Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Novruz Wednesdays. The initial mythological layer reflecting the awakening of nature

26-02-2025 [ 11:32 ] [ read:67 ]
printerA+ | A-
105224

For hundreds of years, our people have kept a cherished holiday above all other celebrations and celebrations: Novruz holiday! This memorable holiday is known and loved for its roaring bonfires, eye-catching, heart-warming khonchas with nogul-nabat, lush green meadows, fragrant flowers, wind-winged dzugu-kosgu, blessed intentions, and bud wishes. Our daily life has always relied on the success and success of this great holiday. Since ancient times, our people have been waiting for the blessed arrival of Novruz in Chillal, Khidir Nebi, and Bozay, setting up groups with dzugu-kosgu, and in order to reach the holiday, they have exhausted the time with words, sayings, and sayings.
The Novruz holiday has a unique place in the system of spiritual values ​​carried over from ancient times by the Azerbaijani people, which have an ancient history and rich culture. The ceremony of welcoming the new day, which originated from the primitive worldview and archaic mythological beliefs of the primitive ages, has acquired rich cultural and spiritual qualities as a result of the historical evolution process spanning centuries and has turned into a large-scale folk holiday - Novruz. From this point of view, Novruz is not only a holiday covering several days, but also a large-scale ritual complex that encompasses a long calendar period. Like other members of primitive civilization, ancient Azerbaijanis also tried to depict the cosmological processes taking place around them, especially natural phenomena, in their early artistic imagination, albeit in a primitive way. The image of winter, which makes life difficult, tests it with a lack of food, heat and other such hardships, undoubtedly came to life in the imagination of our ancestors with frightening, dark features. Since our ancestors perceived winter as trouble, trouble, and hardship, they divided it into two parts and called it "Big Chilla" (big trouble - the forty-day period from December 22 to January 31) and "Little Chilla" (small trouble - the twenty-day period from February 1 to February 20). The fact that the bonfire lit when winter is replaced by spring is called "chilla govan tongal" among the people and that the pre-Novruz ceremonies (ear reading, ring-ringing, jumping from fire, water, etc.) are called "chilla otkurtma" and "chillakasme" also show that winter has gained a folklore form in the image of "chilla" as pain, trouble, and hardship.
Qışı-çilləni yola salmaq, yazı - yeni günü qarşılamaq məqsədi ilə keçirilən "Novruz çərşənbələri" adlı silsilə rituallarda da qədim azərbaycanlının təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq arzu-niyyəti öz əksini tapmışdır. "Oğru çərşənbələr" və "Doğru çərşənbələr" adıyla iki qismə ayrılan "Novruz çərşənbələri"nin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında "oğru çərşənbələr" adlanır və Kiçik çilləyə düşür. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. "Oğru çərşənbələr"dən sonra başlayan əsas çərşənbələr "doğru çərşənbələr" adıyla tanınır.
El inamına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacların, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi öncə suya toxunur və bununla da, el arasında deyildiyi kimi: "sulara ixtiyar verilir". Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə torpağa ixtiyar verilir. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğuyla toxumu cücərdir, əkini dikəldir. Torpaqdan sonra növbə ağaclara çatır. Doğru çərşənbənin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir - heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür.
Doğru çərşənbələrin el arasında çeşidli adları vardır. Bu sıradan olan birinci çərşənbə "Əzəl çərşənbə"dir. "Əzəl çərşənbə"yə Azərbaycanın müxtəlif bölgələrində "Sular novruzu" və "Yalan çərşənbə" də deyilir. İkinci çərşənbə "Müjdəverən", "Muştuluqçu", "Külə", "Kul", "Xəbərçi" adlarıyla tanınır. Üçüncü "Gül çərşənbə"dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən ona "Ölü çərşənbəsi" və ya "Ata-baba günü" də deyilir. Sonuncu, ən təmtəraqlı, təntənəli qeyd olunan "Axır çərşənbə"dir.
Çərşənbələrin ümumi sayının, yəni oğru və doğru çərşənbələrin birgə sayının yeddi olması təbii və qanunauyğundur. Türk folklor düşüncəsində evolyusion-irəliləyiş rəqəmləri təklik (3,5, 7, 9) sistemi üzərində qurulduğundan çərşənbələr də təbii olaraq bu qanunauyğunluq içərisində sıralanmalıdır.
XX əsrin səksəninci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə kütləvi informasiya vasitələrində - televiziya, radio və qəzetlərdə novruz çərşənbələrinin "yeni" - qurama adlara görünməyə başlamış, hətta "su çərşənbəsi", "od çərşənbəsi", "külək çərşənbəsi", "torpaq çərşənbəsi" kimi adlar orta məktəb dərsliklərinə də yerləşdirilmişdir. Xalqımızın folklor və etnoqrafiya mədəniyyətində tarixən bu adların heç birisinə təsadüf olunmur. Bu gün folklor sərvətimizin daha saf şəkildə qorunduğu Cənubi Azərbaycanda - Təbrizdə, Urmiyada, Zəncanda heç kəsin yuxarıdakı uydurma çərşənbə adları barədə təsəvvürü belə yoxdur. Bu barədə hər hansı bir tarixi qaynaqda da söz açılmır. Azərbaycanda səksəninci illərin sonlarından əvvəl bu adların mövcudluğunu əks etdirən hər hansı bir mənbə yoxdur. Elə isə, bu adlar haradan və necə uydurulmuşdur? Həyatı, yaranışı şərtləndirən məşhur "abi-atəş-xaki-bad" dördlük sistemi farscadan tərcümə edilərək buradakı hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı (ab- su, atəş - od, xak - torpaq, bad - külək) düzəldilmişdir. Bu adların çərşənbə adı kimi qeyri-dəqiqliyi sıravi məntiqlə də ortaya çıxır: hansı çərşənbə axşamında od yandırılmır? Elə isə, "Od çərşənbəsi" adlı ayrıca bir çərşənbənin olması hansı məntiqə əsaslanır? Bəzilərinin qondarma təxəyyül məhsulu kimi ortaya çıxardıqları bu adların "folklorlaşdırılması" istiqamətində kor-koranə şəkildə kütləvi təbliğatların aparılması təəssüf doğurur.
Çərşənbələrdə (daha dəqiq desək, çərşənbə axşamlarında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üsgü-lopa atılması, bayram süfrəsi düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı bir məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis - şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin - yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən:
Ağırlığım, uğurluğum
Tökülsün, bu odda yansın, -
söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Yeri gəlmişkən, aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq vardır. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: "ağrım-acım tökülsün, bu odda yansın" - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü "Avesta" - atəşpərəstliklə bağlı deyildir. Bu, odu - atəşi - işığı - günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inanışıdır!
Bəs Novruzaqədərki çərşənbə mərasimlərinin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilmişdir? Bilindiyi kimi, el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Bu səbəbdən həmin gün nəsə bir işin binəsini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-düyün etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək, qarşıdakı günlərə - xüsusən də ilaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb durulmuş halda, saf ruh, pak, sağlam bədənlə getmək el inanınca daha uyğun bilinmişdir. Bu barədə görkəmli maarifçi Məhəmməd ağa Şahtaxtinskinin 1880-ci ildə Tiflisdə çıxan "Obzor" qəzetində çap etdirdiyi "Novruz bayramı" məqaləsində də söz açılmışdır. Həmin mötəbər qaynaqda deyilir: "Çərşənbə ağır gün, ilaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur. Odur ki, çərşənbənin ağırlığını yüngülləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə tutulur". İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr bütövlükdə bir tam halında yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, yaz ruhunun, yeni günün - yaz gününün gəlişi və qəbulu üçün psixoloji-estetik zəmin hazırlayır.
Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır. Azərbaycanın bir sıra bölgələrində (Ordubad, Təbriz, Urmiya və s.) ilaxır çərşənbənin "Yeddi ləvin bayramı" adı ilə tanınması da bu səbəbdəndir.
Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan bir çox başqa cəhətlərlə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla belə, Novruzla bağlı sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranmışdır və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan "Kosa-kosa" mərasimində "Kosa" - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir və mərasimin sonunda oyun - tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. Burada məclisə yeni gələn, gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan Kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülmüşdür. Bu sıradan olan bir çox folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur.
Yuxarıda adı çəkilən mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - yenigün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir. İlin yaza dönən çağlarında Türküstanda "sayal", Altay və Saxa-Yakutiyada "sağalqan" (süd bayramı) mərasimlərinin keçirilməsi və bu mərasimlərin bizim milli-etnik yaddaşımızdakı sayaçı mərasimi ilə genetik bağlara malik olması göstərir ki, həmin folklor ritualı yaz yenigün mərasiminin başlıca özəlliklərindən biridir və olduqca dərin köklərə malikdir.
Novruz - Yenigün bayramının dirilik, oyanış, qurtuluş kimi ulusumuzun yaddaşında möhkəmlənməsinin bir səbəbi də bu günün bir sıra əlamətlərinin ilkin türk yurdu Ərgənəkonla bağlılığıdır. Əbül Qazı Bahadır xan özünün məşhur "Şəcəreyi-türki"sində yazır ki, türklər Ərgənəkondakı dəmir dağları yararaq Bozqurdun rəhbərliyi, yol göstəriciliyi ilə zülmətdən qurtuluşa çıxdıqları günü yadda saxladılar və hər il həmin vaxtı bayram elədilər. Bu mənada Ərgənəkondan çıxış - qurtuluş Yenigün kimi, Bozqurd bayramı kimi mübarəkdir. Ərgənəkon dastanının özündə də qurtuluşun mart ayına - yazın başlanğıcına düşdüyü xatırlanır. Ərgənəkondan çıxış - Yenigün türk etnik-mədəni sisteminin daxilində bir müddət ayrıca mərasim keçirməklə xatırlandıqdan sonra tarixi-siyasi şərait və şərtlərdən asılı olaraq tədricən Yaz-Yenigün-Novruz mərasimi ilə qaynayıb-qarışmışdır.
Novruz bir mövsüm mərasimi kimi irimiqyaslı coğrafi hüdudlara yayıldığından və hər il istisnasız olaraq uyğun təqvim məqamında böyük coşğuyla keçirildiyindən müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd etmişlər. Belə ki, atəşpərəstlər Novruzu zərdüştlüklə əlaqələndirməyə çalışmış (guya Zərdüştə bu gün peyğəmbərlik verilmişdir) və hətta böyük nüfuz sahibi olduqları zamanlarda bu bayrama özlərinin bir sıra cizgilərini daxil də edə bilmişlər. Əlbəttə, bütün bunlar xalqın mənəviyyatına daha güclü şəkildə nüfuz etmək, öz siyasi-ideoloji məqsədlərini bu bayram mərasimi daxilinə yeridərək xalqın mənəvi dəstəyini qazanmaq niyyəti ilə edilmişdir.
Astronomik təqvim üzrə Novruzun yerinin təsbitlənməsi - gecə ilə gündüzün bərabərləşdiyi gün (21 mart) və saatın dəqiq müəyyənləşdirilməsi isə səlcuqlu hökmdarı Məlikşah Qəznəvinin göstərişi ilə dövrün böyük şair və alimi Ömər Xəyyam tərəfindən (1074-1079-cu illərdə) həyata keçirilmişdir. Səmərqənd rəsədxanasında bir neçə il çəkən müşahidə və tədqiqatların nəticəsində Ömər Xəyyam gecə ilə gündüzün bərabərləşməsinin dəqiq cədvəl-təqvimini hazırlamışdır. Onun Məlik şahın şərəfinə "Sultan təqvimi", yaxud "Təqvimi-cəlaliyyə" adlandırdığı bu astronomik təqvim indi də öz elmi dəqiqliyi ilə heyrət doğurur.
Yüzillər aşıb keçmiş, siyasi-ideoloji sistemlərin biri-digərini əvəz etmiş, hər yeni gələn sistem Novruzu özününkü etməyə çalışmış, ancaq buna axıracan nail ola bilməmişdir. Təbiətin oyanışını inikas edən ilkin mifoloji qat xalqın etnoqrafik həyatına qovuşaraq əsl xalq bayramını ortaya gətirmişdir.
Bu gün Azərbaycanda rəsmi dövlət bayramı kimi keçirilən Novruz hər cür siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, ilkin qatla - təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilmişdir. Humanizm, quruculuq, abadlıq, xeyirxahlıq, xoş münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayqıyla yanaşmaq tarix boyu olduğu kimi indi də Azərbaycan Novruzunun əsas göstəricisidir.

Məhərrəm QASIMLI, filologiya elmləri doktoru, professor

 

OTHER NEWS