Elchin's famous work "Aquarius" describes two families, one is the burden of the driver Agababa, and the other is the family of the bazaarcom Bashir. Social difference, moral deformity is revealed in the example of these two families, it looks more obvious in comparison. The broker Zubeyda in the story "Chicken Survival" is a talkative, profiteering, opportunistic aunt who puts her own interests above all else (her past is also somewhat slippery). Despite the fact that everyone from children to adults calls Zubeyda, the village community sees the appeal of "aunt" to her a lot. But the irreligious and unbelieving Zubeyda, whom militiaman Safar chased from here to there, to whom everyone was afraid of evil and looked like a demon, when he went to the city or to another place, "he missed this sand, this rock, these brains in the yard, the smell, the smell." ... he missed fig trees, but first of all, he missed the sound of the sea." The whole lyric of his life was the sea, its voice. When thinking about the "seal" above Zubeida's name, the position he held, it never occurred to him that he could have such sensitive sides, romanticism... "God created everyone in a way, and he created him like that. When the sea roars, when the waves crash against the rocks, man it seemed that he was not alone, as if the whole environment was living and breathing with you." When he sees Agagüll and Nisa together, Zübeyda, who threatens the boy in exchange for his silence, is a character that pushes the reader with such actions, but in relation to the sea, he becomes a completely different person... "Summer and winter, the sound of the sea was Zübeyda's radio and concert." . When he is sad, he takes refuge in his memories of the sea, "when his mother died of pneumonia after so many days... until morning, she was sitting alone on this shore of the sea." Zubeida had his own sea philosophy... "The roar of the sea seemed to come from another world, as if it was the voice of another world." At the end of the work, the writer makes a sacrifice for Zubeyda... He keeps alive the chicken that Aghagul brought to Zubeyda as a bribe...
Abşeron silsiləsində əhvalatlar bir ev sayılan Bakı kəndlərində baş verir, yazıçı oxucusunu sıra ilə Zuğulba, Bilgəh, Mərdəkan, Buzovna, Fatmayıda gəzdirir, Abşeronun təbiəti, Duzlu göl, Yanarqaya ilə tanış edir.
Şair Çingiz Əlioğlu "Abşeronla vidalaşma" adlı poema yazmış, onu "Abşeronun insanları və təbiəti haqqında ən gözəl əsərlərin müəllifi" kimi Elçinə həsr etmişdi.
Ömür - bir töhfədir, acı, ya şirin,
Vaxt qara quyudur, zaman qan içir.
Nəhəng qum saatı - qədim Abşeron
Tarixin dəyirman daşından keçir!
Ən çox bəyəndiyi insani keyfiyyətin "səmimiyyət" olduğunu söyləyən Elçinin qəhrəmanları təbii və səmimidir. Müəllif demokrat valideyn kimi surətlərin dinamikasına qarışmır, "xoşbəxt olmağın reseptini təklif etmir" (V.Bəhmənli), vəd vermir, "moral" oxumur, obrazı yükləmir, qəhrəmanlarına etibar edib tam sərbəst buraxır, onların "zamanın sınağından çıxacağına" ümid bəsləyir. "Bununla belə, Elçin bu haqda heç vaxt birbaşa mətnlə danışmasa da, müəllifin rəğbəti" (E.Axundova) arzularını qəlbində dəfn eləmiş Məsməxanımın, Ədilənin, gecə-gündüz ailəsi üçün özünü fəda edən Ağabacının tərəfindədir. Məsələn, Mirzoppa müəllifin "feyskontrolunu" keçsəydi, ona heç vaxt bu adı qoymazdı. Bizim ədəbiyyatda belə bir obraz varmı? Tam da olmasa, var. Mirzoppa mənim yadıma "Cəbhədən-cəbhəyə" romanındakı Çapıq Şəmsini salır. Özünün pis imicini qorumağı, amanın günüdür, birdən məhəllədə onu yaxşı tərəfdən tanıyıb dolayarlar - kimi natamamlıq kompleksləri ilə yanaşı, içməyi, davaları, arvadını incitməyi ilə... Amma fərq burasındadır ki, sonda Çapıq Şəmsi düz yola gəlir, "Mirzoppanın isə heç vaxt ağlı başına gəlməyəcək, heç vaxt adamlıqdan payı olmayacaq" (N.Cəfərov). Əgər kimsə adi, sadə adamlara tək-tək hallarda "bədii obraz pasportu verirdisə, Elçin Əfəndiyev bu adi insanları əsərlərinə dəstə-dəstə gətirdi" (R.Məmmədli). "Adi adamlar yoxdur. Adi adam ola bilməz", - deyən yazıçı, bildiyim qədər buna görə qınanıb da...
Elçinin təhkiyəsini heç kimlə səhv salmaq olmaz. "Onun nəsrində özünəməxsus bir cazibə qüvvəsi vardır" (L.Anninski). Akademik Nərgiz Paşayeva yazır: "Elçinin üslubu Azərbaycan ədəbiyyatında analoqu olmayan tamam yeni bir bədii-estetik hadisədir". Bəzən cümlə üzvlərinin qrammatik cəhətdən bağlı olmaması nəinki əsəri korlayır, əksinə, mətnə "izyüm" verərək onu daha da gözəlləşdirir. "Abşeronda, lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi". Bu təsvir hekayəyə sözlə çəkilən illüstrasiyadan savayı, həm də yazıçının əsərlərinin ruhuna çökən, qəhrəmanlarının qəlbinə hakim olan həzin tənhalığın bir nümunəsidir.
Kiçik sahil kəndlərinin, qəsəbələrinin özünəməxsus ab-havası, aurası olur ki, Elçin həmin atmosferi "Abşeron motivləri"nə köçürə bilmişdi. Lakin 90-larda bu "motivlərə" birdən-birə qaçqınlar daxil olur. Yarımadanın mənzərəsi yerli sakinlərə doğma olub ürəklərini açırsa, buralara sığınmış Şuşa qaçqınları üçün heç xoş deyil. Onları sanki soyuq sudan çıxarıb isti suya salıblar. "Bütün günü ruzi axtarışında Abşeronu dolaşır, gecə isə yuxularında doğma el-obalarını görürlər... İsti, boğanaq havada nəfəs ala bilmir, azca mürgüləyən kimi düşüncələrində Şuşanın yamyaşıl, zümrüdü mənzərələri canlanır" (E.Axundova). "Bayraqdar"da oxuyuruq: "Dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında... salınmış bu qəbiristanlıq həm də, yəqin dünyanın ən kasıb qəbiristanlığı idi". Qara 90-larda Abşeronun kəndlərində belə qəbiristanlıqlar peyda olmağa başladı. İndi hər kənddə nə qədər acı da olsa, kənd qəbiristanlığı ilə yanaşı, bir "qaçqın qəbiristanlığı" da var. Daha burada qaçqınçılığın təzə vaxtlarında olduğu kimi "23 qəbir" yoxdur, qəbir qazmağa yer tapılmır. Yazıçı Abşeron mövzusunu yaradıcılığı boyu "diri" saxlayır, elə yaxın pandemiya dövründə yenidən bu mövzuda hekayələr yazmışdır.
"Elçin Əfəndiyevin yazdıqlarını oxumaq, Azərbaycan xalqının ədəbiyyatını və tarixini oxumaqdır. Romançı Elçin İlyas oğlu Əfəndiyevi oxumaq Azərbaycan xalqını yaxından tanımaqdır". Şair-tərcüməçi Ə.Bəndəroğlunun yazıçıya verdiyi bu tərifi oxuyanda göz önünə həm də, ata Əfəndiyevin xalq yaradıcılığından qidalanan, azərbaycançılıq ideyaları ilə aşıb-daşan böyük yaradıcılığı gəlir.
Akademik Nizami Cəfərov yazır: "Həyatımızın hansı sahəsində boşluq varsa, Elçin müəllim həmişə o boşluğu görüb və çalışıb ki, o boşluq olmasın". Doğrudan da, Elçinin yaradıcılığı o qədər masştablı, rəngarəngdir ki, hər millətdən, hər yaşda olan oxucu intellektinə uyğun olub zövqünü oxşaya bilir. O, yaradıcılığı ən çox tədqiqata cəlb edilən yazıçımızdır. Orxan Pamuk, "Elçin oxuduğum iki Azərbaycan yazıçısından biridir", - deyir. Elçin üçün isə həmişə meyar, "hakim oxucudur". O, "nədən yazır yazsın, ona oxucularının arzu və düşüncələri prizmasından baxmağı bacarmışdır". Bu da, əlbəttə ki, oxucuya hörmətin göstəricisi olmaqla, yazıçının da böyüklüyünü ifadə edir.
Elçinin yazıçı, alim, ictimai xadim kimi titullarını və mükafatlarını saymaqla bitməz. Lakin onun Çingiz Aytmatov haqqında işlətdiyi sözü özünə də rahatlıqla şamil etmək olar. Elçin bu gün həmin mükafatların fövqündədir. "Sözümüzün bəy əfəndisi" - sevimli yazıçımız Elçin Əfəndiyevin "uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri" (Heydər Əliyev) ədəbiyyatımızın milli sərvəti olub onun gələcək nəsillərə "mənəvi vəsiyyətidir".