This year marks the 70th anniversary of the outstanding representative of Azerbaijani literary studies, Doctor of Philology, Professor Badirkhan Ahmadli. In this regard, the scientific heritage, research, and contributions of the professor to Azerbaijani literature are widely covered in the periodical press and on websites, valuable opinions are voiced about him, and his works as a scientist who played a special role in the study of 20th-century Azerbaijani literature are widely analyzed. However, it seems impossible to express an opinion about the rich and comprehensive creative path that has spread over more than 40 years and to put that great heritage into a small mold. Therefore, in this article, we would like to take a slightly different perspective and look at the aspects of Badirkhan Ahmadli that touch us not only as a scientist and educator, but also as a person, a master, and a leader. Because the professor is a personality who is remembered not only for the monographs he wrote, the research he conducted, but also for his attitude towards people, his care, and the school he created.
Müəllimlik yalnız peşə deyil, böyük bir missiyadır. Bədirxan müəllim bu şərəfli yola Sabirabad rayonunun Abdulabad kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb, sonra isə fəaliyyətini ölkədaxili və ölkəxarici akademik auditoriyalara daşıyaraq, yüzlərlə gəncin yetişməsində misilsiz xidmət göstərib. O, pedaqoji fəaliyyətinin bütün mərhələlərində öz tələbələrinə sadəcə nəzəri biliklər vermir, eyni zamanda, onları düşünməyə, tədqiq etməyə, yazıb-yaratmağa həvəsləndirir. Professorun dərsləri auditoriyada monoton mühazirə kimi deyil, qarşılıqlı müzakirələr, elmi debatlar şəklində cərəyan edir. Professorun ən böyük keyfiyyətlərindən biri də tələbələrinin fərdi yanaşmalarını dəstəkləməsi, onların öz düşüncə və analiz qabiliyyətlərini inkişaf etdirməsinə imkan yaratmasıdır. Bədirxan Əhmədlinin pedaqoji fəaliyyəti təkcə universitet auditoriyaları ilə məhdudlaşmır, tanınmış alim Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gənc tədqiqatçıların formalaşmasında da mühüm rol oynayır. Elmi rəhbər olmaq təkcə yazılan araşdırma işini nəzərdən keçirmək və ona rəy verməkdən ibarət deyil. Bu, bir məktəb yaratmaq, yeni alimlərin formalaşmasına yol açmaq deməkdir. Bədirxan Əhmədli həmin mənada Azərbaycan ədəbiyyatşünaslığında öz məktəbini yaradan alimlərdəndir. Tədqiqatçı alimin rəhbərliyi altında onlarla magistr və doktorant elmi işlərini uğurla müdafiə edərək, filologiya sahəsində öz yolunu tapıb. Bədirxan Əhmədli rəhbərlik etdiyi dissertantların hər birinə fərdi yanaşır, onların tədqiqat sahələrini diqqətlə seçmələrinə və mövzularına dərindən yiyələnmələrinə kömək edir və beləliklə, gənc araşdırmaçılar elmin praktik yönlərini də öyrənərək, ədəbiyyatşünaslıq sahəsində möhkəm təməl qurmağı bacarırlar. Yetirmələri, dissertantları və həmkarları Bədirxan Əhmədlini təkcə bilik verən müəllim deyil, həm də mənəvi dəstəkçi, yolgöstərən, ustad kimi tanıyırlar. Tələbələri onun elmə olan sevgisini, səbrini və hər kəsə qayğı ilə yanaşmasını xüsusi vurğulayır. Dissertantlarından biri belə deyir:"Professor Bədirxan Əhmədli bizə təkcə elmi bilikləri deyil, həm də araşdırma aparmağı, analitik düşünməyi öyrədib. O, bir müəllimdən daha çox, elm fədaisi idi - bizim hər bir işimizə öz işi kimi yanaşır, bizi istiqamətləndirirdi. Onun rəhbərliyi altında işləmək böyük bir şans idi".
Bədirxan Əhmədlinin pedaqoji fəaliyyəti, tələbələrinə və gənc tədqiqatçılara verdiyi dəstək onun elmi irsinin yalnız akademik çevrələrdə deyil, bütövlükdə Azərbaycan ədəbi-elmi mühitində davam etməsini təmin edir. Bu gün Azərbaycan ədəbiyyatşünaslığı sahəsində çalışan bir çox alimlər onun yetirmələridir. Bədirxan Əhmədlinin elmi irsi yazdığı monoqrafiyalar və elmi əsərləri ilə yanaşı, yetişdirdiyi alimlərlə də yaşayacaq. O, yeni nəslin yetişməsində bir körpü, ustad və fədakar ziyalıdır.
Professor Bədirxan Əhmədli uzun illərdir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinə rəhbərlik edir. Rəhbərlik ancaq idarəetmə deyil, eyni zamanda, bir məktəb yaratmaqdır. Bu vəzifə yalnız idarəetməni deyil, həm də kollektivin bir ailə kimi birləşməsini, əməkdaşlar arasında sağlam, elmi və mehriban mühitin formalaşdırılmasını tələb edir. Bədirxan müəllimin rəhbərliyi altında çalışan gənc tədqiqatçılar özlərini sərbəst, dəstəklənən və dəyər verilən mütəxəssislər kimi hiss edirlər. Çünki professor elmin inkişafı üçün, ilk növbədə, sağlam, səmimi və ruhlandırıcı bir mühitin vacib olduğuna inanır. O, əməkdaşlarını sadəcə işçi kimi deyil, bir ailənin üzvləri kimi görür. Onun üçün şöbədə çalışan hər bir insan fərqli bir taledir, fərqli bir yoldur. O, hər bir əməkdaşın potensialını görməyə, onların bacarıqlarını üzə çıxarmağa çalışır. Bədirxan Əhmədli şöbəsində çalışanların problemləri ilə maraqlanır, çətinlikləri olduqda onlara yol göstərir, onları qoruyur və dəstəkləyir. Əməkdaşları onu tələbkar, lakin mehriban və qayğıkeş rəhbər kimi tanıyırlar. Onun yaratdığı iş mühiti, kollektivinə olan diqqəti və qayğısı Azərbaycan elminə yeni kadrların qazandırılmasında mühüm rol oynayır. Çünki yalnız sağlam və güvənli bir mühitdə tədqiqatçı özünü tam ifadə edə, elmin inkişafına töhfə verə bilər.
Bədirxan Əhmədlini - Azərbaycan ədəbiyyatşünaslığının yorulmaz fədaisini, yüzlərlə gənc tədqiqatçının yolunu işıqlandıran ustadı "Azərbaycan - Asiya ədəbi əlaqələri" şöbəsi ailəsi adından ürəkdən təbrik edirik! Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan filologiyasının qızıl səhifələrindən biridir və bu irs gələcək nəsillər üçün də bir istiqamət olacaqdır.
Əziz Bədirxan müəllim, insanlara verdiyiniz dəyər, gənclərə göstərdiyiniz qayğı, elmi mühitdə yaratdığınız mehriban atmosfer ilə əbədiyaşar bir iz qoymusunuz. Biz Sizin kimi şəxsiyyətlə qürur duyuruq! Uca Tanrı Sizə uzun ömür, möhkəm cansağlığı və tükənməz enerjinizin daim yanınızda olmasını, tələbələriniz, əməkdaşlarınız ilə birlikdə uzun illər boyu elmə xidmət etməyi nəsib etsin!
Yaxşı ki, varsınız, professor!
Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru