi əhəmiyyətini müəyyən edən bir sıra faktorlar mövcuddur ki, onlardan biri də bibliometrik təhlildir. İlk dəfə ingilis alimi Alan Priçard tərəfindən termin kimi istifadə edilmiş Bibliometriya ümumilikdə biblioqrafik məlumatların təhlili bazasında meydana gələn, elmin inkişafında, elmi idarəetmədə, elmi tədqiqatların planlaşdırılması və proqnozlaşdırılmasında, elmə dair dövlət siyasətinin formalaşdırılmasında zəruri olan bir sahədir.

Bibliometriya tətbiqi bir elm sahəsi kimi ən müxtəlif tədqiqat sahələrində regional, xronoloji əhatədə elmi inkişaf dinamikasını izləməyə imkan verir. Ümumilikdə bibliometriya hər hansı elm sahəsinə birbaşa bağlı olmasa da, tətbiqi bir elm sahəsidir. Bibliometrik metodlar bədii ədəbiyyatda, ədəbiyyatşünaslıqda, mətnşünaslıqda və s. geniş istifadə oluna bilər.

Müasir dövrümüzdə ədəbiyyatşünaslıq sahəsində yaradılmış və yaradılacaq məlumat bazaları da bibliometrik təhlillərin aparılması üçün geniş imkanlar açır. Belə ki, bu tipli məlumat bazaları təkcə elmi tədqiqatlarlın, əsərlərin biblioqrafik təsvirlərindən deyil, eyni zamanda istinad edilən mənbələrin siyahılarından da ibarətdir. Ədəbiyyatşünaslıq və ədəbi tənqidin ən müxtəlif sahələrindəki inkişaf dinamikasını, yeniləşmə istiqamətini, ideya və cərəyanları, janr və tarixi dövrləri və s. bibliometrik təhlilə cəlb etməklə bu elm sahəsinin gələcək inkişafı perspektivləri və hazırkı vəziyyəti haqqında maraqlı nəticələr əldə etmək olar.

Digər tərəfdən mütaliə miqyasının geniş olduğu elektron mühitdə Azərbaycan dilində və müxtəlif dillərdə təqdim edilən klassik və müasir ədəbi irsin mətn etibarlılığı, ilkin orijinallığının mühafizəsi məsələlərinin izlənilməsi üçün də bibliometrik və vebometrik metodlardan istifadə edilməsi zərurəti də mövcuddur. Son nəticədə bibliometrik xarakteristikanı əks etdirən parametrlər ədəbiyyatşünaslıq elminin həm regional, həm də dünya miqyasında inkişaf indikatioru kimi də çıxış edə bilər.

Tədqiqatda etik bir qayda olaraq özünü təsdiq etmiş müxtəlif mənbələrə istinad etmə müasir elektron informasiya mühitimizdə müəlliflik hüququ problemləri ilə də çarpazlaşır. Bu nəzəri biliklərlə yanaşı ədəbi irsin də həm bibliomertrik, həm də vebometrik təhlilini zəruri edir. Elmi əsərlərdəki istinadlara elmi komunikasiya vasitəsi kimi baxılarsa, o zaman bu və ya digər ideyanın inkişaf və təsir dairəsini müşahidə etmək imkanı əldə edə bilərik. Pr.D.Praysın qeyd etdiyi kimi istinadlar ümumilikdə bütün tədqiqatları özündə birləşdirən bir kompleks yarada bilir və ədəbiyyatşünaslıqda yaranan bu kompleksin elmi dəyərləndirilməsi bibliometriyanın tətbiqini vacib edən amildir.

Ədəbiyyatşünaslığa dair nəşrlərin statistik təhlilini həyata keçirən pr.Q.F.Qordukalova belə nəticəyə gəlir ki, ənənəvi ədəbi-tarixi metod ədəbi prosesin dinamikasını dəqiq izləməyə imkan vermir. Bibliometriya isə elmi istiqamət kimi sənədlərin biblioqrafik xarakteristikasının statistik təhlili metodu əsasında elmi keyfiyyət göstəricisini müəyyən etməyə qadirdir. Zəngin elmi-nəzəri və biblioqrafik bazaya malik Azərbaycan ədəbiyyatşünaslığında dünya elmi mühiti ilə qovuşuqluq səviyyəsində bibliometrik təhlillər hələ ki aparılmamış qalır. Onu da qeyd edək ki, müasir elektron məlumat bazaları daha dəqiq və optimal bibliometrik təhlillər aparmağa imkan verir.

Dünya ölkələrinin Elmin inkişafına verdiyi elmi məhsulun bibliometrik araşdırılmasını aparan fəlsəfə elmləri doktoru, professor İ.Şaykeviç-Marşakovanın 2002-ci ilin göstəricilərini əhatə edən cədvəlinə əsasən tədqiqat fəallığına görə Ukrayna dünya elmi mühitində 18,4 min elmi nəşr, Ermənistan və Gürcüstan 1000, Azərbaycan 777 elmi nəşrlə çıxış edir. Sonrakı onillik nisbətən daha yüksək göstəricilərlə ifadə olunmuş ola bilir. Buna nail olmaq üçün Ədəbiyyatşünaslıq elmimizin bibliometrik təhlilin səmərəli metodlarının tətbiqinə diqqəti artırmaq və nəticələrə görə perspektiv inkişaf strategiyasını müəyyən etmək zamanın tələbidir.

Zakira Əliyeva