Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Hamida Javanshir‘s work "My Memories" and Shusha seen from the window - Matanat Vahid

16-12-2022 [ 12:55 ] [ read:168 ]
printerA+ | A-
102950

Hamida Javanshir, who remained as one of the first enlightened women in the history of Azerbaijan, was a philanthropist, translator, intellectual lady who took the hand of not only the village of Kahrizli, where she was born, but also the Karabagh people who sheltered her, and solved their concerns. He was born in 1873 in the village of Kahrizli, Shusha district, in the family of Ahmad Bey Javanshir, a prominent European-educated intellectual of his time, historian, author of the work "On the political situation of Karabakh Khanate", numerous poems and translations. Hamida, who knows the Russian language perfectly, is intelligent and has a broad outlook, studied at a family school. Since her first husband, lieutenant colonel Ibrahim Bey Davatdarov, whom she married at the age of 16, died at the front, Hamida Khanum Javanshir, who was left alone with two children at the age of 29 and lost her father soon after, managed her ancestral property in the dogma home.

O, 1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə ilə tanış olur, iki il sonra evlənirlər. Bu izdivac çoxları tərəfindən onun əsilzadə nəslinə yaraşdırılmasa da, Həmidə xanım yad fikirlərə qulaq yummağı bacarır. O, Mirzə Cəlilə təkcə vəfalı ömür-gün yoldaşı deyil, həm də maarifçilik fəaliyyətində ən yaxın silahdaş, "Molla Nəsrəddin" jurnalının xeyirxah himayədarı idi.  Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına oğlan və qızların birgə təhsil aldığı ilk məktəbi açır və burada dərs deyir; sənədlərdə əksini tapmasa da, xatirələrindən göründüyü qədər onlarla tələbənin təhsilinə maddi dəstək olur; Mirzə Cəlilin məsləhəti ilə qadın xeyriyyə cəmiyyəti təşkil edərək savadlı qadınları ətrafına toplayır (1905-1917) və s. "Xatirələrim"dən də görünür ki, Həmidə xanım Cavanşir yalnız öz ailəsində, qohumları arasında deyil, bütün Kəhrizlidə avtoritet idi - onun müdaxiləsi ilə mübahisələrə son verilir, tələbələrin problemləri çözülür, xəstələrə, evsizlərə, çarəsizlərə kömək əli uzatmaq üçün heç bir əziyyətdən çəkinmir. Bir sözlə, ömrünü daha savadlı, daha sağlam cəmiyyət naminə şam kimi əritməkdən qorxmur. Cəlil Məmmədquluzadənin vəfatından sonra da ölkənin ədəbi-ictimai həyatında fəal mövqe tutan Həmidə xanım ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, onunla bağlı xatirələrini ustalıqla qələmə almışdır.

Həmidə xanım "Xatirələrim"i daha əvvəldən yazmağa başlasa da (bu xatirələr əsasən atası Əhməd bəy Cavanşirlə bağlı idi), 30-cu illərin ortalarında əsəri Mir Cəfər Bağırovun sifarişi ilə genişləndirir və sürətləndirir. M.Bağırovun belə bir sifarişdə məqsədi Qarabağda baş vermiş hadisələr, inqilabi hərəkatlar və o illərin mühüm bolşevikləri haqqında yazılması arzusu idi. Həmidə xanım sifarişi məmnuniyyətlə qəbul etdiyindən bircə gündə sənədlərini hazırlayıb onun Yazıçılar İttifaqına üzvlüyünü təmin edirlər. Əsərin yazılması üçün verilmiş 2-3 il vaxt ərzində Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq olduğundan ərzaq payı ("kremlyovski payok") və digər imtiyazlarla təmin edilir.

Əsər tamamlandıqdan və Yazıçılar İttifaqına təhvil verildikdən bir ay sonra isə Həmidə xanıma bildirirlər ki, Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş əks olunmadığından yoldaş Bağırov əsəri bəyənməyib. "Həmidə xanım Mirzə İbrahimova heyrətli bir nəzər salıb xeyli susur və nəhayət, təmkin və təəssüflə belə cavab verir: "Mən görmədiklərimi yaza bilmərəm"". (Mehriban Vəzir)  Repressiyaların tüğyan etdiyi bir dövrdə Həmidə xanımın bu cavabı böyük cəsarət nümayişi idi. Nəticədə, kitab çap olunmur, müəllif isə bütün imtiyazlarından məhrum edilir, var-dövləti, hətta evi belə əlindən alınmış Həmidə xanımın ailəsinin yeganə pulqazananı - oğlu Müzəffər də işdən çıxarılır.

Bəs Həmidə xanımın neçə illik zəhmətinin bəhrəsi olan "Xatirələrim"in çap olunmayıb arxivdə uzun zaman toz basmasına, qalan ömrünü məhrumiyyətlərlə keçirməsinə səbəb olan imtina cavabının səbəbi nə idi? Çox illər əvvəl - çar Rusiyasının inqilablar və savaşdan sarsıldığı dönəmlərdə Mircəfər Qarabağda ad çıxarmış yolkəsən, karvan soyan quldur dəstələrindən birinə başçılıq edirdi. Bir gün təqiblərdən gizlənmək məqsədilə o vaxt bütün Qarabağda mərdliyi, comərdliyi ilə ad qazanmış Həmidə xanıma pənah aparır - dəstəsindən bir nəfəri xanımın yanına göndərib kömək istəyir. Həmidə xanım onları Abdal Gülablıda yaşayan inandığı bir qohumu - Camal bəy Mirzəyevin yanına göndərir: həmin gecə Mircəfəri dəstəsindən sağ qalan beş-altı yaralı adamı ilə birlikdə məhv olmaqdan xilas edir. Mircəfər Camal bəyin evində düz bir ay qalıb qulluq gördükdən sonra gizli yollarla Bakıya yola salınır. Bağırovun Həmidə xanımın kitabında haqqında bəhs olunmasını istədiyi Qarabağdakı "inqilabçılıq" fəaliyyəti bundan ibarət idi. Ağır vəziyyətdə qapısına pənah gətirən qaçaq-qulduru geri çevirməyib kömək əlini uzadan, bəlkə də, onları izləyən ölümdən qurtaran Həmidə xanım Cavanşir illər sonra vaxtilə xilas etdiyi adamın əmri ilə öz ziyalı mövqeyi, dürüst davranışına görə ailəliklə məhrumiyyətlərə düçar olur. Şərə boyun əyməməyin cəzasını yalnız maddi itkilərlə ödəmir, daim övladlarının başına bir şey gətiriləcəyi qorxu və təlaşı içində yaşayır... Səbəb yalnız Həmidə xanımın bu cavabı idimi? Türklərlə əlaqə barədə etirafların NKVD zindanlarında olmazın əziyyətlərlə ziyalıların boynuna qoyulduğu bir dövrdə Həmidə xanım heç çəkinmədən "Xatirələrim"də türklərin Şuşaya gəlişi, Nuru paşanı iki gün evlərində qonaq etmələri, ilk Şuşa fatehi Cəmil Cahidin pişvazı, onun şərəfinə verilmiş qonaqlıqlar barədə detallar və s. kimi "etirafları" özxoşuna edirdi. Bütün bunlar bu kitabın çapının uzun illər qadağan olunması üçün əsas səbəb deyildimi?!

Çox illər sonra Həmidə xanımın 70-dən çox şagird dəftəri həcmindəki "Xatirələrim" əsərinin tam deyil, müxtəsər nəşrinə icazə verilir. 1967-ci ildə çap olunan kitabda əsasən Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əks olunduğundan "Mirzə Cəlil haqqında xatirələrim" adı ilə çap olunur. Kitabın tərcüməçisi və ön sözünün müəllifi Abbas Zamanovun da qeyd etdiyi kimi, bu xatirələrin ən qiymətli cəhəti Cəlil Məmmədquluzadənin şəxsi həyatına dair məlumatların, demək olar, əksəriyyətinə ilk dəfə rast gəlinməsi idi.

"Xatirələrim" əsəri tam şəkildə ilk dəfə 2012-ci ildə Mehriban Vəzirin tərcüməsi və geniş təqdimat sözü, Ədalət Tahirzadənin ön sözü ilə çap olunub. Bu iki nəşr arasındakı fərq yalnız birinci variantın təkcə Cəlil Məmmədquluzadəyə həsr olunmuş xatirələrin çapı ilə məhdudlaşmasından ibarət deyil. Həmçinin dövrün tələbi ilə müəyyən söz və ifadələr dəyişdirilmiş, müəyyən hissələr bütünlüklə ixtisar, bəzən təhrif edilmiş, qeyd və şərhlər bölməsində kommunist ideologiyasının tələbindən çıxış edilərək Azərbaycanın milli qurumları və ziyalıları "mürtəce" adlandırılmış, xalqın mənafeyinə zidd olaraq dəyərləndirilmişdir. Kitabın 1967-ci il nəşri ilə bağlı Mehriban Vəzir yazır ki, Həmidə xanımın yazdığı "biz türklər", "türkcə danışırdıq" və s. ifadələr "biz azərilər", "azəricə danışırdıq" və s. şəklində dəyişdirilmişdir. Lakin ikinci nəşrdə də azərbaycanlılar haqqında "türk" sözündən daha çox "müsəlman" ifadəsi işləndiyini müşahidə edirik. Bundan əlavə, 1-ci nəşrdə Həmidə xanım Cavanşir və atası Əhməd bəy Cavanşirin zadəgan zümrəsinə mənsubluğu səbəbilə maarifçilik və xeyriyyəçilik fəaliyyəti müəyyən qədər gözardı edilmişdir. Əlbəttə, bütün bunları əsərin tərcüməçi və naşirinin günahı olaraq görə bilmərik, bunların dövr və ideologiyanın yaratdığı qadağa və məhdudiyyətlərin nəticəsi olduğu aydındır.

Azərbaycan tarixinin əhəmiyyətli bir parçası olan "Xatirələrim"də müəllif atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, Qafqaz-İslam ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumat verir, sovet hakimiyyəti gəlincə məşəqqətlə Təbrizə köç edən ailənin Bakıya döndükdən sonra ağır vəziyyətini və başqa hadisələri ustalıqla təsvir edir.

Kitabın əvvəli - təxminən üçdə bir hissəsi Həmidə xanımın atası Əhməd bəy Cavanşir, onun həyatı, ictimai fəaliyyəti, çevrəsi, dostları ilə münasibəti və s. haqqındadır. İkinci hissədə Cəlil Məmmədquluzadənin doğulduğu gündən həyatı, təhsili, fəaliyyəti, özünəqədərki evliliklərindən, "Molla Nəsrəddin" jurnalının nəşri və s. məsələlərdən bəhs edir, tanışlıqlarını ətraflı təsvir edir. Əlbəttə, "Xatirələrim"də istər tarixi, istər ədəbi-ictimai dəyəri baxımdan xeyli maraqlı məqamlar işıqlandırılır, bizi isə Həmidə xanımın Şuşa ilə bağlı yazdıqları maraqlandırır.

"Mən Qarabağda yaşayırdım" cümləsi ilə başlayan və tərcüməçi tərəfindən 3-cü fəsil olaraq ayrılan hissə 1905-ci il - Şuşada erməni-müsəlman toqquşması haqqında xatirələrlə başlanır. Hər tərəfi bürüyən həyəcan, təhlükəli yollar, tarixi hadisələrin dəqiq, detallı təsviri burada əksini tapır. 1907-ci ildə ailə həyatı quran Cəlil Məmmədquluzadə ilə Həmidə xanım Cavanşir Şuşada "Təzə məhlə"də Qasım bəy Mehmandarovun malikanəsində onlar üçün ayrılmış mənzildə yaşayırlar. Həmidə xanım pəncərəsindən görünən Şuşa dağlarının ecazkar mənzərəsini xüsusi şövqlə qeyd edir. Həmin il bəylərdən heç kimin yaylaq üçün Şuşaya gəlmədiyini, ermənilərlə toqquşmadan və Əsgəran qalasının bağlı olmasından çəkindiklərini yazır. Lakin maraqlıdır ki, Şuşa Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri Kərim bəy Mehmandarovun və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə kasıb tələbələrin xeyrinə təşkil olunan bir neçə həvəskar tamaşa və konsert proqramına erməni ziyalıları da dəvət olunur və onlar dəvəti qəbul edərək tamaşaları izləməyə gəlir, zamanla tədricən get-gəllər, dostluq münasibətləri bərpa olunur.

Kitabın, demək olar ki, ən maraqlı səhifələri 1918-ci il hadisələri ilə bağlıdır: "1918-ci ildə Qarabağda anarxiya baş alıb gedirdi. Yerli əhali buna "hürriyyət" deyirdi... Hökumət yox idi, özbaşınalıq idi, hər kəs istədiyini edirdi. Soyğunçuluq və qətl adi hala çevrilmişdi. Poçt və yollar bağlı idi..." Zaman keçdikcə artan anarxiyanın pik vaxtında türklərin Azərbaycana gəlməsi ilə bağlı xəbər yayılır. Öncə Şuşa və Ağdama "bir neçə nüfuzlu adam", sonra isə Xudafərin körpüsünü keçərək Nuru paşa gəlir. Həmidə xanım yazır ki, Nuru paşa yolboyu bəzi yerlərdə dayanaraq yerli əhalini təlimatlandırırmış. Proses uzun çəkir. Aclıq, qıtlıq, bahalıq, bağlı yollar şəraitində Şuşanın komendantı "yerli müsəlman Həsən Əfəndiyev" sülhpərvər siyasət yeridərək əhalini qarşıdurmadan yayındırmağa çalışır. Vəziyyət gündən-günə gərginləşir, şərait ağırlaşır. Nəhayət, türklərin ölkədə nizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəldiyi xəbəri yayılır. Həmidə xanım türklərin gəlişini belə xatırlayır: "Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarının birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: "Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana-Şərq istiqlal qazanacaq!"" Həmidə xanım bu şüarla bağlı heç bir şərh vermir, amma aydındır ki, bu mətn erməni-müsəlman davasının səngiməsi arzusundan daha çoxunu ifadə edirdi...

Müəllifin yazdığına görə, Şuşa şəhərinə ilk olaraq avtomobillə Cəmil Cahid paşa daxil olur; öncə məscidi ziyarət edir, ardınca ətrafındakılarla birgə Xan bulağına qalxır. Bu vaxt Şuşadakı erməni hakimiyyət nümayəndələri bayraq və nişanlarla əhatələnmiş avtomobillə müsəlman səmtinə daxil olaraq öz itaətlərini bəyan edirlər. Ardınca dostluq və barışıq haqqında uzun-uzadı nitqlər, sülh və qonşuluq şüarları... Həmidə xanım dəqiq gün yazmır, amma tarixdən bəlli olduğu qədərilə, bu hadisələr 1918-ci il oktyabrın 7-də baş verir. (Ətraflı bax: Azər Turan "Cəmil Cahid Toydəmir - Şuşanın ilk fatehi")

Olanlardan sonra silahlı türk qüvvələrinin bir qismi erməni səmtinə yerləşdirilir. Evində külli miqdarda silah-sursat aşkar edilən iki erməni edam edilir. Erməni ziyalıları türk paşasının şərəfinə ziyafət verir və müsəlman ziyalılarını da dəvət edir. Bu tarixin təsviri zamanı diqqəti çəkən maraqlı məqamlardan biri budur ki, ziyalı zümrəsi erməni-müsəlman münasibətlərinin pozulmasını təxribat hesab edir, bir-birləri ilə normal münasibətlər saxlamağa davam edirlər. Həmidə xanım "yeri gəlmişkən" qeydi ilə Cəmil Cahid paşanın onların dəvəti ilə evlərində qonaq olduğunu, "Molla Nəsrəddin" dərgisi haqqında əvvəldən məlumatlı olan paşa ilə Mirzə Cəlilin uzun-uzadı söhbət etdiyini də yazır. Paşa bildirir ki, Türkiyədə hələ ki çadrasını atmış qadın yoxdur və Mirzə Cəlilin ailəsindəki qadınların üzü, başı açıq oturduğuna təəccüb etməklə yanaşı, məmnunluğunu da gizlətmir və bizim gələcəyimizin parlaq olacağını bildirir. Əslində, bir ziyafətin, bir söhbətin simasında Azərbaycan-Türkiyə münasibətləri, hər iki ölkənin inkişaf tarixinin müəyyən maraqlı məqamları üzə çıxır.

1919-cu ilin sonu - 1920-ci ilin əvvəli ermənilərlə münasibətlər yenə gərginləşir. Həmidə xanım nə baş verdiyini təfərrüatı ilə yazmır, sadəcə olaraq hadisələrdən keçirdiyi sarsıntını ifadə edir: "Şuşada və Xankəndidə baş verən hadisələri eşitdikcə mənə elə gəlirdi ki, oralarda hamının ağlı başından çıxıb. İnsanın bu qədər vəhşiləşməsi ağlasığmaz bir şey idi! Bu, dəhşətli bəla idi, böyük fəlakət idi!" Həmin vaxt Kəhrizlidəki evində olan Həmidə xanım, bəlkə də, hadisələri canlı şahidi olmadığı üçün yazıya almır; münaqişə zəminində baş verənləri ümumi dəyərləndirir. O, aprelin sonunda bolşeviklərin Bakıya döyüşsüz girdiyini və buna təəccüblənmədiklərini yazır. Demək, prosesin gedişatında bunlar gözlənilən idi.

Qeyd edək ki, ilk sahibkar qadınlardan olan Həmidə xanım Cavanşir Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsinin qurucusudur. O, 1919-cu ildə Tiflisdən xüsusi dəzgahlar gətizdirərək Şuşada toxuculuq arteli açmış, qadınları işə cəlb etmişdi. Həmidə xanım xatirələrində yazır ki, həmin dönəmdə Şuşaya gələn hərbi nazir Səməd bəy Mehmandarov emalatxananı gəzərək çox bəyənib, hətta ordu üçün geyim sifariş edəcəyinə söz verib. Kitabı oxuduqca zərif bir Azərbaycan qadınının belə bir ictimai-siyasi qarışıqlıq şəraitində bir-birindən fərqli bu qədər ağır işi bacarması, üstəlik, başqalarına daim maddi, mənəvi dəstək olmağa gücünün yetməsi təəccüb doğurur. Elə təkcə "Xatirələrim"i oxumaq kifayət edir ki, Həmidə xanım Cavanşirin ağıllı, tədbirli, mənən güclü, xeyirxah, lakin soyuqqanlı, kübar və zərif olmaqla yanaşı, cəsarətli bir şuşalı olduğunu aydın görəsən. Həmidə xanım Cavanşir bütün digər fəaliyyətlərini istisna etsək belə, təkcə elə bu möhtəşəm əsər ilə Şuşanın - Qarabağın - Azərbaycanın tarixi gerçəklərinin  üzə çıxarılmasında olduqca əhəmiyyətli işə imza ataraq gözəl bir məramı gerçəkləşdirir.

OTHER NEWS