Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Levels, surroundings, and Akhundzade‘s Alchemist... - Javanshir Yusifli

25-01-2024 [ 12:30 ] [ read:22 ]
printerA+ | A-

The literary process cannot be separated from life, social, political, and ideological levels; there are always penetrations and mutual exchanges of information between them; however, it is highly undesirable for the literary process to become a component of one of these areas, as well as a maximally dependent part of it. Literary writings should have an impact on the previously mentioned and forgotten lower and higher locations. The Soviet instructor would stand in front of a mirror and memorize poetry by Nizami and Samad Vurgun, as depicted in the film "Both visit and trade," and these texts were always allusions and worthless things for him. Of course, there are no more professors or materials for people to read.

İndinin mətnlərində forma, mənim fikrimcə, sıyıqdır, yəni formaya çevriləsi məna yoxdur, müəllif o zaman gözəl mətnlər yarada bilir ki, onun sözü bütün mövcud sözlərdən yerdən göyəcən fərqlənsin, hamının bildiyi söz yox olub, həyat səhnəsindən qeybə çəkilib yenidən zühur edə bilsin, amma... biz hər təsadüfdə Axundzadənin kimyagəri ilə rastlaşırıq, Hacı Nuru da qoşulub onlara...

 

Mühit məsələsi

 

Mühit içindəyəm, ancaq bu mühit mənim içimdən doğmayıb, onunla mənim aramda zərrə əlaqə, bağlantı yoxdu, ona görə hər yerə, tədbirə, müzakirəyə insanları dəstə-dəstə çağırırlar (dəstənin başına ağıl qoymaq asandı...), oturub bu söhbəti edəcəyin bir adam yoxdu, bir adam dəstə-dəstə adamdı, tək olanda heç kimsən, dəstədə qışqıra bilirsən, göyün damından ulduzları ağ şanı kimi dərə də bilərsən. 

Amerikan şairi Robert Frostun poeziya haqqında bir fikrini burada sitat gətirmək, fikrimizcə, yerinə düşür: "A poem is the emotion of having a thought while the readers wait a little anxiously for the success of dawn." (Tərcüməsi: Poeziya oxucunun şəfəqin doğmasını həyəcanla gözlədiyi zaman düşüncənin doğurduğu emosiyadır). Frostun "emosiya-düşüncə-mətn üçbucağı" şübhəsiz ki, poeziya anlamının bütün dərinliyini ifadə etmək gücünə malik deyildir, ancaq şeirin anidən yarandığını, düşüncəyə, ideyaya və bunları ifadə edən misralara çevirməsi həqiqətdir.

Bir şairin yüzlərlə şeiri, minlərlə misrası onun poetik identifikasiyası olmaya da bilər. Və bu şeirlər, bu misralar, olsun ki, istedadla yazılıb. Onların bir məqamda poetik identifikasiyanı bəlirləməsi onun imzasını, yaxşı mənada, dəf edir. İmzanı görmədən də tanıyırsan. Musa Yaqubun bütün şeirlərində bu hadisənin şahidi olursan, şeirdən, misralardan Musa Yaqub sənə baxır. Əli Kərimin əksər şeirlərində uşaq müdrikliyi hiss edilir, əyaniləşir - Baxdım, bulağa baxdım, o yox idi, elə bil... (Yaxud T.S.Eliotdan: Hanı o həyat ki, onu yaşamaqla itirdik...) 

Həm də:

Əsas müstəvilərdi, yəni kim hardadı, olduğu yerdən mühit görünürmü? Yəni, topa-topa ulduzlar, onların arasından birini seç, aldat, ölüb dirilərsən, əsas yox ola bilməkdi, dünyaya istəsən, gələrsən, istəməsən, yox...

Mühit deyəndə, Nəsimi yada düşürmü?

Ədəbiyyat qəzeti. 24.01.24.