It is interesting to look at the not very distant history of literary history and historiography in Azerbaijan. Although attempts were made to study other local problems of literature at one or other time intervals, A. Abid's "History of the Literature of Azerbaijani Turks" (Tbilisi, 1900s), F. Kocherli's "Literatura azerbaijanskih Tatar" (1903, in Russian), A. Sur's "A Look at Turkish Literature" (1906-1908), "A Look at Azerbaijani Literature" by Y.V. Chamenzaminli (Istanbul, 1921), S. Mumtaz's activities in this field, R. Efendizade's "Basiratul-atfal", A. Shaig's "Gulzar". Starting from the 20s of the 20th century, it created a picture of possible intensification of the works carried out in the direction of writing the history of Azerbaijani literature.
However, it should be noted that the attempt to create a somewhat conceptualized, more general approach to writing the history of Azerbaijani literature took place after the arrival of Fuad Köprülüzade and Ismayil Hikmet, who were invited from Turkey. At this level, it is necessary to mention the importance of the two-volume book "Literature of Azerbaijan" written by Firidun Bey Kocherli (1925-1926) in the creation of literary historiography in Azerbaijan.
After M.F. Kopruluzade's "Studies on Azeri Literature" (1926), I. Hikmet's "History of Turkish Literature" (in four volumes) volumes 1, 2, 3 were published in 1925, volume 4 in 1926, he , published the book "History of Azerbaijan Literature" in two volumes in 1928.
F.M. Köprülüzade and I. Hikmet studied literary history outside the ideology of Turkism, and did not imagine the creativity of its individual representatives in isolation from this context. In the priorities of A. Abid, A. Nazim, H. Zeynalli, A. Shaig, A. Musakhanli, J. Efendizadeh and others, the writing of a book on the history of literature, which envisages the scientific-theoretical development of our literature, was presented as an undeniable problem.
Volume I of this rare two-volume study by Ismail Hikmet "From the "Inception" epoch of Turkic literature in the "First part" covers the Chinese territories, the Arabian deserts, Egypt, the Indus countries, the Ghaznavids, the Seljuks, the Kharazims, and the Mongols who settled in an important region of Asia. , the author looks at the development of Turkish literature in the pre-Islamic period from Turkish ethnic groups such as Aghgoyuns, Karagoyuns, and Safavids, who have a dominant position in Iran, and looks at the development of Turkish literature in the pre-Islamic period. He spoke about his affiliation and talked about examples of oral folk creativity (orientals, lullabies, bayatis, marriage orientals, death (funeral), season, traditions, heroic orientals, stories (historical and love), such as "Shah Ismail", "Dade Gorgud" The presentation of epics in the form of "Muhammad and Muhammad", "Games, Dances, Satanism", etc., is due to the author's guidance of a certain structure-content feature.
İkinci qisimdə - moğollar istilası dövrü, teymurilər, cığataycanın inkişafı, onun oğuz ləhcəsinə təsiri, Azəri ləhcəsi, Azərbaycanda ədəbiyyat və ədiblər, təsəvvüf və hürufiliyin bir araya məntiqi baxış sərgiləməsi; dini cərəyan-təsəvvüf (mistisizm), hürufiliyin İran, Türküstan, Azərbaycan, Türkiyə ərazilərində yayılması, hürufiliklə bəktaşiliyin bəzi məqamlarda birləşməsi, İzzəddin Həsənoğludan gətirdiyi qəzəl nümunələri və Azərbaycan ədəbiyyatının etnik milli köklərə bağlılığını, Qazi Bürhanəddinin həyatına, dilinə, sənətinə və zehniyyətinə dərindən nəzər salıb, "bütün türk ədəbiyyatı içində eşsiz bir türk sənətkarı siması ilə yaşamasını" (s.335) təqdir etməsi, Nəsiminin (s.335) "Seyyid Hüseyni" və "Seyyid" məxləsləri ilə şeir yazmaqla, dili, sənəti və zehniyyəti ilə bağlı inandırıcı izahlar verməsi ilə ədəbiyyat tariximizin həmin dövrünə müəyyən baxış sərgiləmənin sistemli mənzərəsi kimi dərk və qəbul edilməlidir.
Üçüncü qisimdə İsmayıl Hikmətin on beşinci əsrdən on səkkizinci əsrə qədərki dövrü araşdırması (s.372) ədəbiyyatımızın irəli hərəkətini daha geniş çevrədə (Mavəraünnəhr və Xorasan), Azərbaycan ədəbiyyatının ümumi səciyyəsini, Səfəvilərin zühuru, şiəliyin, qızılbaşlığın güclənməsi ilə yanaşı, qeyd edilən dövrdə Hamidi, Xəlili, Həbibi, Haşimi, Süruri, Bəsiri, Matəmi, Kişvəri, Xətai, Bidari, Səhabi, Pənahi, Şahi, Hafız Əcəm, Niyazi, Şah Qasım, Nami, Məsum, Füzuli, Saib, Qövsi, Məsihinin yaradıcılığına baxış, adları çəkilənlərdən hər birinin əsərlərinə səriştəli nəzər, Matəminin həyatı və sənəti ilə bağlı şərhlərin və s. verilməsi İ.Hikmət tərəfindən tarixi-ədəbi epoxanın çeşidli tərəfləri ilə ortaya gətirilmişdir.
Birinci cildin sonunda (s.474) əsəri çapa hazırlayanlar tərəfindən "İzahlar və qeydlər" bəhsində İsmayıl Hikmətlə bağlı bilgilər verildikdən sonra, 476-519-cu səhifələrdə ayrı-ayrı söz, söz birləşmələri, adlar, soyadlar, toponimlər, etnonimlər, təqvim tarixləri, bəzi adların tərcüməsi və s. yer almışdır.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabının ikinci cildi İslamiyyətin zühurundan miladın on səkkizinci əsrinə qədərki dövrü əhatə etməklə (s.521) bu cilddə "İslamda şiəlik"dən - Xətainin həyatından (s.532-564-ə), Yusifbəyin "Sam Mirzə və Sadiqi" təzkirələrindən verdikləri məlumat, Şah İsmayıl zamanının səciyyəsi, Pirqulu bəy, Şəmsi, Şahqulubəy, Süsənbəy, Saleh, Kirami, Riri, Fikari, Bidari, Səhabi, Pənahi, Şahi, Hafiz, Niyazi, Şah Qasım, Sadiqi, Şərif, Həkim Bədii, Xəlifə, Kəlayi, Xəzani, Həsiri, Mir Qədri, Ətiqiyi-Şirvani, Zayei, Zəmiri, Füzuli, Fəzli, Şəmsiyi-Bağdadi, Hüsniyi-Bağdadi, Əhdiyi-Bağdadi, Rindiyi-Bağdadi, Zehniyi-Bağdadi, Elmi, Əmani, Nami, Saib, Qövsi, Məsihi və başqalarının yaradıcılığı haqqında bilgilər ortaya qoyulmuşdur (s.766). Bu cildin sonunda verilən "İzahlar və Qeydlər"də islamiyyətin ayrı-ayrı təriqətləri, Qurani-Kərimlə bağlı məlumatları, Məhəmməd peyğəmbərin məsləkdaşları, yaxınları, qohum-əqrəbaları, Kərbəla hadisələri və s. yanaşı, Gibb Vilkinson, İqnats Qoldsiyer, Bəktaşilər, III Yəzdəgird, I Yəzid, Məhəmməd xan Şeybani, Besim Atalay, Sam Mirzə, Əlişir Nəvai, Hüseyn Bayqara, "Mühakimətül-lüğəteyn", "Töhfeyi-Sami", Həsən Çələbi Qınalızadə (s.766-817) və başqa bu kimi adların izahının verilməsi İsmayıl Hikmətin başlanğıcdan tutmuş XVIII əsrə qədər mövcud olmuş Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığı haqqında gərəkli məlumatlar təqdim etmək baxımından kifayət qədər zəruri yanaşma olduğunu göstərməyi özümüzə borc bilirik.
Heç şübhəsiz ki, İsmayıl Hikmətin araya-ərsəyə gətirdiyi bu kitabdan başqa digər müəlliflərin də yaradıcılığında Azərbaycan ədəbiyyatının lap qədim dövrdən mövcud olduğu çağlardan başlayaraq bu mətnləri heç də lokal çərçivələrdə yox, dünya, Şərq, islam, türk mədəniyyətini inkişaf edirən xalqların ədəbi-bədii-poetik söz sənətinin, islam dünyagörüşü və həyat fəlsəfəsi kontekstində nəzərdən keçirilməsi Azərbaycan ədəbiyyatının mənşəyini, etno-genetik kodlarını, poetik landşaftını ümumtürk, Türkiyə türklərinin ədəbiyyatını, Bağdad türklərinin və türkmanların, İran türklərinin və farsların, Orta Asiya - Mavəraünnəhr, Baktiriya, Türküstan türklərinin ədəbiyyatı ilə bir arada götürməsi ədəbiyyatımızın öyrənilməsinə daha geniş prizmadan baxılmasını zəruriləşdirmişdir.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabının professor Mahirə Hüseynovanın ideya müəllifliyi, professor Təyyar Salamoğlu və dosent Yədulla Dadaşlı tərəfindən transliterasiya edilərək "Ön söz", "İzahlar və qeydlər"lə oxuculara, ədəbiyyat tarixçiləri və ədəbiyyatşünaslara orta əsrlər ədəbiyyatı üzrə tanınmış mütəxəssis, professor Yaqub Babayevin elmi redaktorluğu ilə yenidən "İlğım ədviyyatları"nın sponsorluğu ilə nəşr etdirilib, təqdim olunması Azərbaycan mədəni-ədəbi düşüncəsinin zəruri hadisəsi kimi uzun zaman kəsiyində yaddaşlarda qalacağına və bu kitabın tətbiqi əhəmiyyətinin davamlı olacağına inandırmaqdadır.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabının, fikrimizcə, ən mühüm dəyəri ondadır ki, müəllif ədəbiyyatımızın qaynaqlarına yetərincə geniş və inandırıcı çevrədə yanaşıb, onu özünün fərdi müvafiq sisteminə tabe edib, XVIII əsr dövrünə qədər gətirib yetişdirə bilmişdir. Digər mənbələrlə bağlı müqayisələrə varmadan Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabı ilə müqayisədə İsmayıl Hikmətin Azərbaycan ədəbiyyatı nümunələrinə baxışının müstəqil və fərqli baxış kontekstində işıqlandırdığı görünməkdədir.
İsmayıl Hikmətin təqdim etdiyi "Azərbaycan ədəbiyyatı tarixi"nin üstünlükləri; fikrimizcə, aşağıdakılardır:
1. Azərbaycan ədəbiyyatı tarixinin sütunu olaraq onu Azərbaycan türklərinin etnik tarixinə bağlamaq cəhdi;
2. Azərbaycan ədəbiyyatının inkişafını din tarixi və islam ənənələri kontekstində işıqlandırma mövqeyi;
3. Azərbaycan ədəbiyyatının tarixini türk, fars, ərəb xalqlarının ortaq dil, poetik ənənə müstəvisində dəyərləndirmə meylləri;
4. Ədəbiyyat tarixini mədəniyyət tarixi ilə uzlaşdırıb Çin, Hind, Asiya, Orta Asiya, Qəznəvilər, Səlcuqilər, Xarəzmlilər, monqollar, digər türk etnosları ilə təmaslar kontekstində nəzərdən keçirmə cəhdi;
5. Hər bir xalqın ədəbiyyat və bədii sənət tarixinin köklərində olduğu kimi onun ilkin qaynaqları kimi şifahi xalq yaradıcılığı örnəklərinə, epos nümunələrinə söykənməklə bədii fikrin dinamikasının mənzərəsinin yaradılıb yazılı ədəbiyyat nümunələrinə sistemli və məntiqli baxış sərgiləməsi;
6. Azərbaycan ədəbiyyatının inkişafına oğuz ləhcəsi, Azərbaycan türklərinin ləhcəsi, təsəvvüf və hürufiliyin bir araya gəlişini nəinki Azərbaycan, həm də Türküstan, Türkiyə ərazilərində izləməsi;
7. Azərbaycan ədəbiyyatının irəli hərəkətinin Mavəraünnəhr və Xorasan arealında öyrənib, Səfəvilərin zühuruna, şiəliyin, qızılbaşlığın və digər cərəyan və təriqətlərin güclənməsi əsasında klassiklərin əsərlərinin təfsirini verməsi;
8. Digər Azərbaycan ədəbiyyatı tarixçiləri ilə müqayisədə xeyli naməlum isimlərin ortaya çıxarılmasına nail olması;
9. "Bağdadi" təxəllüsü ilə yazıb yaratmış "Şəmsiyi-Bağdadi, Hüsniyi-Bağdadi; Əhdiyi-Bağdadi, Rindiyi-Bağdadi, Zeyniyi-Bağdadi" kimilərin yaradıcılığını geniş ədəbi dövriyyə daxil etməsi;
10. Azərbaycan ədəbiyyatının mənşəyinə, etno-genetik kodlarının şifrələnməsinə ümumtürk müstəvisində yanaşma.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabının hər iki cildində şairlərin isimləri və onların yaradıcılığına təkrar qayıdış tərəfimizdən nəzərdən keçirilmişlərin təkrarı yox, həm də İsmayıl Hikmət kimi məsuliyyətli və dəyərli tədqiqatçının əvvəlki (I cilddə) nəzərdən qaçırılmış, sonralar əldə edilmiş məlumatların əsərin II cildində yer almasının zəruriliyi ilə bağlı olmuşdur.
Bir də İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" kitabına biz XXI əsrin 20-ci illərinin gözü ilə baxmaq yox, bundan 100 il əvvəlki tarixi-nəzəri baxışlarla yanaşmalıyıq. Bu böyük Azərbaycan sevdalısının XX əsrin 20-ci illərində qələmə aldığı, min bir əzab-əziyyət hesabına topladığı məxəz və materialların hansı ictimai-siyasi və ideoloji-mədəni şəraitdə ortaya çıxmasının özünün nəzərə alınması da son dərəcə vacibdir.
İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" özündə xronoloji ardıcıllığı əks etdirdiyindən onu ədəbiyyat tarixçiliyimizin ilk sistemli mənbəyi adlandırmaq olardı.
"Ədəbiyyat qəzeti", 20 sentyabr, 2023