Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

From beauty to theatrical aesthetics: the philosophy of theater as presented by Adil Asadov - Academician Isa Habibbeyli

01-11-2023 [ 13:58 ] [ read:62 ]
printerA+ | A-
103908

The prominent philosopher Adil Asadov, who has deeply studied the philosophy and aesthetics of beauty for many years, dates his arrival on the topic of theater to the end of 2015 and claims that the reason for this is connected with the scientific conference “City and Theater”. ", held at the National Academy of Sciences of Azerbaijan. Undoubtedly, this date is the real, actual date the author focused his attention specifically on the topic of theater and presented his first scientific report at an international conference on this topic.

However, in our opinion, the true reason why the author turned to the topic of theater on a scientific platform should be sought in the explanation of the problem “Beauty and Theater”.

Adil Əsədov vurğulanan 2015-ci ildən öncəki illərdə teatr mövzusuna xüsusi olaraq müraciət etməsə də, gözəllik kateqoriyası və incəsənətin əsasları haqqında ciddi və əhəmiyyətli bir elmi əsər - Gözəlliyin fəlsəfəsi monoqrafiyasını meydana qoymuşdu. Bu hal özlüyündə fəlsəfənin və estetikanın əsas mövzularından biri olan gözəllik barəsində Azərbaycanda meydana çıxmış ilk sanballı elmi əsər kimi mühüm əhəmiyyət kəsb edir.

Doğrudur, müəllif bildirir ki, o, gözəlliyin estetikasını o zamanlarda fəlsəfi araşdırmaya məruz qoyarkən teatr mövzusuna demək olar ki, toxunmayıb, teatrı dram mövzusu çərçivəsində mənalandırmaqla kifayətlənibdir.

Bu məqamda "Nə üçün" sualını verməyə xüsusi bir ehtiyac yoxdur.

Əvvəla, bu, müəllifin öz şəxsi seçimidir.

İkinci tərəfdən, Adil Əsədovun gözəllik kateqoriyasına həsr edilmiş az öncə xatırladığım monoqrafik əsəri özünün dərin mahiyyəti etibarilə həm də teatr məsələləri ilə üzvi surətdə səsləşir. Bu tezisin elmi platformada əsasını müəllifin bu yaxınlarda çap etdirdiyi "Teatr və proto-teatr: teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri fəlsəfi refleksiya kontekstində" adlı monoqrafiyasında tapmaq mümkündür. Məşhur teatr rejissoru Konstantin Stanislavski yazırdı: "Teatrda gözəllik heç də o deyil ki, tamaşaçının gözünü qamaşdırsın və onu məst etsin. Teatrda gözəllik odur ki, insan ruhunu yüksəklərə qaldırsın, həm səhnədə, həm də səhnə öncəsində, yəni ki, həm aktyorların, həm də tamaşaçıların hiss və düşüncələrini ucalda bilsin". Bəli, Adil Əsədovun gözəlliyin fəlsəfəsinə həsr edilmiş həmin o monoqrafiyası məntiqi mənada həm də teatr mədəniyyətinin fəlsəfəsi hesab oluna bilər. Burada müəllifin gözəlliyin fəlsəfəsindən bəhs edərkən dram sənətinə də xüsusi bir bölüm ayırması dolayısı ilə deyil, birbaşa həm də teatr sənətindən də bəhs etməsi deməkdir.

Bu mənada "Teatr və proto-teatr" monoqrafiyası gözəlliyin fəlsəfəsi haqqında traktatının üzvü tərkib hissəsi, "Gözəlliyin fəlsəfəsi" monoqrafiyasının isə bilavasitə məntiqi davamıdır. Bu, teatrın mahiyyətindəki gözəlliyi aşkara çıxaran, həmin gözəlliyin səhnədə təcəssüm edilməsinə xidmət edən müxtəlif qütblərin funksiyalarına işıq salan qeyri-adi teatr araşdırmasıdır.

"Gözəlliyin fəlsəfəsi" monoqrafiyasında olduğu kimi, "Teatr və proto-teatr" monoqrafiyasının da monoloq və dialoq üzərində qurulması həmin problemə elmi bucaqdan yanaşmaların harmoniyasını müəyyən edən orijinal bir addımdır.

"Teatr və proto-teatr" monoqrafiyası, hər şeydən öncə, teatrda gözəllik haqqında, eyni dərəcədə teatrın fəlsəfəsi haqqında Azərbaycan filosofunun bir monoloqudur.

Bu əsər, eyni zamanda, onun müəllifi Adil Əsədovun indiyədək teatr haqqında maraqlı və əhəmiyyətli fikirlər irəli sürmüş görkəmli şəxsiyyətlərlə və müasirləri ilə dialoqlarıdır. Birinci hal, yəni teatr haqqında maraqlı və əhəmiyyətli fikirləri ötən əsrlərdə irəli sürmüş görkəmli şəxsiyyətlərlə aparılan mükalimələr əsərdə xəyali dialoq statusunda, ikinci hal, yəni müasirləri ilə aparılan mükalimələr isə canlı dialoq statusundadır.

Xüsusən, böyük sənətkarlar və mütəfəkkirlərlə aparılan xəyali dialoq klassik teatr nəzəriyyələrinin mahiyyətinin müasirlik işığında açılıb şərh edilməsinə gözəl şərait yaradır. Müəllifin təqdim etdiyi bu dialoqlar teatr haqqında klassik sənətşünaslıq təlimlərinə XXI əsrin elmi-fəlsəfi baxışının bir təzahürü kimi də dəyərləndirilə bilər.

Əsərin monoloq hissəsində isə müəllif teatr mədəniyyətinə aid hər hansı klassik və ya müasir baxışları deyil, teatr fenomeninə dair öz məxsusi baxışını diqqət mərkəzinə çəkir. Monoqrafiyanın bu hissəsi Adil Əsədovun özünəməxsus elmi baxışlar sisteminin teatr mövzusunda bir nümayişidir. Bu nümayiş oxucuya iki formada təqdim olunur. Birinci halda müəllif irəli sürdüyü konsepsiyanı bütöv bir sistem formatında, ikinci halda isə elmi-fəlsəfi tezislər formatında təqdim edir.

Bir çox məqamlarda mücərrəd görünən bu sistem və tezislər müəllifin teatrşünas alim və mütəxəssislərlə, həmçinin də, filosof və ədəbiyyatşünaslarla apardığı canlı dialoqlarda xeyli dərəcədə aydınlaşdırılmış şəkildə təqdim olunur. Belə bir aydınlaşmanı bir çox hallarda teatr təşkilatçılarının funksiyalarına və fəaliyyətlərinin mahiyyətinə dair ənənəvi teatrşünaslıq tərəfindən əldə edilmiş bilik və məlumatlara müəllifin özünəməxsus, qeyri-standart yanaşması təmin edir.

Kollektiv yaradıcılıq işinin nəticəsi kimi meydana çıxan teatr mədəniyyətinin müəllif tərəfindən təqdim edilən fəlsəfi əsasları və müəllifin özünəməxsus teatr fəlsəfəsi əsərin həmin canlı dialoq bölümündə həm klassik, həm də müasir mütəfəkkir və sənətkarların mülahizələri xatırlanmaqla və eyni zamanda, konkret tamaşalardan çıxarılmış nəticələr göstərilməklə anlaşıqlı bir şəkildə şərh olunur. Bəzi məqamlarda ənənəvi teatrşünaslıq tərəfindən əldə edilmiş bilik və məlumatlar müəllif tərəfindən irəli sürülmüş konkret nəzəri ideyaların hətta sanki bir canlı illüstrasiyası kimi də səslənir.

İndiyə qədər daha çox ümumi və eyni zamanda abstrakt fəlsəfi kateqoriyaları araşdıran Adil Əsədov "Teatr və proto-teatr" kitabı ilə konkret həyat materialına, cəmiyyətşünaslıq məsələlərinə doğru da ciddi elmi addım atıbdır.

"Teatr və proto-teatr" monoqrafiyası filosof tərəfindən yazılmasına baxmayaraq, düşünürəm ki, teatrşünaslıq baxımından da son dərəcə cəlbedicidir.

Adil Əsədovun irəli sürdüyü proto-teatr, proto-dramaturq, proto-aktyor, proto-tamaşaçı, post-tamaşaçı və post-teatr anlayışları teatrşünaslıq cəhətdən dəfələrlə aydınlaşdırılmış teatr, dramaturq, aktyor və tamaşaçı anlayışlarının fəlsəfi baxımdan tam yeni elmi-nəzəri şərhləridir.

Bəzi məqamlarda mübahisəli görünməsinə baxmayaraq, Adil Əsədovun həmin anlayışlar haqqındakı nəzəri fikirləri tam orijinal fəlsəfi təriflər əhəmiyyətini kəsb edir. Təqdim olunan təriflər aid olduqları sahələrin mahiyyətinə dair dərin fəlsəfi yanaşmalardır.

Monoqrafiya bütövlükdə isə XXI əsrdə teatr fəlsəfəsi haqqında meydana çıxımış ilk elmi əsərlərdən biridir və eyni zamanda müasir dövrün yeni formada yazılmış teatr estetikasıdır.

Uzun illərdir ki, Azərbaycanda arxa plana keçirilmiş teatr estetikasına dair araşdırmaların aparılması ənənəsi bu monoqrafiya ilə yenidən bərpa olunubdur.

Bu orijinal fəlsəfi əsər son illərdə elmi fikrin diqqətindən xeyli kənarda qalmış müasir teatr haqqında elmi kompleks şəkildə yenidən inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir. Orijinal, qeyri-ənənəvi elmi üslubda yazılmış bu monoqrafiya teatrı sevən, onu daha ətraflı öyrənmək istəyən mütəxəssislər və oxucular üçün də maraqlı və əhəmiyyətli olacaqdır.

Bütün bu əsaslarda da, düşünürəm ki, fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun "Teatr və proto-teatr: teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri fəlsəfi refleksiya kontekstində" monoqrafiyası xarici dillərə də tərcümə olunmalıdır. Tam əminəm ki, bu əsər dünya teatrşünaslarının da marağına səbəb olacaqdır.

525-ci qəzet. - 31.10.2023

OTHER NEWS