Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

The head of our state‘s views on increasing our military power are highly commendable

27-09-2024 [ 12:02 ] [ read:12 ]
printerA+ | A-
104830

The strength of the army of each state is a very important factor determining the protection of its sovereignty and territorial integrity. It is known that Armenia was carrying out a policy of aggression against Azerbaijan with the help of a powerful state. However, the foundation of the army building, which was laid by the Great Leader Heydar Aliyev, was successfully continued by the President of Azerbaijan, Ilham Aliyev, and finally, the land of Karabakh was freed from occupation. But in Armenia, which relies on some states, attempts of revanchism are still taking place in front of the eyes of the world. The views of President Ilham Aliyev in his speech at the first session of the 7th convocation Milli Majlis regarding ensuring our national security and increasing our military power are highly commendable.

 Prezident İlham Əliyev çıxışında bizim 44 gün ərzində Ermənistan ordusuna Qələbə çalmağımıza rəğmən xarici dairələrin yeni planlar hazırladığını diqqət mərkəzinə gətirdi. Bundan başqa, Ermənistanın arxasında dayanan ölkələrin Azərbaycana qarşı çirkin planlar hazırladığını bəyan etdi və ordumuzun döyüş qabiliyyətinin artmasını, ən müasir silah-sursatlarla təchiz olunmasını, yeni sənaye kompleksinin sürətli inkişafının təmin edilməsini, hərbi zavodlarda genişmiqyaslı modernləşmə işlərinin aparılmasını, yeni avadanlıq, texnika, silah-sursat istehsalını, eyni zamanda, bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaranmasını olduqca vacib və zəruri saydı. Həmçinin dövlətimizin başçısı hərbi sənaye kompleksinin gücləndirilməsi ilə bağlı yeni iş yerlərinin yaradılmasını, hərbi məhsulların ixracının meydana gəlməsini vurğuladı...

“Dövlətimizin başçısının Azərbaycanın strateji hədəflərini müəyyən edən proqram xarakterlı bu çıxışı hər bir azərbaycanlı kimi məni də sevindirir. Vətən müharibəsində tarixi Qələbə qazandıq və birgünlük antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Bu, dünya miqyasında tarixi hadisə sayıla bilər. İndi hamımız şuşalıyıq. Xankəndidəki Qarabağ Universiteti ilk tələbələrini qəbul etdi. Füzulidə, Şuşada yeni açılan məktəblərdə ilk zəng çalındı. Elə bu gün Cəbrayıla köç karvanı yola salındı. Bu il prezident və parlament seçkiləri bütün ölkə ərazisində keçirildi. Sanki fantastik janrda əsər oxuyuruq. Bütün bunları bizə bəxş edən isə güclü Azərbaycan Ordusu oldu”, - deyə professor fikrini yekunlaşdırıb.

 Filologiya elmləri doktoru, professor Vüqar Əhməd