Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

INNOVATION ACTIVITIES AND PROJECTS

Conducted training on scientific and analytical database Web-Science

12-06-2019 [ 09:23 ] [ read:207 ]
printerA+ | A-

İyunun 11 də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron zalında  Beynəlxalq Əlaqələr Idarəsinin dəstəyi ilə Web of Science elmi analitik bazası və əlaqədar proqram təminatları ilə işləmək bacarığını öyrətmək məqsədi daşıyan təlim keçirilmişdir. Təlimdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Nəsimi adına Dilçilik İnstitututnun əməkdaşları  iştirak etmişlər. İki saat davam edən təlimdə Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti  Varvara Sosedova əməkdaşlara şəxsi profilin yaradılması üçün interaktiv məkan olan Researcher ID haqqında, habelə  elmi əsərlərin yazılması prosesinin optimallaşdırılması üçün müəyyənləşdirilmiş, Web of Science və müxtəlif internet mənbələrindən biblioqrafik informasiyanın toplanmasına və məlumat bazasının yaradılmasına xidmət edən, biblioqrafiya, sitat və istinadların idarəolunması üçün istifadə olunan  End Note Web standart proqram təminatı  barədə  ətraflı məlumat vermişdir.

 

PHOTO GALLERY