Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

“Əhməd Ağaoğlu və Türk dünyası” konfransının materialları nəşr edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransın materialları nəşr edilib. Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən toplunun elmi redaktoru filologiya elmləri doktoru, dosent Nikpur Cabbarlıdır. Rəyçiləri filologiya elmləri doktorlar, dosentlər Abid Tahirli, Şahbaz Şamıoğlu və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlidir. Nəşrin məsul redaktoru Aysel Əfəndiyevadır. Qeyd edək ki, 16 noyabr 2023-cü ildə keçirilən konfrans Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamına əsasən baş tutub.