Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Uzbekistan‘s contemporary scientific modernism movement - Badirkhan Ahmadli

16-05-2024 [ 13:04 ] [ read:93 ]
printerA+ | A-

It was with pleasure that I attended the conference hosted by Fergana State University in Uzbekistan on "The moral and educational importance of modern literary heritage and its role in the development of society".
With a population of over 37 million, Central Asia is regarded as the heartland of Turks, and Uzbeks have contributed significantly to the development of Turkism both historically and currently.
My involvement piqued the curiosity of National University of Uzbekistan Professor Hamidulla Baltabayev, who was present at the meeting.

Olsun ki, burada "Türkçülüyün üçlü formulu" üzrə apardığım araşdırmaların da rolu vardı. Məsələ təkcə konfransda iştirak etmək deyildi, həm də türklər arasında keçmişdə mövcud olan, lakin sovet dönəmində qırılan mənəvi bağları bərpa etmək, gələcəyə yönəlik yeni bir türk dünyası ailəsini inşa etməkdi. Günümüzdə özümüzün də fərqində olmadığı maraqlı ictimai-siyasi proseslər gedir. Mən türk xalqlarının yaxınlaşması, əməkdaşlığı və mənəvi, siyasi, iqtisadi, hərbi cəhətdən inteqrasiyasını nəzərdə tuturam. Əslində bu məqamlarda ədəbiyyat, sənət bu yaxınlaşmanın altyapısını hazırlamalı, siyasi düşüncəni formalaşdırmalı idi. Keçmişdə bu işi daha çox mətbuat və fikir adamları görürdü. H.Zərdabi, İ.Qaspıralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp və başqalarının yazılarında türk xalqının ortaq keçmişinə müraciət olunur və gələcəyin inşasında keçmişə söykənir və beləliklə, siyasi elit düşüncəni də bu istiqamətə yönəldirdilər. Bu dəfə isə tərsinə oldu; elm və fikir adamları ortaq əlifba, ortaq dil mövzusunda bəlirli bir qənaətə gələ bilmədiyi halda, siyasi düşüncə önə keçərək mərkəzi İstanbul, Bakı, Astana olmaqla, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını qurdu (2009). Özbəkistan da bu təşkilatdan kənarda qalmaq istəmədi və 2018-ci ildən Şuraya qatılma niyyətində olduğunu açıqladı və bir il sonra buraya üzv oldu. Getdikcə böyüyən, oturuşan bu təşkilat Türk Dövlətləri Təşkilatı adlanmaqla irəliyə doğru daha bir addım atdı. Bu gün Türk Dövlətləri Təşkilatı regional səviyyədə bir gücə çevrilməkdədir. Qarabağın erməni işğalından azad olunmasından sonra bu birliyin funksionallığı daha da artmış oldu və inteqrasiya proseslərini sürətləndirdi. Türk xalqlarının bir-birinə dil, mədəniyyət, etnik kökən etibarilə yaxın olması bu gün həm xalq arasında, həm də siyasi elitada ən yüksək səviyyədə dilə gətirilir və əməli addımlar atılır. Bu, həm də o deməkdir ki, bu xalqlar keçmişdə olduğu kimi, indi də dialoq və uzlaşma içində olacaq; dildə, təfəkkürdə yaxınlaşma prosesi gedəcək. Xalqların yaxınlaşması onları özünə - keçmişinə qaytarır, keçmişinə qayıtdıqca, özünü daha yaxından dərk edir, özünü dərk etdikcə, gələcəyini sağlam özüllərdə qurmağa çalışır. Artıq türk xalqları bu yaxınlaşmanın vacibliyini dərk edir və türk düşüncə sisteminin inşa edilməsini istəyirlər. Bu isə bizi Turana doğru aparır. Ziya Göyalp "...bütün türklərin keçmişdə və bəlkə də gələcəkdə bir gerçək olan vətəni" ilə bağlı danışarkən heç də mübaliğəyə yol vermirdi. Açıq demək lazımdırsa, XX yüzilin əvvəllərində türkləşmək, müasirləşmək, islamlaşmaq üçlü düsturunda turançılıq elə bir yer tutmamış, formulun dördüncü ayağına çevrilə bilməmişdi. Lakin indi o zaman kənarda qalan turançılığın yenidən gerçəkliyə çevrilməsi prosesi yaşanmaqdadır. Bunun üçün, sadəcə, Türk Dövlətləri Təşkilatının yaranması kifayət etmir; proses daha çox aşağıdan getməli, xalqları bir-birinə bağlayan bağlar bərpa olunmalıdır. Bu mənada, bu gün Özbəkistanda gedən, belə demək mümkünsə, elmi, mədəni inkişaf yeni bir dönəmin başlandığından xəbər verir. Özbəkistanda olduğum müddətdə bunu mən hər gün, hər yerdə və bütün sahələrdə gördüm...

Bakı-Daşkənd təyyarəsindən yerə enəndə artıq gecə gec saatlarından keçmişdi; bu, o demək idi ki, Daşkənd-Fərqanə təyyarəsi də gecə boyu olmadığından maşınla getməli olacam. Fərqanə Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İslambek Mannopov məni öz maşınıyla hava limanının qarşısında gözləyirdi. Gecə boyu 300 km. çox yol mənə o qədər də uzaq gəlmədi; ev sahibi keçdiyimiz yerlər, kəndlər barədə məlumatlar verirdi. Daşkənd-Fərqanə arasında 2500 metrlik bir aşırımdan da keçdik, Ağsu aşırımından da yüksəklikdə idi. İslam müəllimin dediyinə görə, bu aşırımdan tunel salınsa, həm yol 20 km. qısalar, həm də qışda keçid bir qədər asanlaşar.

Konfrans öz işinə səhər tezdən başladı; Türkiyədən, Azərbaycan və Tacikistandan, eləcə də Özbəkistanın müxtəlif universitetlərindən gələn qonaqları xüsusi törənlə qarşıladılar. Hər iki tərəfdə sıra ilə düzülmüş və əlləri sinələrində dayanıqlı halda bizi salamlayan tələbələrin arasından keçərək özbək çörəyindən dadmalı olduq. Sonra Universitetin rektoru professor Bahadircan Şərmühəmmədov bizi Cədidlər mərkəzinin açılışına dəvət etdi. Özbək mədəni, ədəbi, ictimai həyatının formalaşmasında böyük rolu olan cədidçilərin məqsədi köhnə təhsil sisteminin əvəzinə yeni tipli məktəblər açmaq, dünyəvi elmləri tədris etməkdən ibarət idi. Münəvvər Kari, Mahmud Xoca Behbudi, Əbdürrauf Fitrət, Çolpan, Abdulla Qədiri kimi görkəmli nümayəndələrin yaradıcılığında özbək xalqının maariflənməsi bir hərəkat kimi bütün Türküstana yayılmışdı. Bu hərəkat və onun nümayəndələri müstəqil Özbəkistanın yaranmasında önəmli rol oynadı. Cədidizm elmi, maarifçi hərəkatının nümayəndələrinin hər birinin yaradıcılığı və irsinin öyrənilməsi və təbliği sahəsində Özbəkistanda böyük işlər görülür; konfranslar keçirilir, kitablar nəşr olunur. Bunun üçün dövlət səviyyəsində maliyyə vəsaiti ayrılır. "İsmayıl Qaspıralı və Azərbaycanda cədidlər hərəkatı" adlı məruzəmdə özbək cədidçilərinin fikir atası İ.Qaspıralı yaradıcılığını önə çəkərək Azərbaycan maarifçilərinin də onun fikirlərindən və "Tərcüman" qəzetindən yararlandıqları məsələsinə toxundum. İ.Qaspıralının ölümü Azərbaycanda böyük bir matəm kimi qarşılanmış, ölümünə şeirlər və məqalələr yazılmışdı. "Tərcüman" qəzeti Azərbaycanın həm qəzetsiz qaldığı, həm də sonrakı dövrdə belə doğma qəzetinə, milli tribunasına çevrilmişdi. Konfransın açılışında Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayevin "Cədid fenomeni və onun Türküstan tarixi tərəqqisindəki rolu", Türkiyədən gələn Seyfəddin Erşahin "Özbək cədidçilərin "Türküstan tarixi" məsələsinə yaxlaşımı: Mahmud Hoca Behbudi örnəyi", Ömər Solak "Abdulla Qədirinin "Ötən günlər" romanında cədidçi ideallar", Yusuf Avcının "Hind ixtilalçıları"nda milliyyətçilik və yolgöstəricilik: Fitrətin rol model olan qəhrəmanlarının incələnməsi", Nadirxan Hasanın "Münəvvər Qori "Gənc Türküstan" jurnalı səhifələrində" və s. məruzələr dinlənildi və sonra bölmələrdə   davam etdi. Konfransda iştirak etməsələr də, Azərbaycandan olan alimlərin araşdırmaları əsas yer tuturdu. Yaşar Qasımbəylinin "Yeni özbək şeriyyətində cədidlərin ruhu və xatirəsinin əksi", Almaz Ülvi Binnətovanın "Ötən günlər"i nə üçün yenidən xatırladıq", İradə Musayevanın "Ömər Faiq Nemanzadə və Azərbaycanda cədid hərəkatı" məruzələri konfrans materiallarında yer alıb. Konfransda dinlənilən 60-dan çox məruzədə cədidçilik hərəkatının bütün yönləri ələ alındı.

Əlbəttə, deməzdim ki, bu cür konfranslar yalnız araşdırma yönü ilə əhəmiyyətlidir; fikrimcə, burada araşdırmanın çəkisi o qədər ağır olmasa da, türk dünyasının fikir alış-verişində olması olduqca əhəmiyyətlidir. Türk xalqlarının indiki inteqrasiya prosesində elm adamlarının hər hansı bir məkanda buluşması və bir mövzu ətrafında, ən çox da ortaq problemlər ətrafında araşdırma aparması onları getdikcə daha da yaxınlaşdırır. Bu məsələləri yerində görməyincə, praktikada dənəməyincə onları ortaq məxrəcə gətirmək də çətin olur. XX yüzilin 20-30-cu illərində özbək türkü Xalid Səid Xocayev, Krım türkü Bəkir Çobanzadə, Türkiyə türkü İsmayıl Hikmət, Mühiddin Birgen, Xəlil Fitrət kimi alimlər necə gəlib Bakıda araşdırmalarını davam etdirirdisə, bugünkü texnoloji zamanında nədən bunlar olmasın? Bu üzdən, Fərqanə Dövlət Universitetinin filologiya fakültəsinin  tələbə və magistrlərinə ustad dərsləri demək təklifi də buna xidmət edirdi. Burada iki çətinliyim ola bilərdi; birincisi, mövzu ilə bağlı. Gərək elə mövzulardan mühazirə oxuyaydım ki, ortaq olsun, onların müəyyən dərəcədə anlayışı olsun. Mövzuları da ortaq problemlərə həsr etmişdim ki, tələbə və magistrlər başa düşə bilsinlər. "Türk dünyasında modernləşmə hərəkatı", "Özbək cədidçiləri və Azərbaycan maarifçilərinin ortaq cəhətləri", "İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik formulu yeni dönəmdə", "Ədəbiyyat və repressiya; sovet ədəbiyyatına nəzarət mexanizmlərinin gerçəklikləri" mühazirələri tələbələr və magistrlər tərəfindən maraqla qarşılanmışdır. İkinci çətinlik dil baxımından ola bilərdi. Deyim ki, özbək gəncləri də bizim gənclər kimi, getdikcə Türkiyə türkcəsini mənimsəməkdədirlər. Həm də özbək türkcəsi ilə Azərbaycan türkcəsi arasında o qədər də fərq yoxdur. Beləliklə, ortaq dil məsələsi öz-özünə həll olunmaqdadır. Z.Göyalpın hələ yüz il əvvəl ön gördüyü ortaq dillə bağlı tezisləri reallaşmaqdadır.

Özbəkistan səfərimin sonuncu günündə Uluqbəy adına Özbəkistan Milli Universitetinin rektor yardımçısı Həmidulla Baltabayevin dəvətilə Universitetin filologiya fakültəsində "Türkçülüyün üçlü formulu" mövzusunda yüzdən çox tələbə, magistr və müəllimlərə oxuduğum mühazirə də ortaq problemə həsr olunmuşdu. Bütün mühazirələr boyu çoxlu suallar verildi və bu cür tədbirlərin bundan sonra da davam etdirilməsi barədə ümumi fikir bildirildi. Konfrans iştirakçıları ilə alınan qərarlardan biri də dissertasiya və araşdırmaların ortaq mövzulara həsr olunması və bu prosesdə elmi rəhbərlərin də ortaq olması idi.

Səfərin ən yaddaqalan cəhətlərindən biri Fərqanənin tarixi yerlərini, abidələrini, müasir təhsil komplekslərini gəzməyimiz oldu. Universitetin Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktorları - Mənzurə Jurayeva və İslambek Mannopovun tutduğu proqram vilayətin tarixi və müasir yerlərini gəzməyimizə imkan yaratdı. Görkəmli özbək şairi Erkin Vahidovun ev-muzeyini və onun adına olan "Erkin Vahidov adına icad məktəbi"ni böyük təəssüratla gəzdik. Bu məktəb həm strukturuna, həm də ölkə təhsilində tutduğu yerə görə olduqca əhəmiyyətlidir. Burada təhsillə yanaşı, həm də müxtəlif sənətlər öyrədilir. Məktəbin poeziya dərnəyində olduq və onların şeir və hekayələrini dinlədik, uğurlar dilədik. Onların bədii yaradıcılığına həsr edilmiş "Özbəyim" dərgisini hədiyyə etdilər. Rıştanda, Morgilanda tarixi övliya yerlərini də gəzdik. Bu türbələrin yaşı çox qədimdir. İslambek deyir ki, bu yaxınlarda türkiyəli bir nazir də gəlib buranı ziyarət etmişdir.

Özbəkistanın Fərqanə vilayətinə gedib Kokand sarayını görməmək doğru olmazdı. Ona görə də proqramda Kokand sarayına ziyarət üçün ayrıca bir gün ayrılmışdı. Fərqanə şəhərindən 50 km. uzaqlıqda yerləşən Kokand xanlığının böyük tarixi var. Bu xanlıq 1709-1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın, əsasən, Şərq hissəsini əhatə edir. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlığı hesab olunurdu. Fərqanə vadisində yerləşən bu xanlıqda özbəklər və qırğızlar yaşayırdı. Daşkənd özü bu xanlığa tabe idi. Kokanda daxil olan şəhərlər arasında Əndican, Nəmənqan, Morgilan, Xücənd, Çimkənd kimi şəhərlər də var idi. Şərqi Türküstanın ən önəmli şəhərlərindən olan Kaşğar da bir müddət buraya tabe etdirilmişdi. 1865-ci ildə rus ordusu Daşkəndə müqavimətsiz daxil olduqdan sonra Kokand xanlığı əhəmiyyətli dərəcədə sarsılmışdır. 1866-cı ildə Kokand xanlığının özü də ruslar tərəfindən tutulmuşdur. Lakin rusların işğalına qarşı bir neçə dəfə üsyan qaldırılsa da, amansızlıqla yatırılmışdır. 1917-18-ci illərdə Kokand xanlığı yenidən öz Cümhuriyyətini elan etmiş, lakin üç ay ömür sürmüşdür. Lakin bu Cümhuriyyət də bolşeviklər tərəfindən süquta uğradılmışdır. Kokand xanlığının sonuncu xanı Xudayar xanın saray kompleksi həm gözəlliyinə, həm də inventarlarının zənginliyinə görə bizi heyran etdi. İslambek Mannopovun verdiyi bilgiyə görə, bu illərdə erməni-rus qoşunları xalqa divan tutmuş, Qafqazda və Türkiyədə etdiyi qırğınları burada da təkrarlamışlar. Mən tam da bu sırada Türkiyədə İttihad və Tərəqqi partiyasının öndərlərindən biri olmuş, hərbçi və siyasi xadim Ənvər paşanı xatırladım. Elə dünən bu barədə söhbət düşərkən, türkiyəli həmkarlarım onu macəraçı hərbçi adlandırmışdılar. Niyəsə bütün Türkiyədə onun Orta Asiya və Qafqazda döyüşməsinə bu cür münasibət var. Halbuki Ənvər paşanın bu coğrafiyada gəlib döyüşməsinin əsasında macəraçılıq yox, Turançılıq var idi. Həmkarlarım Kokand xan sarayını gəzərkən, dünənki söhbəti xatırlayıb ona haqq qazandırdılar. Ənvər paşanın Orta Asiya uğrunda döyüşünü və ya müdafiə etməsini macəra adlandıranlar Qafqaz və Orta Asiyadan olan türklərin Çanaqqala döyüşündə iştirak etmələrini xatırlamalıdırlar. Əgər türklər Orta Asiyanı özlərinin ana vətəni hesab edirlərsə, nədən Ənvər paşanın buranı müdafiə etməsi macəra axtarışı kimi qiymətləndirilməlidir?! Bu ayrı məsələ ki, Ənvər paşa bu döyüşlərdə məğlub olub, Orta Asiya uğrunda Düşənbənin 200 km-liyində Belçivan şəhərinə bağlı Obtar kəndində həlak olub. Türk həmkarlarıma onu da söylədim ki, Türküstan uğrunda döyüşənlərdən biri də Azərbaycan türkü Yusif Ziya Talıbzadə olmuşdur. Ənvər paşanın müavini kimi basmaçılara qoşularaq rus ordusuna qarşı vuruşub, cəsur döyüşçü, paşa kimi ad çıxarıb, sonra isə Türkiyəyə geri dönüb və burada yaşayıb. Ancaq bu gün məhz onun idealları və ideyaları ilə burada yeni bir türk cümhuriyyəti qurulub. Yaxşı olardı ki, Kokand xanının muzeyində bu iki şəxsə aid guşə də yer alaydı.

Fərqanə konfransı başa çatdı, təəssüratlar isə çoxdur; ən böyük qənaət siyasi müstəvidə gedən proseslərin elm, mədəni müstəviyə keçməsi, xalqların yaxınlaşması yolunda atılan addımların funksionallığıdır. İnanıram ki, Özbəkistanda başlayan bu çağdaş cədidçilik hərəkatı bundan sonra da türk xalqlarının inteqrasiyasında öncüllüyünü qoruyub saxlayacaq.

OTHER NEWS