Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Yusif Samadoglu‘s novel "Day of Murder" and Azerbaijani literature - Elnara Garagozova

13-02-2024 [ 15:27 ] [ read:218 ]
printerA+ | A-

Azerbaijani national prose, which is a part of Azerbaijani literature with ancient history and traditions, attracts attention with its unique style, high literary quality and rich content. Although the history of Azerbaijani artistic prose is not very old, this prose had an important impact on the development and formation of world literature due to the manifestation of various currents and in terms of the high-level artistic reflection of specific national mentality, values, and archetypes. The contribution of Azerbaijan's national prose to the world culture and literature, which attracts attention with its multi-layered and colorful nature, is priceless.

Our national prose, which started its roots orally from the texts of myths, fables, fairy tales, and legends, was realized in writing in the middle ages with the letters of Afzaleddin Khagani. The 19th century played an important role in the development of the new stage of the formation process of our national prose, which began with M.F. Akhundzade's "Deceived Kavakibi". Academician Isa Habibbayli writes: "The 19th century also changed the literary landscape in the field of artistic prose. Nariman Narimanov's novel "Bahadir va Sona" was one of the first works written in the novel genre in Azerbaijani literature. It was followed by Mirza Abdurrahim Talibov's (1834-1911) novel "A Donkey Loaded with Books". "The emergence of the novel has further strengthened the position of prose and novel thinking in Azerbaijani artistic thought. In these centuries, the novel genre created its first and perfect foundations in Azerbaijani literature."

XX əsr Azərbaycan ədəbiyyatına yeni inkişaf meylləri, yeni özünüifadə imkanları, milli mədəniyyəti və tarixi irsi dünyaya təqdim etmək üçün yeni üfüqlər gətirdi. Əsrin əvvəlində milli azadlıq hərəkatını və 23 aylıq suverenliyin ilkin bədii təzahürlərini əks etdirən milli ədəbiyyat çox keçmədən sosrealizmin çərçivələri daxilində inkişafa məhkum oldu. Sosrealizmin bütün mənfi təzahürlərinə baxmayaraq məhz bu dövrdən etibarən Azərbaycan ədəbiyyatı milli çərçivələri aşaraq beynəlxalq aləmdə də tanınmağa başladı. Professor Bədirxan Əhmədov: "XX yüzillik xalqımız üçün yalnız siyasi cəhətdən deyil, ədəbi, mədəni, kulturoloji cəhətdən də yeni bir mərhələdir. Başa çatmış əsrə kənardan baxış ədəbiyyatın keçdiyi yolun ziddiyyətli olduğu qədər də forma, məzmun, ideya, obrazlar baxımından zəngin olduğunu göstərir".

Azərbaycan nəsrinin də əsas yüksəliş dövrü məhz XX əsrə təsadüf edir. Nəinki Azərbaycan, ümumən dünya nəsri tarixində XX əsr unikal bir dövrdür. Məhz bu dövrdə nəsrdə aktiv şəkildə cəmiyyətdə baş verən dəyişikliklər əks olunur, forma və məzmun eksperimentləri aparılırdı. Bir əsrlik keşməkeşli yolun sonunda Azərbaycan nəsri milli özümlülüyünü qoruyub saxlamağa nail olan və müstəqillik dövrü ədəbiyyatına keçidi reallaşdırma potensiallı ədəbi irs kimi dünya ədəbiyyatı tarixində öz yerini tutdu.

XX əsr Azərbaycan nəsrinin ən maraqlı və polemik etapı ədəbiyyatşünaslığımıza "60-cılar fenomeni" kimi daxil olub. Qeyd etməliyik ki, "60-cılar" yalnız Azərbaycana deyil, ümumən sosialist ölkələrinə xas bir ədəbi fenomen idi. Bu kontekstdə Azərbaycan ədəbiyyatında diqqəti cəlb edən imzalardan biri də Yusif Səmədoğludur. Onun ilk hekayələri məhz "60-cılar" ədəbiyyatına xas xüsusiyyətləri özündə əks etdirir, "yeni nəsr"ə hazırlıq etapı kimi diqqəti cəlb edir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu: "Təbii ki, yeni nəsr ədəbiyyatımıza ilk əvvəl 60-cı illər nasirlərinin yaradıcılıq ovqatı, ilk hekayələri ilə daxil olur və o da doğrudur ki, burada xronoloji sıranı deyil, tipoloji məqamı vurğulamaq gərəkir".

Yusif Səmədoğlunun "Qətl günü" romanı isə sosrealizmin ömrünün son illərini yaşadığı dövrdə meydana çıxaraq polifonik bir əsər kimi ədəbiyyatımıza tam fərqli ab-hava gətirdi. "Altmışıncılar" ədəbiyyatının "Molla Nəsrəddin" və Cəlil Məmmədquluzadə estetikasına dayanan yaradıcılığından sonra məhz Yusif Səmədoğlunun bu romanı ədəbi mühitdə rezonans doğuraraq altmışıncılardan sonrakı, növbəti ədəbi dövrün başlanğıcının müjdəçisi kimi çıxış etdi. Ədəbiyyatşünas Məti Osmanoğlu "Qətl günü" romanının ilk çapı ilə bağlı yazır: "1984-cü ildə "Azərbaycan" jurnalının "Qətl günü" çap olunan nömrəsi isə ölkədə böyük ədəbiyyat hadisəsinə çevrilmişdi. Peşəkar dairələrdə roman böyük maraqla qarşılandı, Elmlər Akademiyasında, Dövlət Universitetində əsərin ciddi müzakirələri keçirildi. Mətbəə işçilərinin bildirdiyinə görə, jurnalın nüsxələri rəsmi tirajından qat-qat artıq buraxılmışdı. Kitab isə "perestroyka" vaxtı, 1987-ci ildə çap olundu".

Müxtəlif mifoloji, kultural ədəbi qatları özündə ehtiva etməsi, zaman anlayışının fərqli təqdimi baxımından "Qətl günü" həmin dövr Azərbaycan ədəbiyyatı kontekstində sözün əsl mənasında "qeyri-adi" roman kimi qəbul edildi və şöhrət qazandı. Yusif Səmədoğlunun bu romanı bu gün də şərti olaraq "ən yaxşı Azərbaycan romanı" , "ən mükəmməl nəsr nümunəsi" adlandırıla biləcək nominasiyalarda ilk sıralarda qərar tutur. Professor Vaqif Yusifli Yusif Səmədoğlu nəsrinin bilicilərindən biri kimi "Qətl günü" romanının yaradılış genezisini izah edərkən yazır: ""İncə dərəsində yaz çağı", "Bayatı-şiraz", "Astana"... Bu üç hekayə "Qətl günü" romanından öncə yazılıb və əgər belə demək mümkünsə, onlar "Qətl günü"nün çox yaxşı - professional məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin hər birinin romanın yazılmasında müəyyən rolu olmuşdur. Onların hər biri müstəqil hekayədir, amma bu hekayələrin üçünün də bir-biri ilə bu və ya digər dərəcədə bağlılığı var. Yusif Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun planında yanaşıldıqda isə bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin çıxılmazlığa yol alması, ölüm və qətllərin labüdlüyə çevrilməsi romanda da, hekayələrdə də diqqəti cəlb edir".

"Qətl günü" psixonalitik obrazların, mifoloji anlayışların cari, real həyat lövhələri ilə sintezidir. Romanda real həyat səhnələri zamanlararası keçidlər, obrazlar, əfsanələrlə uzaq və yaxın keçmişə bağlanır. Fərqli mifik, tarixi dövrlərin energiyasının qarışması, birləşməsi fonunda dəyişməz qalan bir əlaqələndirici obraz var - Külək. Məhz küləyin əsməsi, xəbərdarlıq etməsi süjetin həlledici məqamıdır: "Külək bütün aləmin, daşın, torpağın, göylərin, ulduzların qəzəbini canına hopdurmuşdu, dünyanın ikiayaqlılarına hədə göndərirdi: gəlirəm! Gəlirəm ki, haqq-hesab çəkəm, gəlirəm ki, görüm bu ikiayaqlı, dəmir libaslı, nizəli-qalxanlı, aylarla su üzü görməyən, kirdən-pasdan sifətləri qaralıb mis rənginə çalan bu ikiayaqlı şeytanlar niyə belə qudurublar? Gəlirəm ki, bu ikiayaqlı yarasalar nə vaxt qandan doyacaqlar?.."

Romanda mifik obrazlardan, bədii personajlardan əlavə bir sıra ümumiləşdirilmiş, simvollaşdırılmış obrazlar da mövcuddur. Xəstə, Hökmdar, Şair məhz bu cür obrazlardır. Əsərin əsas obrazı, tarixin düyünləndiyi və düyünlərinin açıldığı personajı isə əlbəttə ki Xəstədir: "Xəstəyə elə gəlirdi ki, o özü Sədi Əfəndinin üç dəftərlik gündəliyini oxuyandan sonra qəddarlaşmamışdı, sadəcə gözləri açılmışdı, çoxdan ürəyində gəzdirdiyi şübhəli sualların cavabını tapıb bir-iki gün ərzində həyat, bəzi hadisələrə baxışında bir qədər müdrik və ayıq olmuşdu".

Beləliklə, Yusif Səmədoğlu "Qətl günü" romanı ilə XX əsrin sonlarında "yeni nəsr"in əsasını qoyanlardan oldu. Müstəqillik illərinə qədəm qoyan Azərbaycan ədəbiyyatının ilk nümunələrindən biri də məhz onun imzasını daşıyırdı. Həyat nasirə imkan versəydi "Qətl günü" siqlətli daha bir əsər Azərbaycan ədəbiyyatına daxil olacaqdı. Bu yazıçının xəstəlik səbəbindən qırılan ömrü kimi yarımçıq qalan "Deyilənlər gəldi başa" romanı idi. Yusif Səmədoğlunun bu romanının birinci hissəsi tamamlansa da ikinci hissədən cəmi bir neçə səhifə hazır idi. İkinci hissənin yarımçıq başlanğıcından yazıçının qəhrəmanını birinci hissədən tam fərqli bir zaman kontekstində təsvir edəcəyi bəlli olur.

80-ci illərdə Mövlud Süleymanlının "Köç" və Yusif Səmədoğlunun "Qətl günü" romanı magik realizmi cərəyan olaraq ədəbiyyatımıza gətirə bildi. Yusif Səmədoğlu ikinci romanı - "Deyilənlər gəldi başa" ilə Azərbaycan ədəbiyyatında magik realizmin mövqelərini möhkəmləndirmiş oldu.

Azərbaycan nəsri xalqımızın milli kimliyini əks etdirməklə yanaşı, həm də tariximizin bədii güzgüsü rolunu oynayır. Milli nəsrimizi, ümumən ədəbiyyatımızı yaşatmaq və gələcəyə ötürmək üçün onu yüksək səviyyədə öyrənmək, tədqiq və təbliğ etmək qarşımızda duran əsas məqsəd, milli missiyalardan biridir. Professor Şirindil Alışanlı: "Klassik ədəbi irsimizin indi yenidən, ən müasir mənəvi, siyasi və elmi meyarlarla oxunması və təhlilinin nəzəri-metodoloji ölçülərini müəyyən etmək ədəbiyyatşünaslığımızın ən ümdə problemlərindəndir. Çünki milli mənəvi irsin tarixi yeri və müasir mənası məlum standartlara, ölçülərə sığışmır".

Müxtəlif janrlarda təcəssüm tapan Azərbaycan nəsri dilinin gözəlliyi, ümumbəşəri ideyaların milli kontekstdə mükəmməl bədii həlli və təqdimi ilə diqqəti cəlb edir. Yusif Səmədoğlunun bədii nəsri də dövrünün reallıqlarını və zamanını qabaqlayan çağırışları əks etdirməklə yanaşı məhz milli mədəni irsin zənginliyindən qidalanır, məhz bununla öz unikallığını təmin və təsdiq edir. Ədəbi xəzinəmizin ən qiymətli incilərindən olan Yusif Səmədoğlu nəsri Azərbaycan ədəbiyyatının milli irsi qorumaq və ötürmək missiyasını müvəffəqiyyətlə yerinə yetirir.

OTHER NEWS