Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Elnara Akimova‘s voyage to the "seventh layer of the sky" or the mysticism of the unseen world

30-11-2023 [ 14:52 ] [ read:23 ]
printerA+ | A-
104010

"Seventh layer of the sky" is Nurlana Ishik's new book. "Tahsil" publishing house, adhering to its mission of supporting talent and opening doors, has created several interesting examples of children's literature before the 9th International Book Fair this year. The books of Sevinj Nurugyzi, Mina Rashid, Aygün Bunyadzade, and Zahira Jabir were the examples that decorated the book exhibition where people flocked last week and managed to attract the attention of children and parents.

Nurlana Isik is the youngest author of children's literature. Nurlana's enthusiasm for searching, the ability to be amazed, and the virtue of looking at the world with amazing eyes are perhaps the primary reason for her development as a children's writer. Everything in literature begins with wonder. This becomes even more important when it comes to children's literature. If you have retained the faithfulness to the pure beginning of the soul to find its way into the hearts of the little ones, this is already doubling the value of the text. Nurlana's little heroes' introduction to the world begins with their amazement. For example, in the story "Parking place with a hat", the girl who was waiting for the car of happiness jumped in the rain, was addicted to seeing the rainbow for the first time and ran away from the car (aren't these things are happiness for a child?!) acquires a figurative capacity, does not evoke the impression of an empirical description.

Nurlananın hekayələrinin balaca qəhrəmanları daim düşünür, suallar verir. "Göyün yeddinci qatı" povestinin qəhrəmanı kimi: "Ayçilin çox qəribə istəkləri vardı. O, tez- tez xəyalında səmada üzən kündə-kündə buludları yan-yana düzər, onlardan qatar düzəldər, sonra da kainatı kəşfə çıxardı. Onu daima düşündürən bir şey vardı; bir dəfə nənəsindən uşaqların necə yeridiyini soruşmuşdu. Nənəsi də, - göylərdən səs gəlməyincə bir insan bəndəsi addım ata bilməz, - demişdi. O, tez-tez asimana baxır, həmin səsi axtarırdı. Bəzən düşünərdi, - görəsən, quşlar da həmin səsi eşidib uçurlarmı?"

Ayçilin macərası elə bu sualla başlayır. Sehirli səsə doğru canatımı onu atasının fənərinin işığında ulduzlara yaxınlaşdırır, bundan sonra isə onun ulduzlarla birgə göyün ənginliyinə səyahəti baş tutur. Səyahət boyu Ayçil göyün altı qatına yüksələ bilir. Burada onu şeir yazan qız, bəstəkar oğlan, rəssam, qocaman quş, qayıqçı pişik, müdrik qarışqa, şanapipik, rəqs edən meşə ağacları, uçan nənə ilə görüşlər gözləyir. Bu qatların hər biri Ayçilin həyatında yeni bir dünyanın qapısını açır. Amma onun istəyi ən yüksək qata yetməkdir. Axı Ayçilin qəlbinin dərinliklərində heyrətinə səbəb olan bir nigaranlıq yatır... O, qeyb aləminin səsini eşitmək istəyir. Ona görə uçan nənə ilə aralarından belə bir söhbət keçir:

- "Bura niyə gəldiyini bilirəm, ağıllı qızım.

- Haradan bildiniz, nənəcan?

- Sənin təmiz səsin özündən qabaq çatdı bu dağlara.

- Axı mən ürəyimdə danışmışam.

- Yuxarılar ürəyin səsini eşidir, dünya qızı.

- Ay nənə, onda sən mənə de görüm, niyə yuxarıdan səs gəlməsə, Yer kürəsində bir uşaq belə gəzə bilməz?

- Əvvəlcə, gəl səni qanadlarımda dünyanın ən hündür zirvəsinə çıxarım, cavabı mən deməmiş, bəlkə, özün tapdın. Ancaq bir şərtim var. Mən səndən ayrılanda arxaya baxmamalısan".

Ancaq göyün ən yüksək qatına ucaldıqca ən böyük səs dalğasının içinə sürüşən Ayçil arxaya çevrilir və bununla onun göylərlə irtibatı sona çatır. Yenidən özünü yerdə, evlərindəki albalı ağacının altında görür.

Fantastik üslub Nurlana İşığın hekayələrinə xas çalardır. Fərziyyələr quran, macəra, xəyallar aləmində əylənməyi sevən balaca qəhrəmanlar onun hekayələrinin əsas personajlarıdır. Yazıçının "Ayçil yuxu gördü", "Dırnaqlar", "Şlyapalı dayanacaq" və s. hekayələrində də yaratdığı Ayçil, İşıq obrazları ilə qəhrəmanın başına gələn cürbəcür hadisələr nəql olunur. Bu hekayələrdə diqqət konkret nöqtəyə istiqamətlənir, gərginlik, həyəcan, təlaş yaxşı mənada qüvvətli çalar olaraq meydana çıxır, nikbin əhval-ruhiyyənin aparıcılığı nəzərdən qaçmır. "Göyün yeddinci qatı" povestində də körpə qəlbinin riqqəti fonunda kainata aydın bir baxış yer alır. Nurlana İşıq şairanə bir xəyalla rəngi, səsi obrazlaşdırmağa nail olur. İdeya sağlamlığı, dil və ifadə səslisliyi bu mətnlərdə diqqət çəkən əsas amil olaraq, yazıçı üslubunun əsas məziyyəti kimi dəyər qazanır. Bəli, bu gün sürət əsrinin vüsəti, problem və tələbləri qarşısında bədii mətn zamanı qabaqlayan funkisiyada çıxış etməlidir. Amma bütün hallarda abstrakt mövzular uşaq ədəbiyyatının predmeti olmamalıdır. Təsvir vasitələri, idiomatik ifadələr, təşbehlər, metonimiya və mübaliğələr uşaqların yaş səviyyəsi və təfəkkür dünyası nəzərə alınaraq mətnə gətirilməlidir. Nurlananın əsərlərində bu amillərin hər biri nəzərə alınır. Bu, həm də onun müəllim kimi fəaliyyət göstərməsindən, uşaqlarla daim ünsiyyətdə olmasından, onların psixologiyasına bələdliyindən qaynaqlanır. Bəlkə, həm də buna görə Nurlananın əsərlərində pafos nəzərə çarpmır, yazıçı süni dramatizmə qapılmır. Qeyd edək ki, bu, uşaq yazarı üçün vacib amildir. Hadisələrin daha çox uşaqların dili ilə ifadə olunması onların özləri ilə bağlı oxucuda qənaətlər formalaşdırır. Nurlana yığcam lövhə və ştrixlərlə, səmimi, sadə üslubla, ifadə səlisliyi ilə kiçik yaşlı oxucuları həyəcanlandıra bilir: "Ayçil Ayın yüz rəngə çaldığını, göy üzündə ulduzların rəqs etdiyini, bir - birinə dəyib qığılcımlar yaratdığını, müxtəlif füqurlara çevrildiyini gördükcə elə bilirdi ki, əsrarəngiz bir teatr tamaşasına baxır. O bir anlıq istədi ki, bu tamaşanın bir obrazı olsun. Ulduz qızın qəlbindəki bütün duyğuları anlaya bilirdi, odur ki, təklif etdi:

- Göy üzünün səyyahı olmaq istəyirsənmi?

Qız həyəcandan bilmədi, nə cavab versin, o, yarpaq boyda əllərini bir-birinə vurub güldü. Bu zaman buludlar yan-yana düzülüb bulud karvanı yaratdı. Ayçil onların üzərində kainatı səyahətə başladı".

Göründüyü kimi, burada həyat materialı qəhrəmanın psixoloji vəziyyəti ilə bacarıqla əlaqələndirilir. Uşaqların mənəvi aləminə, onların mənəvi yüksəlişinə nəsihət deyil, təsvirlə nüfuz etmək, sərbəst davranış, sərbəst düşüncə aşılamaq, xəyal dünyasının hüdudsuzluğunu göstərmək bu mətnlərdə səciyyəvi keyfiyyətlər kimi mənalanır. Nurlana bütün bunları əlvan lövhələr yaradaraq, həmçinin kompozisiya aydınlığı və süjet xəttinin dinamikliyi çərçivəsində həll edir. Qeyd edim ki, süjetli əsərləri uşaqlar çox sevirlər. Səhifədən səhifəyə qüvvətlənən dinamizm, həyəcan, hadisələrin ardını izləməyə yaranmış maraq o zaman baş tutur ki, mətn öz məzmun cazibədarlığı ilə uşağın ruhunu ələ ala bilir. "Göyün yeddinci qatında" bəhs edilən hekayətlərin birindən digərinə keçidlər həm əsaslı təsvirlərlə gerçəkləşdirilir, həm də uşaqlar üçün yeni dünyanın açılışına vasitə olur. Mütaliə ərzində bədii mətnin mistik energetikasını hiss edirik. Müəllif qəhrəmanını adi həyatdan ayırıb mistik-simvolik gerçəkliyin içinə atır. Amma bu gerçəkliyin rənglər dünyasında da hər şey bizə tanış görünür: "- Səsin çox rəngi var, pəri xanım. Bax bu rəng qəmli insanların səsidir,- rəssam fırçasından göyə rəng çalarları tökdü, - bu isə gülüş səslərinin rəngidir,- onun fırçasından sarı, narıncı, açıq-mavi rənglər süzüldü. Bu isə fikrin rəngidir, bu heyrətin, bu sevincin...

- Gözəldir hamısı, ancaq sən mənə Yer kürəsinə gəlib çıxan səsin rəngini göstər.

Rəssam heyrətləndi:

- Mən onu eşitməmişəm axı..."

Nurlana İşığın yazdığı nümunələr həm təmkinli dünyaduyumla, həm də maarifçilik ruhunda qələmə alınır. Müəllif çalışır ki, uşaqları yalnız əlvan boyalarla süslənmiş dünya ilə üz-üzə qoymasın, həmçinin onlar bu dünyanın sirlərinə enib özləri üçün yeni anlayışlar, yeni mənəvi keyfiyyətlər əxz etsinlər, həyatın çətinliklərinə hazır olmağı bacarsınlar. 

"Göyün yeddinci qatı"... Əsərin adı özündə həm də simvolik məqamı ehtiva edir. Bu qat məlumdur ki, sənətin sirli xronotoplarından biridir, metafizik anlam daşımaqla daha çox mənəvi ucalıq və hüzura işarə sayılır. Nurlana İşıq sirr pərdəsini müəyyən qədər aralayır, yerlə göyün arasında sərhədi yox edir, bu qatlardan yalnız altısına səyahətin təsvirini mümkün edir. Sonuncu qat - ora artıq İlahi sirrin çözüləcəyi məkandır və bu sirri heç kim çözə bilməz. Ona doğru Yol tutub getmək, addım-addım ucalmaq olar. Tapmaqsa, əsla! Necə ki, balaca Ayçil son anda istəyindən məhrum olur, yenidən yerə yuvarlanmaqla qəlbinin dərinliyindəki suala cavab tapmaq şansını itirir. Bu hadisə mətnin magik effektini gücləndirir, yəni rasionallıqla mistisizm birləşir. Amma əsər nikbin bir sonluqla tamamlanır. Ayçil yenə əlində fənər, işığı ulduzlara tuşlayıb nə vaxtsa yenidən göyə səyahət edəcəyinə ümid bəsləyir. İnanaraq ki, bu dəfə mütləq alınacaq...

Bu isə artıq uşaqlara aşılanan axtarışlardan usanmamaq əzminin, inanaraq yaşamaq keyfiyyətinin estetik üsulla təqdimidir.

Ədəbiyyat qəzeti. 28.11.23.