Since the early Middle Ages, the attitude towards women in Turkish thought and culture has been very different from the attitude in neighboring and neighboring countries and regions.
Historical facts, national traditions and identical characteristics, the worldview, lifestyle and values of the people to which they belong are collected and preserved for centuries, literary examples, treatises that are not devoid of artistry, at the same time, are rich sources that reflect the characteristic traits, priorities and taboos of the individuals of that nation. Sometimes, it is impossible to understand the thoughts of the writer, the man of words and thoughts that he brought up without studying these values of the people and deeply researching them. It is no coincidence that some Persian scholars admit that they do not understand many ideas of the Azerbaijani poet Nizami Ganjavi, his phraseological combinations and folk proverbs, which originate from the national thinking, living folk language and everyday life, and which he uses by mechanical translation into Persian.
One of the unique qualities of the Azerbaijani people is the role of women in our society, starting from ancient times, from the household level to the highest state positions, and the great value given to her opinion and opinion. This peculiarity, which many nations envy and even do not understand and cannot accept, is of course not accidental, it is directly related to the genetic memory of the great Turkish nation to which we belong and the genetic codes in our thinking. Academician Agafangel Krymski writes in his work "Nizami and his contemporaries" that even the wise vizier Nizamulmulk, who managed the domestic and foreign policy of a large empire, could not accept the relations between the Seljuk sultan Malik Shah and his wife Turkan sultan, and the khatu's interference in state affairs. "Until our time, we can observe the condition of women in the Turkmens who are not at all oppressed and poor; in the Seljuks, who are from the Turkmen tribes and have preserved some of their nomadic views even in urban life, in the 11th century, women had more freedom and value than the Persians, and they influenced the course of events - this was the situation that Nizamulmulk had to regretfully point out in his "Policy".
Kaplan Mehmetin "değişim döneminin eseri" adlandırdığı qədim türk dastanı "Kitabi-Dədə Qorqud"dan da məlumdur ki, türk cəmiyyətində qadınlar kişilərlə çiyin-çiyinə vuruşmuş, at çapmış, qılınc oynatmışlar. Dastandakı bu məsələlər geniş tədqiq olunduğundan, burada üzərində dayanmağa ehtiyac hiss etmirik. Məlumdur ki, türk soylu səlcuqlularda da qadınlar, xüsusilə, də sultanın sevimli zövcəsi dövlət işlərinə birbaşa müdaxilə edir, sultanın üzərində böyük təsirə malik olurdu. Tamamilə fərqli cəmiyyət və mədəniyyətin yetirməsi olan Nizamülmülk üçün isə bu, yolverilməz hal idi. Ona görə də məşhur vəzirin daxili siyasətində tətbiq etdiyi qaydalardan biri də Səlcuq dövlətində artıq adi hal almış Səlcuq qadınlarının dövlət işlərinə müdaxiləsinin məhdudlaşdırılması olmuşdur. Professor Rəhim Sultanov bu xüsusda yazırdı: "Nizamülmülk hələ lap qədimdən Toğrul dövründən dövlət məsələlərinə dəxalət edən, hətta xüsusi orduları olan, ərlərinə, oğullarına - şah və sultanlara böyük təsir göstərən Səlcuq qadınlarına verilən hüquqları məhdudlaşdırır, ümumiyyətlə, qadınların şəriətə görə, kişi işlərinə qarışmağa haqlı olmadıqları kimi bəhanələrlə onları nüfuzdan salır və hərəmxananın da böyük narazılığına səbəb olurdu".
Nizamülmülkün məşhur "Siyasətnamə" əsərində bir fəsil qadınlara həsr olunmuşdur. Burada müəllif qadınların cəmiyyətdəki yerini, mövqeyini, onlara qarşı necə bir münasibətin doğru olduğunu öz baxış açısından izah etmişdir. Böyük vəzirin fikirlərini oxuduqca onları istər-istəməz cəmi bir əsr sonra yaşayıb-yaratmış Nizami Gəncəvinin ideyaları, düşüncələri ilə müqayisə edirsən və aradakı zəmin-asiman fərqi insanı heyrətləndirməyə bilmir. Demək, həqiqətən də, "Hər mədəniyyət ayrı bir həyat üslubu deməkdir" (Rothacker).
Müqayisəni əyaniləşdirmək üçün Nizamülmülkün bir-iki fikrinə diqqət yetirək: "Şah əlaltılarının başçı olmalarına imkan verilməməlidir. Bundan böyük zərərlər törəyər, şah qədir-qiymətdən, şan-şövkətdən düşər, xüsusilə "hicab əhli" sayılan arvadlardan. Çünki bunların ağlı kamil olmaz. Bunlar nəsli davam etdirmək üçündür, nə qədər əsl-nəsəbli olsalar, o qədər dəyərli, nə qədər həyalı, ismətli olsalar, o qədər tərifəlayiq hesab edilərlər. ... Keyxosrov belə demişdir: "Hansı şah istəyirsə evi yerində qalsın, ölkəsi viran olmasın, şan-şövkətinə xələl toxunmasın, örtük əhlinə icazə verməməlidir ki, öz əlaltıları və nökərlərindən başqa işə qarışsınlar".
Daha sonra o, dediklərinin təsdiqi kimi tarixi-əfsanəvi hekayətlərdən, hədis və rəvayətlərdən illüstrativ nümunələr verir. Bəli, orta əsrlərdə, həm də təkcə Şərqdə deyil, elə qərbin özündə də münasibət belə idi.
Dahi alman filosofu və şairi Höte yazırdı ki, "Firdovsi keçmiş üçün, Ənvəri öz dövrü üçün, Nizami isə gələcək üçün yazırdı". Həqiqətən də, XII əsrdə Azərbaycandan dünyaya doğan bir dühanın - Nizami Gəncəvinin yaradıcılığını incələyərkən, bir daha əmin olursan ki, şairin ideyaları nəinki öz əsrinin, hətta yüzillər sonranın da düşüncə çərçivəsinə əsla və əsla sığmır.
Nizami Gəncəvi elə təkcə qadına münasibətdə orta əsrlər Şərq düşüncəsində inqilab etmişdir. Ancaq Nizaminin təsvirindəki qadın Nizamülmülkün haqqında bəhs etdiyi qadının bir əsr ərzindəki gəlişimi, tərəqqisi deyildir, o, əzəldən bu cür yaranmış, belə böyümüş Türk qadını idi, Nizami yaşadığı mühitdə o qadını məhz belə gördüyü üçün belə təsvir etmişdir. Burada XIII əsr təzkirəçisi Məhəmməd Ovfinin şairin "Leyli və Məcnun" haqqındakı fikirlərini xatırlamaq yerinə düşərdi. O, "Lübabül-əlbab" təzkirəsində "Leyli və Məcnun" poemasının üslubunu üzünü göstərməklə dövrün aqillərinin ağıllarını başdan alan (dar) qıyıq gözlü Türküstan gözəllərinə bənzədir. Mövzusu tarixdə ərəb əfsanəsi kimi məşhurlaşmış sevgi hekayətindən götürülmüş, farsca yazılmış bir əsərdə ədəbiyyat bilicisini türk ruhunu, türk obrazlarını, Türküstan gözəllərini görməyə vadar edən nə idi? Krımski bu suala belə cavab verir: "Səciyyəvidir ki, Nizaminin müasiri olmuş ədəbiyyat tarixçisi Ovfi poemanın bədiiliyini qiymətləndirməyi bacarsa da, onun "Türküstana aid olduğu"nu etiraf etmişdir, yəni həm poemanın qəhrəmanlarında, həm də onların həyat tərzində, görünür, məşhur klassik ərəb-bədəvi aşiq cütlüyünü və ədəbi baxımdan tərifi göylərə qaldırılmış, natiqlik istedadı (fəsəha) ilə məşhur klassik ərəb məişətini deyil, Nizaminin uşaqlıq çağlarından doğma Gəncəsinin yaxınlığında yaxşı müşahidə etdiyi köçəri türklərin məişət və düşüncəsinin əksini görmüşdür". Məsələ burasındadır ki, əfsanəyə əsasən, ərəb əsilli Leyli xarakter etibarilə bir türk qızı, türk xanımı idi. Elə Nizami Gəncəvi özü də qəhrəmanını "ərəb donlu türk" adlandırır.
Üzünü göstərməkdə ərəb ayı idi,
Könül ovlamaqda əcəm türkü idi.
Akademik Teymur Kərimlinin sözlərilə desək, "ərəb əfsanəsi Nizami poemasına yalnız ad vermişdir". Məhz bu səbəbdən Məhəmməd Ovfi Nizami Gəncəvinin əsərində türk gözəlini görürdü. Şairin yaradıcılığı ilə yaxından tanış olmayan, digər əsərlərindən xəbərsiz olub, yalnız "Leyli və Məcnun"u oxuyanlar ərəb səhrasındakı bu qızın haradan cəsarət aldığını anlaya bilmirlər: müsəlman cəmiyyətində qadının etiraz etmək gücünə sahib ola biləcəyinin köklərini ağılagəlməz yerlərdə axtarırlar (bu barədə daha geniş bax: Bədəlova Təhminə. Nizami və Həqiri Leylilərini birləşdirən xətt: türk təfəkkürü. Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu. Filologiya məsələləri. 2016, № 9. səh. 302-308). Halbuki bunun üçün heç də uzağa getməyə ehtiyac yoxdur, Nizami Leylidən əvvəl Şirini yaratmışdı... Və Məhəmməd Əmin Rəsulzadənin sözlərilə desək: "...qadınlıq haqqındakı Nizami görüşlərinin daha çox Qafqaz və türk dünyasının özünəməxsus həyat tərzi və gələnəyindən mayalandığı görünməkdədir".
Şairin "Xosrov və Şirin" əsərində türk mühitində qadın və cəmiyyət problemi ən parlaq şəkildə əksini tapmışdır. Əlbəttə, əsərdəki hökmdar qadın Məhin Banu və Şirin obrazları (həmçinin "İskəndərnamə"dəki Nüşabə obrazı) ən müxtəlif aspektlərdən işlənmişdir. Odur ki, burada mövzu ilə əlaqədar yalnız bir səhnə üzərində dayanmaq istərdik.
Yaradıcılığında türk xalqlarının məişəti və adət-ənənələrinin əks olunduğu Nizami Gəncəvi əsərlərində çövkan oyunu ilə bağlı maraqlı məqamlar yer almışdır. Nizaminin "Xosrov və Şirin"də təsvir etdiyinə görə, çövkanı at çapmaqda, qılınc oynatmaqda kişilərdən heç də geri qalmayan və şairin "Aslanın erkəyi, dişisi olmaz" deyə, şücaətini vəsf etdiyi türk qızları da oynamışlar.
O yetmiş qız dişi aslan kimi
Şirinin yanına başı havalı gələnlər.
Mərdlikdə hər biri bir İsfəndiyar idi,
Ox atmaqda Rüstəm kimi bir atlı idilər.
Çövkan oynamaqda elə cəld idilər ki,
Fələyin çənbərindən topu (yəni ayı)
çalıb aparırdılar.
Hadisələrin sonrakı gedişi isə göstərir ki, bu coğrafiyada çövkanı, hətta qadınlar kişilərlə bərabər oynamışlar. Şair yazır ki, oyun o qədər uzun müddət, coşqun və qızğın keçir ki, hətta çövkan ağacları sınıb yerə səpələnir, torpağa qarışır.
Xosrov gördü ki, o munis quşlar
Çəməndə qumrudur, şikarda tərlan.
Şirinə dedi: "Gəl at oynadaq,
Bir az bu meydanda çövkan oynayaq".
Xosrovun çövkanına top atdılar,
Gözəllər meydanda şur qopartdılar.
Çövkandan bütün yollar söyüdlüyə döndü,
Yer o söyüddən aya səndəl sürtürdü.
Hər topu ki, o söyüddən yel aparırdı,
Günəşin topunu yaxasında sındırırdı.
Bir tərəfdə onun ay və ulduzları idi,
O biri tərəfdə şah və fərmanında olanlar idi.
Maralla şir oynayırdı,
Qırqovulla qırğı qarət ələ keçirirdilər.
Topu gah günəş aparırdı, gah da ay,
Gah Şirin girov verirdi, gah da şah.
Kos-çövkan oyunundan kam alandan sonra,
Meydanın çevrəsində at səyirtdilər.
Əslində, səbəbləri bəlli olsa da, düşüncədəki inkişafın dinamikası baxımından anlaşılmazdır ki, Nizamidən sonra gələn və şairin ədəbi məktəbinin ənənələrini davam və inkişaf etdirən sənətkarlar belə, məsələn, Əmir Xosrov Dəhləvi, Arif Ərdəbili qadına münasibətdə daha ehtiyatla yanaşmışlar. Cihan Okuyucu yazır: "Bir kültürü anlamak için onu sadece yabancı kültürlerle mukayese etmek yetmez; belki kendi gelişim devreleri arasında da karşılaştırmalar yapmak ve gelişmenin yönünü takip etmek gerekir". Bu baxımdan Arif Ərdəbilinin Şirinə münasibəti sələfindən fərqlənir. XIV əsr şairi "Xosrov və Şirin"ə cavab olaraq yazdığı "Fərhadnamə" əsərində, sözügedən poemada Şirinin "Kəlilə və Dimnə" hikmətlərinə meyil etməsini inandırıcı hesab etmir. Sevib-sevilməyə, gözəlliyinə aludə olan qadınların Ərəstu fəlsəfəsinə, hikmətli sözlərə deyil, ancaq yüngül, əxlaq normalarından uzaq şəhvani macəraları əks etdirən nağıllar toplusu olan "Əlfiyyə" ilə maraqlana biləcəyini yazır:
O, Büzürgümmidi saldı zəhmətə,
"Kəlilə və Dimnə"dən keçdi söhbətə.
...Ey ustad, bu işi rəva bilmə sən,
Şirini göstərmə hikmət öyrənən.
"Əlfiyyə" oxusa, kim gecə-gündüz
Sevməz Ərəstunu, hikməti sözsüz.
Professor Xəlil Yusifli hind abidəsinin "Xosrov və Şirin"ə daxil edilməsi səbəblərindən danışarkən, buna, ilk növbədə, Nizaminin yaratdığı Şirin obrazının bilik və mənəvi-əxlaqi keyfiyyətlərinin təbii şərait yaratdığını qeyd edir.
Əslində, Nizami Gəncəvinin əsərlərində mövzu ilə bağlı, onu müxtəlif yönlərdən aydınlaşdırmağa imkan verən zəngin material vardır və işlədikcə mövzu o qədər şaxələnir, qol-budaq atır ki, onu bir məqalənin çərçivələri daxilinə sığdırmaq çətin olur. Lakin zənnimizcə, elə gətirilən örnəklər də şairin və həmçinin mənsub olduğu türk xalqının cəmiyyətdə, ailədə qadına münasibətini anlamağa kifayət edir. Və qətiyyətlə demək olar ki, Nizami Gəncəvi elə təkcə yaratdığı qadın obrazları ilə, sözün əsl mənasında, düşüncədə, təfəkkürdə irəliyə doğru inqilaba bənzər bir sıçrayış etmişdir. Şairin yaradıcılığı təkcə Şərq üçün deyil, bütün dünyada bir Renessans hadisəsi idi.