Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda

İstinad üçün: Əliyeva, Z. (2026). Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı
elmmetrik diapazonda (T. Məmməd, Elm. red.; E. Akimova, Ön sözün müəl.; M. Həsənli & F.
İmranov, Rəyçilər). Elm və təhsil.

Annotasiya: Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi
alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın elmi yaradıcılığına
həsr olunmuşdur. Kitab “Ədəbiyyatşünas alimin elmmetrik pasportu” seriyasından ilk nəşrdir.
Kitabda alimin yaradıcılıq potensialı və elmi fəaliyyət göstəriciləri elmmetrik infoqrafika
müstəvisində araşdırılır.  

Əsas məzmun: Filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın
“Zamanla yarış, yaxud ilk elmmetrik araşdırma modeli” adlı ön sözü ilə başlayan kitabın “Salidə
Şərifovanın yaradıcılığı elmmetrik diapazonda”, “Elmmetrik və bibliometrik axtarış: mərhələlər
və mənbələr”, “Elmi yaradıcılıq potensialının performansı və transformasiyası”, “Salidə
Şərifovanın elmi tədqiqatlarının mövzu diapazonu”, “Elmmetrik bazalar üzrə tədqiqat
nəticələrinin infoqrafikası”, “Salidə Şərifovanın əsərlərinin dərc olunduğu jurnallar”, “Qlobal
informasiya mühitində təmsil və təbliğ olunma, “Elmi tipologiya və intellektual model dünya
ədəbiyyatşünaslığı + süni intellekt müstəvisində”, “Sosial platformalar”, “Kitabxana-informasiya
mühiti” adlı fəsillərindəki təhlillərlə müəllif nəticədə S.Şərifovanın elmmetrik portretini
yaratmağa müvəffəq olmuş və ədəbiyyatşünaslığımızın ilk elmmetrik araşdırma modelini
təqdim etmişdir.