Some unforgettable pages of 62 years of life. Until 1994, his voice came from squares, tribunes, high chairs, poetry gatherings. There was determination, courage, and challenge in this voice. This voice was the voice of freedom lovers of a country. He devoted his life and existence to the struggle for the independence and freedom of Azerbaijan and did not take a single step back until his last breath. His life path passed through rocky and steep roads, persecutions and spiritual torture became his companions, he was thrown into prison, but his spirit was not shaken. Perhaps if he had been destined for an ordinary life path, he would have been satisfied with everything, like many others, position, wealth, rank, and an honorable place among the superiors. But then there would be no Khalil Reza of this country. He should have had such a brave heart that he would put his chest forward and come out in front of the enemy's bayonet with poetry.
Every time I met her, I remembered Nasimi's verses "I can fit two worlds, I can't fit into this world". One day I told him that we should listen to your lectures and not teach ourselves... My eyes were on the students' faces. I read from their looks that they want to listen to the poet. "Who has a question?" I addressed the students. One of them stood up: - Teacher, such an opportunity will not be missed. We want to listen to teacher Khalil. They clapped. Khalil approached the chair. The walls rang from his voice:
...Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də.
Bu, üsyan idi... Xəlili izləməyə başladılar, danlamağa başladılar. Çək-çevirlər, hədə-qorxular çox oldu. Onu ali məktəb auditoriyalarından, tələbələrdən - canlı insanlarla təmasdan uzaqlaşdırdılar".
Xəlil Rza Elmlər Akademiyasında - Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmağa başladı. Çünki Xəlil Rza çoxcəhətli yaradıcılıq fərdiyyəti ilə seçilirdi və bunu Ədəbiyyat İnstitutunda da sübut edə bildi, özbək sovet ədəbiyyatının banilərindən biri - həmyerlimiz Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında doktorluq dissertasiyasını qələmə aldı. Özbək elində bunu çox yaxşı qarşıladılar. Xəlil Rza özbək dilini də öyrənmişdi və müdafiə zamanı təmiz özbəkcə danışırdı.
Xəlil Xəlilovdan Xəlil Rza Ulutürkə qədər... Xəlil Xəlilov, Xəlil Xəlilbəyli, Xəlil Odsevər, Xəlil Rza. Bu imzalardan sonra Xəlil Rza Ulutürk gəlir (1991-ci ildən). Amma istəyirəm ki, Xəlil Rza Ulutürkə qədər bu böyük şairin poeziyasından söz açam. Onun "Doğmalıq", "Hara gedir bu dünya" və "Məndən başlanır Vətən" şeirlər kitablarını şəxsən özü mənə bağışlayıb. Xəlil Rza "Doğmalıq" kitabına öz dəst-xətti ilə bir avtoqraf da yazdı (1978, bahar).
Xəlil Rza Ulutürkün istiqlal mücadiləsi elə sovet dövründən başlamışdı. Onun şeirlərinin əksəriyyətində iki müqəddəs kəlmə - Vətən və Azərbaycan - tez-tez səslənirdi. Və bu iki kəlmənin səsləndiyi şeirlərdə qətiyyən şablon, standart, bir-birinin yedəyində gedən ifadələrə, söz birləşmələrinə təsadüf edilməzdi. "Vətən" şeirinə (1970) diqqət yetirin:
Məslək vuruşunda, səngər başında,
Kişi qeyrətindən doğulan vətən!
Uğrunda o qədər alovlandıq ki,
Odlar torpağına, oda döndün sən...
Səninçün daimi döyüşdür Vətən,
Həyatda əriyib itməməyindir.
Böyük döyüşlərdə zərrə qədər də
Heç kəsə güzəştə getməməyindir.
Həmin kitabda mənim ən çox sevdiyim bir şeir var: "İgidlər, dahilər". Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "Yaxşı yadımdadır, neçə il əvvəl Şəkidə yay istirahətində idim. "Ədəbiyyat və incəsənət" qəzetində Xəlil Rzanın "İgidlər, dahilər" şeirini oxudum, sehrləndim. Şeirdən aldığım dərin zövqü və sevincimi müəllifə çatdırmaq üçün dərhal ona məktub yazdım. Bu şeir müasir poeziyamızın ən gözəl incilərindən sayıla bilər". Şeir şairin qəbiristanda düşüncələrə dalıb dahilər və igidlər haqqında fikirləri ilə bizi tanış edir. Xəlil Rza Ulutürkün bir şair kimi poetik ustalığı bu şeirdə o dərəcədə göz oxşayır ki, heyrətini gizlədə bilmirsən. Dahilik və igidlik arasında - o məfhumların ifadə etdiyi mənalar birləşir.
Fikirlər içində çırpınır könlüm,
Gedən yer üzünə bir daha gəlmir.
Həyatdan hamını qoparır ölüm,
Yalnız dahilərə toxuna bilmir,
Yalnız igidlərə toxuna bilmir!
...Mamırlı, yosunlu məzavolar nə çox,
Fəqət yepyenidir Sabir, Nizami.
Dahilər torpağa ölü kimi yox,
Bəlkə basdırılır xəzinə kimi.
Poeziya! Poeziya! Xəlil Rzanın sənət amalı onun "Mən hər şeyə cavabdehəm" tezisində ifadə olunur. Yazırdı ki: "Məncə, müasir Azərbaycan poeziyasının ümdə vəzifəsi xalqın ruh yüksəkliyini, tərəqqi uğrunda əsrlər boyu qazandığı böyük mübarizə təcrübəsindən doğan tarixi nikbinliyi qoruyub saxlamaq və daha da zənginləşdirməkdir. Müasir poeziyamız həmişə olduğundan daha qəti və daha cəsur səslə hayqırlamalıdır ki, Nizami və Füzuli, Babək və doktor Tağı Ərani, Səttarxan və Xiyaban, Nəsimi və Cavid, Sabir və Möcüz, Firudin İbrahimi və Şəhriyar, ən başlıcası Misri qılınc və saz yaradıcısı olan bir millət bir daha öz gücünə, öz qüdrətinə inansın. Cənubi Azərbaycan şairi Söhrab Tahirə xitabən yazdığım "İki qardaşın söhbəti" adlı poemada mən məhz bu məfkurə xəttini əsas götürmüşəm, elə bilirəm ki, bu ruh qüdrəti Arazın həm o tayında, həm də bu tayında yaranmış və bu gün də yaranmaqda olan poetik sərvətlərin başlıca ahənginə tam uyğundur".
Xəlil müəllimin əksər müsahibələrini oxumuş, şifahi nitqlərini dinləmişəm və demək olar ki, hamısında poeziya haqqında eynən belə fikirləri ilə rastlaşmışam. O, poeziyanı vətənpərvərliyin bədii ifadəsi kimi dərk edirdi və həmişə bu fikirlərində haqlı idi.
Sevgilər. Xəlil Rza sevən bir qəlbin şairiydi. Onun içində Azərbaycan sevgisi - Vətən məhəbbəti, heç şübhəsiz, bütün sevgilərinin tacıydı. İnsanlara, bəşər övladlarına sevgiləri də tükənməzdi. Təbiətə dəlicəsinə vurğun idi. Bu sevgilərin hamısını Xəlil Rza lirikası öz dairəsində birləşdirirdi.
Təbiət. Xəlil Rza təbiət aşiqiydi. Onun Türkanda bağı vardı və bu bağın hər guşəsi, orada əkilən ağaclar, o ağacların budaqları da onun şeirlərinə çevrilirdi. Hətta üç aylıq tənək də, portağallı bir budaq da...
Həftədə bir kərə, ayda bir kərə,
Çıxaram şəhərdən, uçaram bağa.
Verib bülbüllərlə dodaq-dodağa,
Açıram könlümü qızılgüllərə.
Onun "Göygöldə sübh açılır", "Gül yastıq", "Min yaşlı çinarlar", "Xəzərdə bir gecə" və s. onlarca təbiətin gözəlliklərindən söz açan şeirləri haqqında onu deyə bilərəm ki, Xəlil Rza nəinki təbiəti sevir, onun gözəlliklərindən şairanə söz açır, deyərəm ki, təbiət ona sevdiyi Vətən qədər əziz idi, doğma idi.
Sənət ulduzları. Xəlil Rzanın öz şair dostlarına, ustad hesab etdiyi sənətkarlara həsr etdiyi onlarca şeirləri var ki, bu şeirlərdə onun şair xarakterindəki bir xüsusiyyət - özündən ucalara - korifey saydığı sənətkarlara dəyər vermək istəyi duyulur. Xəlil Rza ustad Şəhriyarı çox sevirdi və eşidəndə ki, o, Bakıya gələcək (amma gələ bilmədi), çox sevinirdi:
Can atır çayları Kürləşdirməyə,
Xırda duyğuları birləşdirməyə,
Qüzeyi güneylə birləşdirməyə,
Fəxr elə, ey Vətən Şəhriyar gəlir.
O, Rəsul Rzanı da çox yüksək qiymətləndirirdi, ona bir neçə şeir həsr etmişdi: "Xoşlayıram Rəsulu, Çünki cəsur, mərd şeir vətənimin canıdır, Məni mənə tanıdır". Məmməd Arazla Xəlil Rzanın dostluğundan çox söz açırlar, bu dostluq təkcə iki şairin şəxsi ünsiyyətindən yaranmamışdı, həm də bir-birinin sənətinə dəyər verməklə bağlıdır.
Dinləyib şeirini pıçıldamışam:
Xalqımın sənətkar oğludur Araz,
Xalqımın yaralı bağrıdır Araz.
Hər misran hədəfə sərrast dəyən ox!
Sevgi dünyası. Xəlil Rzanın bir sevgisi və bir sevgilisi vardı - o da həyat yoldaşı Firəngiz xanım idi. Təbii ki, onun bütün sevgi şeirləri Firəngiz xanıma həsr olunmuşdu. Onların sevgisi əbədi və ölümsüzdü, illərin, ayların, günlərin sınağından keçmişdi.
Mən evəm, sən mənim od-ocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan.
Mən dağ bulağıyam. Sən bulaqlı dağ,
Dünyada ən böyük umacağımsan...
Xəlil Rzanın "Lefertovo şeirləri"ndə də Firəngiz xanım tez-tez anılır və beləliklə "Xəlil-Firəngiz" məhəbbət dastanı davam edir. Amma bitmir, Xəlil Rza vəfat edəndən sonra onun neçə şeir kitabı Firəngiz xanımın səyi ilə işıq üzü görür.
Davam edir 37. Vaxtilə bizim tənqiddə "siyasi lirika" anlayışı geniş yayılmışdı. Sovet dönəmində siyasi lirika deyəndə Leninin, Kommunist Partiyasının, sosialist inqilabının tərənnümü olan mövzular nəzərdə tutulurdu. Amma Xəlil Rza və bizim digər ünlü şairlərimiz bu təsəvvürü tamam dəyişdilər. Onun "Davam edir 37" şeiri bu mənada çağdaş Azərbaycan poeziyasında yeni bir tendensiyanın yaranmasından xəbər verdi. Poeziyada tarixlə müasirlik və bugünlə gələcək qırılmaz tellərlə bir-birini şərtləndirdi və Xəlil Rza sübut etdi ki, tarixin şanlı səhifələri, həm də qanla yazılmış vərəqləri hələ qurumayıb, biz böyük amallar uğrunda çarpışan söz və qılınc qəhrəmanlarını unutmamalıyıq.
Qalx ayağa, Azərbaycan! Xəlil Rzanın adı 90-cı illərdə (ta vəfatına qədər) bütün xalqın dilində əzbər olan şair-qəhrəmanlarından biri və hətta deyərdim ki, birincisi idi. O illərdə heç bir rahatlıq görməyən şair hər gün öz şeirləri və alovlu çıxışları ilə xalqı ayağa qaldırırdı - Qalx ayağa, Azərbaycan! - deyirdi.
Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
1990-cı ildə, ocaq ayında Xəlil Rza Ulutürk həbs edildi, Moskvaya - Lefortovo zindanına aparıldı. Amma şairin yaradıcılıq dünyası qapanmadı, əksinə, Azərbaycan ədəbiyyatının yeni bir səhifəsi - Zindan şeirləri yarandı. Bu şeirlər onun illər boyu apardığı azadlıq mübarizəsinin davamıydı. O şeirləri oxuduqca belə bir qənaətə gəlirsən ki, Xəlil Rza tipli, Xəlil Rza ruhlu şairlər üçün bu dünyada Qorxu, Ölüm məfhumu yoxdur.
"Lefertovo şeiri" ayrıca bir tədqiqatın mövzusu ola bilər (qələm dostumuz Hidayətin "Xəlil Rza zindanda" məqaləsi ilkin təşəbbüs kimi çox qiymətlidir).
Qayıtdı Lefertovodan Xəlil Rza Ulutürk. Müstəqil Azərbaycanın ilk illərinin o çətin, amma sevinclərlə dolu illərini yaşadı. O illərdə Xəlil Rza Ulutürk xalqla bir oldu, yurdun hər bir övladını öz övladı kimi bağrına basdı, pirani qocaların əlindən öpdü, bəzən bir yanıqlı bayatıdan gözləri yaşardı (mən də bunların şahidi olmuşam). Oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbrizin dəfnində isə göz yaşlarını axıtmadı, amma yaxından gözlərinin içinə baxanda şairin ağlar ürəyini, ata əzablarını görərdin.
Dünyaya pəncərə. Xəlil Rza Ulutürkün yaradıcılığını bir məqalə daxilində izləmək istədim. Etiraf edirəm ki, bu çox çətindir. Onun ədəbi fəaliyyəti müxtəlif mövzuları, janrları əhatə edir və hər gün öz yazı masasının arxasında əyləşib yorulmadan yazı yazan, hətta zindanda da - işıqdan, dünyanın gözəlliyini seyr etməkdən məhrum olan bu sənətkar: Şair, tədqiqatçı-alim doğrudan da, Fədai idi. O, şair doğulmuşdu, Xəlil Rza Ulutürk adı səslənəndə Nizamidən, Füzulidən üzü bəri müqəddəs saydığımız şairlər yada düşür və Xəlil Rza Ulutürk də bu üzü gələcəyə yol alan karvanın sırasındadır. Amma o, tədqiqatçı-alim kimi də özünü təsdiq edə bildi. "Müharibədən sonrakı Azərbaycan Sovet Ədəbiyyatında poema janrı (1945-1950) namizədlik dissertasiyası, "M.Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan - özbək ədəbi əlaqələrinin aktual problemləri" doktorluq dissertasiyası, "Maqsud Şeyxzadənin bədii yaradıcılığı", "Rəsul Rza həsrəti", "Bəxtiyar Vahabzadə", "Sabir Rüstəmxanlı" və s. monoqrafiyaları - məqalələr toplusu bizə Xəlil Rza Ulutürkü bir alim kimi də tanıdır.
Amma Xəlil Rza Ulutürk həm də mahir bir tərcüməçi idi. "Qardaşlıq çələngi", "Dünyaya pəncərə" (iki nəşri), "Turan çələngi" tərcümə kitabları Xəlil Rza Ulutürkün tərcüməçi kimi də yorulmazlığını, bu işə çox məsuliyyətlə yanaşdığını sübut edir. Mən İlya Selvinskinin "Babək", Musa Cəlilin "Moabit dəftəri", Robert Rojdestvenskinin "Otuzuncu əsrə məktub" əsərlərini orijinaldan yox, Xəlil müəllimin gözəl tərcümələrindən oxumuşam. O, tərcümə məsələlərində də inadkar idi. Baxıb görürdü ki, Yusif Balasaqunlunun "Qudatqu-bilik" əsəri hələ də oxuculara çatdırılmayıb, girişirdi o əsərin tərcüməsinə.
1150 səhifəlik "Dünyaya pəncərə" kitabında ("Çinar - Çap - 2010) Xəlil Rza Ulutürkün tərcümə coğrafiyası heyrət doğurur. Kimi istəyirsən, hansı ölkənin ən məşhur şairinin şeiri ilə tanış olmaq arzun varsa, buyur.
Qoy dara çəksinlər, güllələsinlər,
Hər yerdə bağlıyam doğma torpağa.
Gözlərim tutular, kəc baxsam əgər
Qanımdan rəng alan qızıl bayrağa.
Bəli, südlə girən sümüklə çıxar,
Polad gürz altında sınar, əyilməz.
Mənim məsləkimi mənim bağrımdan
İldırımlar belə qopara bilməz!