The National Leader of the Azerbaijani people, Heydar Aliyev had a universal outlook and an extraordinary memory, and amazed people with his deep knowledge and skills in all areas of social life. Thanks to the multifaceted activities of the genius, comprehensive development in all directions was achieved in Azerbaijan, and solid foundations for a greater future were created.
The place, role and opportunities of the literary factor in the fate and political activities of the prominent statesman Heydar Aliyev were very broad, and covered a wide range of tasks, from the introduction of the country and the people to the formation of the national ideology. First of all, it should be noted that Heydar Aliyev was one of the rare statesmen in the world who had extensive and systematic knowledge of literature. The factor of literature occupied a special place in the formation of the worldview of Heydar Aliyev, who was distinguished by his extraordinary reading ability from his youth, and who bravely appeared on stage alongside professional theater actors even at a young age. His contemporaries remember that he played the main roles in the play "Vaqif" and the drama "In the Black Country". Even rare photographs of Heydar Aliyev's theater lover are preserved in the museums and archives of our country. Heydar Aliyev, a great historical figure, acknowledged the great role of fiction in his personal destiny in his speech at the tenth congress of Azerbaijani writers held in 1997 as follows: "Personally, I am a person who loves literature very much and I have loved literature since my youth, even from childhood, when I read the first examples of literature at school. Literature and culture played a very important role in my formation as a person, in my education, morals, and spirituality. When I was in high school, I read all the works of Azerbaijani poets and writers with love... In those years, in those childhood and youth years, they had such an impact on me. and that I have not forgotten them. These words "I have read, I have not forgotten" are not just an opinion. That is, they influenced me, I benefited from them, I received spiritual food."
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Müsahibələri və çıxışlarında aydın olur ki, Heydər Əliyev dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasına, şairlərdən Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirinə, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına, milli mətbuat sırasından "Molla Nəsrəddin" jurnalına, opera üzrə Üzeyir bəy Hacıbəylinin "Koroğlu"suna, mənzum faciələrdən Hüseyn Cavidin "İblis" əsərinə... xüsusi önəm verdiyini nəzərə çarpdırmışdır. Bütün məqamlarda Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini tamamladığı aşkar müşahidə olunur.
Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Bu prinsiplər qüdrətli dövlət xadiminin siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin istiqamətlər Heydər Əliyevin siyasi təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətdə, üzvi əlaqədə olduğunu göstərir.
Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək uğrundakı mübarizəsində ədəbiyyatda dərin iz salmış, köklü ənənələrə malik olan bu amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə hələ sovet rejimi çərçivəsində olsa belə, Azərbaycanda möhkəm milli əsaslara malik, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti özünün böyük bəhrələrini vermişdir. Belə ki, o, siyasi rejimin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan yazıçılarının, xüsusən, böyük demokrat Cəlil Məmmədquluzadənin, Xalq şairləri Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açmışdır. Və bu, nəticə etibarilə Heydər Əliyevin xalq arasında və mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün zəruri olan ictimai rəyin hazırlanmasında mühüm rol oynamışdır.
Cəmiyyətdə gedən ümummilli prosesləri zaman-zaman mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə siyasi büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdur. Bununla yanaşı, bu uzaqgörən dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə milli mücadiləyə könül vermiş, ömür həsr etmiş yazıçılar və alimlər deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla rəğbətləndirilmiş və müdafiə olunmuşlar. Əslində, bu yolla Heydər Əliyev həm də ümummilli ideallara xidmət edən ziyalıların fəaliyyətinə dəstək verdiyini cəmiyyətə çatdırmış, onların toxunulmazlığına təminat vermişdir.
Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup görkəmli dilçi alimlərini: Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik "Müasir Azərbaycan dili" dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də ictimai-siyasi və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə başa çatdırmışdır.
Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində, sərt sovet rejimi çərçivəsində cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış ideoloji məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: "Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır".
O zamana qədər nəinki hətta nisbətən sərbəstlik imkanlarına malik olan yazıçı və şairlərdə, heç bir siyasətçi keçmiş Sovetlər İttifaqı məkanında Cənubi Azərbaycan, yaxud cənub ədəbiyyatı haqqında rəsmi yığıncaqlarda bir kəlmə belə danışa bilməmişdi. Bu, təkcə Azərbaycanda yox, geniş mənada sovet dövlətində həmin mövzuda açıq ifadə edilən ilk mühüm tezislər idi. Bu tezislərin işığında XX əsrin səksəninci illərindən etibarən elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində ilk addımlar atılmağa başlamışdır. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkar Azərbaycanda dövlət səviyyəsində səslənən bu cür bəyanatlardan sonra ölkəmizdə geniş dairədə tanıdılmışdır.
Həmin dövrdə Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, Xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları ictimai-ədəbi mühitdə ildırım kimi çaxmışdır. Yaxud əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustalarının əsərləri ilə Cənubi Azərbaycanla əsaslı tanışlıq da məhz keçən əsrin səksəninci illərindən etibarən baş vermişdir. Eyni zamanda həmin dövrdən başlayaraq Azərbaycan ədəbiyyatında cənub mövzusunda yeni əsərlər meydana qoyulmuşdur. Azərbaycan Yazıçılar Birliyində və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin təşkili və çoxcildlik Cənubi Azərbaycan ədəbiyyatı antologiyalarının hazırlanıb nəşr edilməsi, ədəbi ictimaiyyətə çatdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı qətiyyətli addımların, açdığı yeni üfüqlərin sayəsində mümkün olmuşdu.
Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da azərbaycançılıq Heydər Əliyevin apardığı milli dövlətçilik siyasətinin lokomotividir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Elçin, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.
Heydər Əliyev keçmiş ittifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan edirdi ki, "Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər". Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün dünyada tanıdılması missiyasına xidmət etmişdir. Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əliyevin yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağındakı böyük əks-səda doğurmuş nitqində səslənən aşağıdakı mülahizələr də Azərbaycanın, xalqımızın tanıdılması qayğılarını və milli-mənəvi özünüdərk proseslərini əhatə edir: "Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir".
Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Bundan başqa, müxtəlif bəhanələrlə Azərbaycan xalqına mənsub olmasına şübhə ilə yanaşılan, ətrafında yersiz və haqsız mübahisələr açılan ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi həm də həmin mübahisəli məqamların, haqsız iddiaların aradan qaldırılmasına, Azərbaycan gerçəkliyinin daha dərindən əsaslandırılıb təsdiq olunmasına hesablanmışdır. Nizami Gəncəvinin 840, İmadəddin Nəsiminin 600, Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyləri prosesində aparılan məqsədyönlü siyasi-ideoloji və elmi-ədəbi işin sayəsində həmin sənətkarların və ədəbi abidələrin Azərbaycan xalqına məxsusluğu nəinki möhkəm surətdə əsaslandırılmış, hətta bütün dünyaya bəyan edilmişdir. Nizami Gəncəvinin 840 illik yubileyinin keçmiş Sovetlər İttifaqı miqyasında, İmadəddin Nəsimi və Dədə Qorqud təntənələrinin UNESCO səviyyəsində, Məhəmməd Füzuli tədbirlərinin türk dünyası masştabında geniş şəkildə keçirilməsi adları qeyd olunan dahi sənətkarların və ədəbi abidənin dünya çapında tanıdılmasından başqa, həm də Azərbaycana məxsusluğunun qəti şəkildə təsdiq olunması demək idi. Bütün bunlar isə Heydər Əliyevin ədəbiyyat siyasətində yazıçı və şairlər, ədəbi əsərlər vasitəsilə Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi kimi məsələlərin mühüm faktor olunduğunu nəzərə çarpdırır.
Ümummilli Lider Heydər Əliyevin ədəbiyyat siyasətində tarixilik prinsipinin də özünəməxsus yeri vardır. Böyük dövlət xadimi Heydər Əliyev bu fikirdə idi ki, "Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də... respublikamıza maraq göstərən adamlara tanıtmaq lazımdır". Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini, belə əsərlərin geniş təbliğ edilməsini zəruri saymışdır.
Məlum olduğu kimi, aparılan dövlət siyasəti görkəmli Azərbaycan yazıçıları Anarın, Elçinin, İsa Muğannanın, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın və başqalarının tarixi mövzularda yazdıqları bədii əsərlər ölkəmizdə milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində doğru istiqamətləndirilməsinə xidmət etmişdir. Həmin dövrdə tarixi mövzularda yazılmış bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərdən bəzilərinin rus dilinə tərcümə olunması, Türkiyədə Azərbaycan ədəbiyyatının nəşri prosesinin miqyasının genişlənməsi təmin edilmişdir. Beləliklə, Azərbaycan məmləkəti təkcə müasir inkişaf səviyyəsi ilə deyil, həm də zəngin tarixi ənənələri ilə dünyada tanıdılmışdır.
Heydər Əliyevə görə, tarixi mövzuda yüksək bədii səviyyədə əsər yazmaq yazıçıların Vətən və xalq qarşısındakı ən məsul vəzifələrindəndir. Belə əsərlərdə tarixiliklə bədiiliyin vəhdət daşımalı olduğunu da görkəmli dövlət xadimi diqqət mərkəzinə çəkmişdir: "Tarixi simaların obrazları yaradılan və tarixımizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər".
Heydər Əliyevin ədəbiyyat siyasətində müasirlik meyarının özünəməxsus rolu və yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik genişmiqyaslı bir kateqoriya kimi həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata gətirilməsi vəzifələrini əhatə edir. Ona görə də Heydər Əliyev həmişə elmdə və ədəbiyyatda öz dövrünü bütün dolğunluğu ilə göstərməyin, ictimai inkişafın dialektikasını bədii formada canlandırmağın, cəmiyyətin ən mühüm meyillərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu "hər bir sənətkarın dərk etməsi çox böyük vəzifədir" qənaətində olmuşdur. Onun fikrincə, müasir həyatdan söz açan əsl sənətkar ötəri, keçəri meyilləri deyil, "ictimai inkişafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə təsvir etməlidir". Heydər Əliyev haqlı olaraq belə hesab edirdi ki, "bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır".
Həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarındakı dərin məzmunlu məruzələri müasir ədəbiyyatın, yaxud ədəbiyyatda müasirlik məsələsinin bədii əksinin proqramına çevrilmişdir. Onun müasiri olduğu sənətkarların yubiley mərasimlərindəki dərin məzmunlu çıxışları müasir həyat və çağdaş ədəbiyyat münasibətlərinin əsas ana xətləri ilə açılmasına aydınlıq gətirir. Beləliklə, cəmiyyətdə və ədəbiyyatda müasirlik anlayışının Heydər Əliyev konsepsiyası formalaşmışdır. Fikrimizcə, XX əsrin altmışıncı illərindən sonra yaranan müasir Azərbaycan ədəbiyyatı ən yaxşı nailiyyətlərini həmin müdrik konsepsiyanın işığında qazana bilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin və onun mətbu orqanlarının qorunub saxlanılması da görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan mühüm bir xidmətdir. "Ədəbiyyat qəzeti"nin, "Azərbaycan", "Qobustan", "Ulduz" və "Literaturnıy Azerbaydjan" jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi Heydər Əliyevin çətin keçid dövrü proseslərində Yazıçılar Birliyinin və milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür.
"Qobustan" jurnalının dövrün ideoloji təxribatlarından xilas edilməsində Heydər Əliyevin mühüm rolu olmuşdur. Görkəmli dövlət xadimi sonralar, 1997-ci ildə "Qobustan" jurnalı haqqında aşağıdakı mətləbləri ictimaiyyətə çatdırmışdır: "Mən Qobustan jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirəmdədir, biri gəlirdi ki, nə bilim millətçilik ideyaları yayır, o biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır. …Mən də görürdüm, baxırdım bu "Qobustan" jurnalına bunların dedikləri şey yoxdur, lakin bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan" jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm ki, "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü".
Azərbaycan yazıçılarının ölkədən kənarda tanıdılması vasitəsilə Azərbaycanın tanıdılması və təbliğ edilməsi sahəsində ən uzaqgörən addımlardan biri də Ulu Öndərin onlara keçmiş SSRİ-də ən yüksək fəxri ad hesab edilən Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsinə nail olması ilə əlaqədardır. Etiraf etmək lazımdır ki, böyük istedadları və xidmətləri ilə birlikdə Xalq yazıçıları Mirzə İbrahimova və Süleyman Rəhimova, Xalq şairləri Rəsul Rzaya və Süleyman Rüstəmə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi məhz respublika rəhbərinin nüfuzu sayəsində mümkün olmuşdur. Hətta bu məsələdə Heydər Əliyev siyasi büronun üzvləri səviyyəsində baş vermiş müqavimətlərlə də üzləşmiş, lakin bütün maneələri dəf etməyi bacarmışdır.
Müstəqillik epoxasının müasir mərhələsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsaslandığı azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət siyasətindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq müasir dövrün tələblərindən doğan müddəalarla daha da zənginləşdirərək, müstəqillik dövrünün ədəbiyyat siyasətini müəyyən etmişdir. Beləliklə, yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinin formalaşmış ənənələri yaradıcı şəkildə davam etdirilmişdir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən ədəbi prosesin stimullaşdırılması siyasətinin uğurlu davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Azərbaycan Respublikası Dövlət Mükafatının bərpa edilməsi, ədəbiyyat və incəsənət xadimlərinin mükafatlandırılması ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir. Bütün bunlarla bərabər, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, ölkəmizin artan iqtisadi imkanlarına uyğun olaraq, ədəbiyyat siyasəti sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi də yeni tarixi epoxanın reallıqlarıdır. Ədəbiyyat və incəsənət sahəsində Heydər Əliyev mükafatının müəyyən edilməsi və həyata keçirilməsi, hər şeydən əvvəl, Azərbaycan dövlətinin ədəbiyyat siyasətini müəyyən edən görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir. Heydər Əliyev mükafatlarının təsis olunması həm də ədəbiyyat və incəsənətin Ulu Öndərin ümummilli ideallarına layiq şəkildə inkişaf etdirilməsi ənənəsinin yaşadılması deməkdir. Eyni zamanda son vaxtlarda "Qızıl çinar", "Buta" kimi yüksəksəviyyəli mükafatların meydana çıxması, Heydər Əliyev Fondunun mükafatları və təqaüdlərinin yaradılması mövcud siyasətin işığında formalaşan yeni ənənələrdir.
Ədəbiyyat tarixində böyük ədəbi məktəblər yaratmış görkəmli sənətkarların adlarına bütöv bir ilin həsr edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin ədəbiyyat siyasətinə daxil etdiyi mühüm yenilikdir. Azərbaycanda böyük uğurla keçmiş "İmadəddin Nəsimi ili" (2019) və "Nizami Gəncəvi ili" (2021) bu qüdrətli sənətkarların həm müstəqil Azərbaycan Respublikasının yeni nəsillərinə yenidən təqdim olunması və həm də dünyada tanıdılması üçün bir il ərzində geniş siyasi və elmi-ədəbi iş aparılmasına imkanlar yaratmışdır. Dünyanın müxtəlif ölkələrində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin heykəllərinin ucaldılması, muzeylərinin yaradılması da Prezident İlham Əliyevin azərbaycançılıq uğrunda apardığı mübarizənin ana xətlərindən biridir.
Bütün bunlar ölkəmizin Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət işini müstəqillik dövrünün yüksək tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi tədbirlərini yeni səviyyəyə qaldırdığını qabarıq şəkildə nümayiş etdirir.
Beləliklə, möhtərəm Prezident İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq inkişaf etdirir. Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə uğurla xidmət edir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik