People's writer Anar's "Unforgettable Meetings" (Baku, "Tahsil", 2009) is the first large-scale work that created the image of Great Leader Heydar Aliyev in literature. Anar says: "A lot has been written about Heydar Aliyev, thick and thick books have been published. Over the years, more will be written, the values passed through the filter of history will be further clarified, and his services will be more deeply understood in the context of the events that will take place in the world and in our country. But this , is the work of future generations. It is the duty of today's generations, his contemporaries, especially those who have been in contact with him to one degree or another, to write down their memories and memories of Heydar Aliyev without delay, to preserve the various shades and details of his complex and rich image as a document of history..." (Anar, Unforgettable Meetings, p. 42. - Numerous quotations in the article are from this source)
"Unforgettable meetings" should be considered a good example of memoir literature. This genre loves factual accuracy; Anar wrote the work on the basis of his diary notes and today's thoughts after meetings with Heydar Aliyev. And even sometimes he does not trust his memory, when talking about the events of recent history, he reinforces the fact by referring to documentary materials published in the press of that time. In general, Anar lovers know well: as a writer, Anar has never lied to the pen. As a result of this, it is possible to imagine, solve and characterize an entire period, social events, human scenes by taking the images from Anar's pen. It is the same in "Unforgettable meetings"; the writer can also shed light on the whole Epoch-Society-Environment scenes in his shadow by drawing the Portrait of the genius Personality visible from the Literature.
While creating the image of Heydar Aliyev, Anar undoubtedly first of all refers to the materials of Literature and Culture; Heydar Aliyev and writers, Heydar Aliyev and Literature, Heydar Aliyev and literary environment, Cultural and Literary policy implemented by Heydar Aliyev as the head of state, etc. He is attentive to points related to literature. The condition of the memoir genre is loyalty to what happened; it dictates not going beyond the vivid impression of "unforgettable encounters"...
About the first meeting, Anar writes: "The first absentee "contact" regarding Heydar Aliyev began with his critical views about the "Gobustan" collection in his report at the October Plenum of the Central Committee in 1971. We did not know each other personally then, and I did not participate in this meeting either. At that time in Moscow I studied at the director's workshop..." (p. 46)
This is the story of a different era: "After many, many years, like many other issues, I understood this point more deeply. The most reliable source about this was Heydar Aliyev's words during the period of independence... "For example, I "Gobustan" I remember the magazine. When it was created, there were so many different actions against it. I remember that someone came spreading ideas of nationalism, someone came spreading ideas against our system, one came from that side, and one came from this side. I used to take and look at this "Gobustan" magazine, and I saw that they didn't have what they said, but there are many things that we need. Therefore, "Gobustan" magazine lived. Today, I am happy to say that "Gobustan" magazine did great things at that time..." (p. 47)
What does the head of state, as a social and political figure, Heydar Aliyev want from literature? The fact that: Literature should not serve destruction, but construction; this is, first of all, his ideological mission. Heydar Aliyev attaches great importance to the power of ideology, he can approach it in his own status, and it is amazing that he is able to root, mobilize and use the communist ideology, which was once alien to us, and Azerbaijanism, which was declared as the official ideology of our independent state, to national interests with the same intensity.
"Unforgettable Meetings" testifies: "As the head of the republic party organization, he lightly criticized Gobustan because he had to react to the signals from the highest authorities, but as a patriot of Azerbaijan, he did not allow the group to disintegrate. During the period of independence, he was not able to say the words "Gobustan lived" in the Soviet era. the leader who did not put it had full moral right... After this Plenum, "Gobustan" was not only not closed, it was allocated additional staffs and two working rooms in the Theater Society, its status as a publication of the Ministry of Culture was determined, instructions were given to printers to publish it on time..." (p. .47-48)
But the pattern of our writers and artists also brought that: Heydar Aliyev loved literature as an individual, as a human being; he knew well which period of literature and how much expression to provide; moreover, he had a personal relationship with his contemporaries, writers and artists. Therefore, the work highlights the relations and meetings of the President of the Republic with writers and artists as a whole, as well as with many of them individually, as well as his individual and different treatment. "Unforgettable Meetings" as a memoir is invaluable at these points.
How many characters and names appear in the work: Suleyman Rustam, Mirza Ibrahimov, Rasul Reza, Nigar Rafibeyli, Mirvarid Dilbazi, Imran Gasimov, Bakhtiyar Vahabzade, Khalil Reza, Mammad Araz, Balash Azeroglu, Ismail Shikhli, Nabi Khazri, Qabil, Jabir Novruz, Tofig Bayram, Medina Gulgun, Huseyn Abbaszade, Sabir Ahmadov, Yusif Samadoglu, Akram Aylisli, Anar, Elchin, Magsud Ibrahimbeyov, Rustam Ibrahimbeyov, Isi Malikzade, Fikret Goja, Vagif Samadoglu, Fikret Sadiq, Isa Ismayilzade, Araz Dadashzade, Altay Mammadov . Behrudi, Nizami Aydın, Dayanat Osmanli, Ilgar Ilkin... I deliberately do not list the names of other artists: musicians, composers, artists, state officials and party functionaries; just to draw close attention to Literature.
"Unforgettable Meetings" contains the realities of the difficult environment in which the literature of the 1960s-1980s was created; The tension between the regime and literature can be heard from the work; and finally: here we find the whole image of the 60s as a generation... This is the period when: the morality of Soviet authoritarianism has almost decayed to the level of "shoe-licking" in the image of the "writers" of the previous generation: "Two events happened at that time. the first one was one of the most disgusting scenes of today's meeting. One of the middle-aged nasirs came to Heydar Aliyev: - Let me kiss your shoes - he said - you put Ekrem Aylisli in a good place..." - we are talking about the opening of the Creative House of Writers in Shuvelan in 1981, - "...The most terrible thing was that the man really wanted to bow to Aliyev's boots. Aliyev moved aside in disgust: - What is this?" he said. - If you behave like this, I will never meet you again. .." (p. 57)
This is the time when telling the truth really required skill from the Writer; also at that time, each of the 60s had their own handwriting, "literary policy": "Although Akram spoke vaguely and in detail, he expressed one opinion very honestly, he said that writers and poets who praise the party should be treated with suspicion... "; moreover, the writer needed a lot of strength to stand behind his words: "...After the Shuvalan meeting, it became clear to me and to everyone that Heydar Aliyev has a special relationship with Ekram. He would not forgive anyone for the things that Ekramchen went through. .." (p. 55-56)
This is the period when writers were still searching for a "general literary work" and could hit a point. Anar's note from 1983: "But now, two years later, when I think about Akram's unsuccessful and inauspicious speech in Shuvelan, I feel proud rather than sorry. It is true that it was an inappropriate speech, it is true that this speech only harmed our general literary work, but no matter what, this speech was the speech of an honest man, an honest intellectual, no matter how confused his sentences were, it was the only writer's word in the Shuvalan assembly of writers..." (p. 56)
"Unudulmaz görüşlər" bir yandan, məhz bizim milli 60-cıları yetirən "Ədəbiyyatda Heydər Əliyev epoxası"nın xarakterini açırsa, digər tərəfdən 60-cıların özünün heyrətamiz birliyinə-bütövlüyünə diqqət çəkir. Bugün bəlkə də paradoksal görünəcək qədər maraqlı situasiyadır; bir yandan, az qala həqiqətən də ortada o zamankı ictimai-siyasi doktrinaya qarşı dura biləcək bir Ədəbiyyat var, Ədəbiyyat mövqeyi var: "Heydər Əliyevin səbri tükənirdi. Hiss olunurdu ki, özünü güclə saxlayır. Əkrəmin ünvanına bir neçə sərt söz dedi. Salondakılar əl çalmağa başladılar. Əliyevin baxışını tutdum, əl çalmadığımı görmüşdü və odur ki, Əkrəmə:
- Sən də, sənə rəğbət bəsləyənlər də bilin ki, biz yazıçılar arasında münasibətləri gərginləşdirmək istəmirik - dedi. - Biz istəyirik ki, sən jurnalda işini davam etdirəsən..."(s.56)
Digər tərəfdən, axı həmin Ədəbiyyatı himayə edən-dəstəkləyən, qorumağa çalışan da sanki eyni instansiyadır; o zaman İdeologiya üzrə katib Həsən Həsənovun Anara dediklərindən: "Qurultayda yaxşı danışdın - dedi - doğrudur, bu çıxış ədəbiyyatın vəziyyətinin obyektiv təhlilindən daha artıq sənin özünün ədəbiyyata baxışlarının ifadəsi idi. Amma sənə deməliyəm ki, Heydər Əliyeviç səni çox yüksək qiymətləndirir, belə lap yüksək. Açığı, Heydər Əliyeviç də, mən də istəyirdik ki, İttifaqın rəhbəri sən olasan, amma ağsaqqallar hamısı bir ağızdan sənin əleyhinə oldular..." (s. 66)
Ölkə başçısı bir Ədəbiyyat hərəkatı olaraq 60-cıların liderliyinə kimin nə qədər şansı olduğunu yaxşı bilir: "Bu günlər mən bir çox yazıçılarla söhbət etmişəm. O cümlədən Sizin barənizdə də... Onların sizə münasibəti müxtəlifdir, amma hətta sizin və atanızın bədxahları da etiraf edirlər ki, siz ciddi yazıçısınız, geniş biliyə maliksiniz, iki dili də mükəmməl bilirsiniz..." (s. 62) Odur ki, istər təklikdə söhbətində bunu hədəfə alır: "Amma, hər halda, bir partiya işçisi kimi, bir ata kimi sizə tövsiyə edirəm ki, irimiqyaslı əsər yaradasınız, bizim bugünkü həyatımızı əks etdirən bir əsər. Qoy orda neqativ hallara qarşı mübarizə də olsun, amma eyni zamanda bizim əxlaq prinsiplərimizi, ideyalarımızı aydın, fəal təsdiq də olsun... " (s. 62)
İstərsə də qurultay səviyyəsində, açıq polemikaya girərək Anarın "gənclərin səhv etmək səlahiyyəti" barəsində fikrinə düzəlişlər edir:
"Heydər Əliyev: Amma sən belə dedin ki, əgər o, səhv etməsə, cavan olmaz ki, o, yetişmişdir. Səhv etmək qətiyyən mütləq olmalı şey deyil.
Anar: Şübhəsiz.
Heydər Əliyev: Səhv ola bilər. Ancaq o cavan, o gənc ki, dünyanı əvvəldən düzgün mövqelərdə başa düşür, o ya səhv etmir, ya da az səhv edir. Səhv etmək, şübhəsiz ki, bizim həyatın dialektik qanunudur. Bu aydındır, bunu heç kəs inkar etməməlidir. Amma nə qədər çalışsaq ki, bizim gənclər öz yüksək istedadlarını düz istiqamətdə inkişaf etdirsinlər, o qədər gənclər mətləbə tez çatar. Elədirmi?
Anar: Doğrudur. Mən yenə də bunu təkrarlamaq istəyirəm ki, səhv edəndə biz onu səhvinə görə başından vurmayaq. Sizin dediyiniz sözdür.
Heydər Əliyev: Bəli, mən dediyim sözdür. Səhvinə görə başından vurmayaq, qətiyyən. Amma səhvi düzəldək.
Anar: Doğrudur" (s. 60)
Belə görünür ki, ümummilli lider Heydər Əliyev yazıçını siyasi rejimdən də əvvəl, hələ öz ictimai əhatəsindən qorumağa çalışır; yenə Şüvəlan görüşündən fraqment: "...Sonra ikinci hadisə baş verdi. Heydər Əliyev kənarda dayanmış Əkrəmi gördü, onu yanına çağırdı. Mən aralı dayanmışdım, nə danışdıqlarını eşitmirdim, amma gördüm ki, Əkrəmə gülə-gülə əl uzatdı, sonra qucaqlaşıb öpüşdülər..." (s.57)
Hətta bir az da məğzinə varanda bəlkə daha da çox yazıçını özündən-sözündən-həqiqətindən qoruyurdu; daha bir "unudulmaz görüş", 1999-cu il, Rüstəm İbrahimbəyovun 60 illik yubileyində Heydər Əliyev özü bunu belə yada salır: "Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir ki, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq. Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı. Yaxud götürək Anarı. O da dissident idi..." (s. 48-49)
"Unudulmaz görüşlər" necə dissident olub-ola bilməməyin sirlərindən də söz açıb-danışır; Heydər Əliyev müdrikdir, Heydər Əliyev qadirdir, Anarın yazdığı kimi: o, "Qalib gəldi, qalib getdi" bu dünyadan...
***
"Unudulmaz görüşlər" müstəqillik illərinin əhvalatlarından da çox şey danışır; çox nöqtələri yerinə qoyur... Yazıçı Anarın qələmi bu yerdə daha böyük əhatələrə can atır: "unudulmaz görüşlər"lə bahəm faktlar, düşüncələr, geniş ümumiləşdirmələr əsasında Heydər Əliyevin Dövlət başçısı, ictimai-siyasi xadim, tarixi şəxsiyyət, Ulu Öndər, xalqın xilaskarı, böyük siyasətçi və diplomat, ən nəhayət sadəcə İnsan kimi də Portretinə çoxlu çizgilər sezə və cıza bilir. Yazıçı borcu-məsuliyyətindən əlavə, onu buna sövq edən birbaşa motivlər, amillər də var:
- Əvvəla, 1980-ci illərin sonlarından başlayaraq, Anar özü də ictimai-siyasi xadim kimi fəaliyyət meydanına girir; bu onun milli cəmiyyət həyatımızın ən mürəkkəb dönəmlərində Heydər Əliyevlə birbaşa təmas nöqtələrinə həssas olmağını şərtləndirir: "Bu hadisələrdən sonra (1980-ci illərin sonlarından söhbət gedir - T.Ə.) ilk dəfə onunla Moskvada, Kremldə, Qurultaylar Sarayında görüşdük. Foyedə yanaşdım, hal-əhval tutdum. Başqa Azərbaycan nümayəndələri də, o cümlədən o vaxt Azərbaycan KP MK-nın I katibi vəzifəsinə yenicə seçilmiş Əbdürrəhman Vəzirov da yanaşdı. Diqqət elədim ki, Heydər Əliyev bütün vəzifələrindən uzaqlaşdırılıbsa da, Ə.Vəzirov yüksək vəzifəyə təyin olunubsa da, Heydər Əliyev onunla bir növ yuxarıdan aşağı danışır. Bu yalnız boy və yaş fərqilə bağlı deyildi, məncə, bu həm də hər ikisinin yaxşı dərk etdikləri miqyas fərqi ilə bağlıydı. Heydər Əliyev Vəzirova "sən", Vəzirov ona "siz" deyə müraciət edirdi. Heydər Əliyev: - Hə, sənin işin çətin olacaq - deyirdi - Qarabağ məsələsini həll etmək asan iş deyil..." (s. 82)
- Digər tərəfdən, zamanın bağlarının qırıldığı həmin dövrdə azərbaycanlı olub, Azərbaycanda olub da diqqətin-düşüncən-ümidlərinə hakim kəsilmiş Heydər Əliyevin tarixi xilaskarlıq missiyasının miqyasını- əhatəsini- nəticələrini görməmək-anlamamaq- müşahidə eləməmək mümkünsüzdü. Anar yazır: "Sentyabrın 20-də (1993-cü il - T.Ə) Prezidentin vəzifəsini icra edən Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ilk dəfə ziyalılarla geniş görüş keşirdi. Mən məruzə etdim. Məruzəmdə Heydər Əliyevə aid bu fikirlər səsləndi: Azərbaycan bu gün tarixinin, doğrudan da, ən ağır günlərini yaşayır və çoxları kimi mənim də bu ağır günlərdən qurtulmaq ümidlərimiz Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə bağlıdır. Tək kiçik qonşumuzun - ermənilərin yox, böyük qonşularımızın da siyasi oyunlarını yaxşı bilən, dünya siyasəti miqyasında düşünən, zəngin təcrübəyə malik olan, siyasi addımlarını yüz ölçüb bir biçməyi bacaran Heydər Əliyev, bəlkə də bu ağır günlərdə Azərbaycanımızın son şansıdır..." (s.89)
- Ən nəhayət, bu o vaxtlar idi ki: ölkəmizdə cahanşümul hadisələr baş verirdi; suveren, müstəqil, demokratik Dövlət və Cəmiyyət quruculuğu prosesi gedirdi... Və bu inşaatın memarının özünün marağında idi ki, həmin prosesə yazarlar da qatılsın, cərəyan edən hadisələrin bilavasitə şahidi-iştirakçısı olsun, tarixçiliyini eləsin, salnaməsini yaratsın: "Əgər sovet vaxtında Heydər Əliyev Azərbaycan rayonlarına çıxanda yazıçıları da özüylə aparırdısa, müstəqillik dövründə, prezident kimi xarici səfərlərə gedəndə ziyalıları da dəvət etməyə başladı. Bunun böyük əhəmiyyəti vardı. Heydər Əliyevi müşayiət edən jurnalistlər hadisələrin faktoloji tərəflərini işıqlandırır, informasiya xarakterli məlumat verirdilərsə, bu səfərlərin əhəmiyyətini, prezidentin xaricdəki davranışını, başqa ölkələrin liderlərilə danışıqlarını yazıçılar daha dərindən müşahidə və dəyərləndirə bilərdilər... " (s. 90)
"Unudulmaz görüşlər"ə həssas olsaq, görərik ki: Heydər Əliyev hələ sovet dönəmindən yazıçılarla əlaqə və münasibətlərində təkcə həyat dərsi deyil, eyni zamanda onlara Ədəbiyyat dərsi verir; bir an belə ölkənin-xalqın-cəmiyyətin mənafeyindən kənar durmamağa çağırır, cəlb edir Yazıçını. Sovet zamanı üçün bəlliydi; milli maraqların ifadəsi bu və ya digər dərəcədə mövcud quruluşun tələbləri çərçivəsində reallaşırdı, konkret halda Heydər Əliyevin bilavasitə himayəsi olmasaydı, bugün dediyimiz "60-cıların ədəbiyyatı" da olmazdı. "Şəxsiyyətin miqyası" məqaləsində Anar bunu belə xatırlayır: "Respublikada elə ab-hava yarandı ki, sənətə sənət meyarlarıyla qiymət verilməyə başlandı və bizdən yaşlı nəsil artıq müəyyən dərəcədə özünü təsdiq edib qoruya bilirdisə, bizim nəslin - 60-cı illər nəslinin də ədəbiyyata, kinoya, teatra, sənətimizin başqa sahələrinə gəlib öz sözünü demək imkanı yaranmışdı. Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını başqa nəsildaşlarım kimi mən də daima hiss etmişəm..." (s. 37)
Əlbəttə, burda heç də həmin Ədəbiyyatın gücü, parametrləri, bədii keyfiyyəti mübahisə predmeti deyil; söhbət fərqli, məhz müstəqillik illəri hadisə və ölçülərindən gedir ki: Yazıçıdan artıq hansısa çərçivələrlə hesablaşmaq və ya da höcətləşməyi deyil, əksinə: yeniSini qurmaq-yaratmaq, təsbit etməyi tələb edirdi. Yeni cəmiyyət və mədəniyyət quruculuğunda müstəqil-müstəqim Yazıçı sözü və mövqeyinə hacət vardı ki, Heydər Əliyevin "unudulmaz görüşlər"də yazıçılarımızı bəzən hətta buna "təhrik etdiyi"nin şahidi oluruq. Anar yada salır: 1995-ci ilin oktyabrında Konstitusiya Komissiyasının iclasında Dövlət dilimizin adının müzakirəsi zamanı üç yazıçının mövqeyi başqalarından fərqlənir. "...Heydər Əliyev bu məsələylə bağlı fikirlərini ifadə etdi: Komissiyanın üzvləri Bəxtiyar Vahabzadə, Anar, Elçin Əfəndiyev deyirlər ki, dövlət dili yazılsın Azərbaycan türk dili, ya Azərbaycan türkcəsi. Komissiyanın başqa üzvləri bu fikri bəyənməyiblər, yəni bu fikrə qoşulmayıblar. Prosedura, müzakirə nöqteyi-nəzərindən vəziyyət bundan ibarətdir. Ancaq yenə də deyirəm, bu çox həssas, çox incə məsələ olduğuna görə əgər bir adam bu barədə söz deyirsə, ona fikir vermək lazımdır və burada məsələni adi çoxluq ilə, azlıq ilə həll etmək olmaz... İkincisi də, bu fikri söyləyən adamlar bizim görkəmli ziyalılarımızdır, mədəniyyət, elm, ədəbiyyat sahəsində tanınmış və böyük fəaliyyət göstərmiş adamlardır..." (s. 96)
Heydər Əliyevin Yazıçı mövqeyinə həssaslığını sonrakı sətirlərdə də görürük: "...Heydər Əliyev prezident və komissiya sədri kimi bu məsələni inzibati yolla həll edə bilərdi, amma etmədi, azlıqda qalsaq da səsimizi, sözümüzü eşitdi, fikrimizə hörmətlə, diqqətlə yanaşdı, məsələnin geniş müzakirəsini keçirdi, müzakirədə səs çoxluğuyla (əlbəttə, başqa bir tərkibdə müzakirə keçirilsəydi, başqa nəticələr də alına bilərdi) yalnız "Azərbaycan dili" adlanmasına qərar verildi... " (s. 98) Hətta bu məqamda Dövlət başçısının yanaşması şəkki ötən əyyamlara gedən yazıçı təsəvvüründən daha üstün, irəlidir: "Bəxtiyar müəllimin də, Elçinin də, mənim də qəbul olunmuş qərar haqqında başqa fikirdə olmağımız dövlət rəhbərinin bizə qarşı həmişəki münasibətini dəyişmədi. Əksinə, elə həmin günlərdə mənə müstəqil Azərbaycanın ilk Milli Məclisinin ilk iclasını açmaq və aparmaq kimi şərəfli bir iş tapşırdı..." (98)
Memuarlarda Heydər Əliyevin unudulmaz obrazı ilə yanaşı, epoxanı qəhrəmanı ilə birgə yaşamış, onun hər dürlü nöqtələrinə, fərman və fərmayışlarına həssas kəsilmiş Yazıçı obrazını da görürük. 1960-1980-ci illər üçün bu - Zamanın irəli çəkdiyi, Epoxanın sözünü deyən qabaqcıl, fəal, mücadiləçi Yazıçı fiqurudur; geniş maarifçi missiyası ("Qobustan"), teatr-kino-televiziya fəaliyyəti də ("Şəhərin yay günləri", "Dədə Qorqud", "Uzun ömrün akkordları") bunun haləsindədir. Amma müstəqillik illərində Anar daha çox mədəniyyət xadimidir, ictimai-siyasi fiqurdur; bütün enerjisi ilə Ulu Öndərin həyata keçirdiyi Cəmiyyət və Mədəniyyət quruculuğunun yanında olmağa, Zamanın qırılıb-əldən gedən bağlarının bərpasına töhfələrini verməyə can atır. Bu zaman hətta yazıçı qələmi də məhz həmin məramın narahatlığı-qayğıları-çabalarına tabedir ("Azərbaycan" oçerki, "Min beş yüz ilin Oğuz şeiri", "Ağ qoç, qara qoç"). Heç təsadüfi deyil ki, "unudulmaz görüşlər"də tez-tez Anarı Ulu Öndərin yanında Mədəniyyət məsələləri üzrə müşavir qismində görürük - Dədəm Qorqudun 1300 illik yubileyinin qeyd edilməsi şölənində olduğu kimi:
"Fürsətdən istafadə edib: - cənab Prezident, biz də belə, bundan da gözəl Dədə Qorqud yubileyi keçirə bilərik - dedim.
- Dədə Qorqudun neçə illiyidir ki?
- 1300 illiyini qeyd eləyə bilərik.
- Niyə 1300?
- Əlbəttə, dastanın motivləri, qaynaqları daha qədimdir, amma əlimizdəki mətndə Dədə Qorqudun Həzrət Məhəmmədin müasiri olduğu bildirilir, bu tutarğanı əsas götürmək olar.
- Bakıya gələndə bu barədə təkliflərini yaz - dedi.
Bakıda xarici işlər naziri Həsən Həsənovun və mənim imzalarımızla Dədə Qorqud yubileyi haqqında təkliflərimizi yazdıq..." (s.92-93)
Bugün də həmin ənənələrin davamını Azərbaycan Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət quruculuğuna yönəlik təklif və layihələrə son dərəcə həssas münasibətində görürük: "Prezident seçkilərindən və andiçmə mərasimindən dərhal sonra latın qrafikasıyla nəşr olunacaq kitablar haqqında təkliflərimi Prezidentə göndərdim. Doğrudan da, ən qısa bir müddətdə - 2004-cü il yanvarın 12-də prezident İlham Əliyev bu barədə son dərəcə vacib bir fərman imzaladı. Mənə telefon etdi: - kitabların siyahısını Siz tərtib edin və bizə göndərin - dedi. Bu məsələylə çoxdan məşğul olduğum üçün iki gün ərzində həm klassik və çağdaş Azərbaycan, dünya yazıçılarının əsərlərinin, həm də uşaq ədəbiyyatının geniş siyahısını tərtib edib Prezident Aparatına göndərdim. İlk növbədə çıxan kitablar əsasən məhz mənim tərtib etdiyim siyahılar əsasında idi..." (138)
Mədəniyyət quruculuğuna yönəlik daha bir layihənin ideya təşəbbüsçüsünün də Anar olduğunu "unudulmaz görüşlər"dən öyrənirik: "Romadan qayıdarkən uçaqda söhbətimiz zamanı mən prezidentə bir şey də təklif etdim. Dedim ki, onun adını daşıyan fond yaratmaq yaxşı olardı... Bir neçə il sonra görüşlərin birində Heydər Əliyev bu söhbəti yada saldı, dedi: Ümumiyyətlə, belə bir fond yaratmaq və bu fondun vasitəsilə mədəniyyətə, ədəbiyyata, bəzi başqa sahələrə kömək, himayə etmək fikrin xatirimdədir, İtaliyadan geri dönərkən təyyarədə biz Anarla danışırdıq. Mən ona dedim, mənim çox şeylərə vaxtım çatır, amma bəzi şeylər var ki, o mənim şəxsi işlərimlə əlaqədardır, ona vaxtım çatmır.
Anar: Mən sizə dedim ki, bu sizə yox, bizə lazımdır..." (s.129)
İdeyanın gerçəkliyini bugünümüzdə tapırıq: "Fond Heydər Əliyevin vəfatından sonra yarandı. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu özəlliklə humanitar və xeyriyyəçilik sahəsində, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı yolunda, Muğamımızın, Xalçamızın dünyada geniş tanınması üçün çox böyük işlər görür" (s.129)
"Unudulmaz görüşlər"in bədii siqləti - Yazıçı həqiqətindədir. Bu, öz dövrünə-zamanına - təlaşları və rifahı ilə birgə son dərəcə sadiq bir yazarın iç həqiqətləridir: "Hələ sovet dövründə Heydər Əliyev - Qurultayımızda da, başqa tədbirlərdə də dəfələrlə mənim haqqımda ona mənfi məlumatlar verildiyini xatırlamışdı. Müstəqillik dövründə, prezident olduğu zaman da belə təşəbbüslərin olması barədə bir şey deməyibsə, güman edirəm ki, yenə mənim haqqımda ona bədxah məlumatlar çatdırılırmış. Amma o bunlara əhəmiyyət vermirdi. Çünki mən ona arxalandığım kimi, o da mənə inanırdı, yaxşı bilirdi ki, heç bir vaxt, heç bir şəraitdə ona dönük çıxmaram. Buna görə də hər növ "deyicilərə" məhəl qoymurdu. Mənə elə gəlir ki, kimlərsə məndən bunun hayıfını çıxmaq istəyir. Bəlkə də yanılıram. Amma bir həqiqət var ki, bu günə gücü çatanların Keçmişə və Gələcəyə gücü çatmır. Keçmişi dəyişmək olmaz, Gələcəyi də bilmək olmaz. Heydər Əliyevlə görüşlərim, ünsiyyətim ömrümün ən munis xatirələrindəndir və bu Keçmişimi heç kəs məndən ala bilməz" ( s. 143)
"Unudulmaz görüşlər" bitmiş, eyni zamanda bitkin Epoxa barəsində bitkin bir əsərdir: "Yazını tamamlayıb, nöqtə qoymaq istəyirdim ki, hansı vəyhləsə, qeyri-ixtiyari bir qədim bayatımız yaddaşımdan süzülüb kağıza düşdü:
Burdan bir atlı getdi,
Atın oynatdı getdi.
Gün kimi şəfəq saçdı,
Ay kimi batdı getdi.
Bu bayatının son misrası heç vəchlə Heydər Əliyevə aid ola bilməz. O, ay kimi batmadı, onun şəfəqləri həmişə Azərbaycanımızı işıqlandıracaq..."
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu
"Ədəbiyyat qəzeti", 2023, 18 fevral