Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

"Солдату о пули не поют, красавице о розе..." (о творчестве Акифа Самада) - Айгюн Багырли

24-03-2023 [ 09:09 ] [ прочитано:74 ]
printerA+ | A-
103190

        Сам Акиф Самад пишет о теме и жанре своих стихов в одной из своих книг избранных стихов: «Границы всех тем условны. Самая чистая любовная поэма - поэма Шуши. Поэзия природы — это еще и ветерок любви... «Неужели  горящая пуговица судьба каждого ?», «Брат, не моя ли смерть?», «Что тебе за мир?», «Если ты не придешь, то зачем ты?», «Что какая смерть у вас в этих местах?», «Какого Сулеймана вы видели?» - такие художественные вопросы придавали поэзии Акифа Самада философскую глубину и смысл, и в то же время обогащали его словарный запас и привносили в его экспрессию и стиль типичную для народной поэзии сладость. «Стихи Акифа Самада отличаются чистотой и удивительной чистотой его языка. Природный народный юмор, идиоматические выражения, пословицы и пословицы, поверья и, прежде всего, слияние нестареющих, не желтеющих художественных средств описания классической любовной поэмы с новым содержанием — явная весна в его стихах. Если можно так сказать, здесь во всей полноте прослеживается культура и эстетика поэзии озана»...

Akif Səməd özü seçmə şeirlərindən ibarət kitablarının birində şeirlərinin mövzu və janrı haqqında yazır: “Bütün mövzuların sərhədləri şərtidir. Ən saf sevgi şeiri elə Şuşa şeiridir. Təbiət şeiri də məhəbbət mehidir. Əsgərə güllədən oxumazlar, gözələ güldən...

         Janr üzrə də çinləmədim: qoşmalar, gəraylılar, divanilər... məncə, qoşmanın qoşma, gəraylının gəraylı olduğunu saz bilər, siz bilərsiniz”. Amma Akif Səmədin özünün janr və mövzu baxımından təsnif etmədiyi şeirlərində bir ana xətt, bir hakim mövzu mövcuddur – ağrı mövzusu. Bu ağrı nədən qaynaqlanırdı, səbəbi nə idi? Əgər  bir səbəbi müstəqilliyini yeni əldə etmiş Azərbaycanın keçid dövrünə xas ictimai-siyasi, sosial çətinlikləri, xüsusilə Qarabağ nisgili, Təbriz  və Savalan ayrılığı, dövrün poeziyasında dəb olan kədər və ölüm mövzusuna meyillilik  idisə, bir səbəb də şairin narahat daxili aləmi, bir nigaran ovqata sahib olması idi.  Onun şair obrazını bu qədər kədərli və ələmli edən, eyni zamanda cavan ikən müdrikləşdirən, şeirlərinə bədbinlik və nisgil yükləyən dərdlərinin çoxluğudur.

        

Dərdlərimiz qatar-qatar,

         Fil çəkəmməz, dəvə yatar,

         Nə əl yetər, nə ün çatar,

         Tanrının yeri ucada.

        

Akif Səməd üçün şair olmaq şeir yazmaq deyil, şair olmaq “ölüb dirilməkdir”, “ürəyi oymaqdır”, “günləri saymaqdır”.

                  

Öz dərdimi bölürəm,

         Öz dərdimə gülürəm.

         “Araz” – deyib, ölürəm,

         Qardaş, mən şeir yazmıram.

        

Akif Səmədin lirik “mən”i dərdlərinə güləcək qədər böyükdür, özünə şair deməyəcək qədər təvazökardır. O, dərdlərindən şikayət etmir, tikanı güldən, dərdi dərmanından gözəl hesab edir. Bu artıq şeirdə sufi mərtəbəsidir, şairliyin dərviş cilvəsidir. Ölümü dərdinə dərman bilən şairin maddi olanı heç saymasıdır.

                                              

Yaşamaq gor əzabıdır,

Ölüm, qurtar gordan məni.

 

...Fağır ölümün adı var,

Qardaş, ölüm nəmənədir.

 

Şairin sırf təbiət, yaxud sevgi və vətənpərvərlik mövzusunda yazılmış şeirini tapmaq çətindir. O, hansısa təbiət hadisəsindən danışanda da ona fəlsəfi-psixoloji anlam yükləyir. Vətənin hər daşı, çiçəyi, çeşməsi nəinki onun üçün dəyərlidir, əzizdir, həm də müqəddəsdir, sirlidir. Yovşan ətrinin izi onu tarixə, türkün keçmişinə aparıb çıxara bilir.

Şair özü şeirlərini janr və mövzu baxımından təsnif etməsə də, şeirlərinin özündə poetik dünyasının çərçivələrini, haradan yola çıxdığını, sözünün haradan, hansı qaynaqlardan şirə çəkdiyini açıqlayır:

 

Sən kövrəlmə, ay atam,

Dözümə yol gedirəm.

Nə vaxtdı itib-batan

İzimə yol gedirəm.

 

Yanmaq yaraşır ömrə,

Qulam Allahdan əmrə.

Nəsimi, Yunus Əmrə

Sözümə yol gedirəm.

 

Daşda bitən kolmuşam,

Öz-özümü yormuşam.

Özümdən yol almışam,

Özümə yol gedirəm.

 

Yaxud:

 

Quşdum, dimdiyimdə təzə dən gəlləm,

Füzuli istəyən sözə tən gəlləm,

Gedib bu dünyaya təzədən gəlləm,

Onun açığına,

Sənin xətrinə.

        

Göründüyü kimi, “özümə yol gedirəm” – deyən şair bu yolun başında Yunis Əmrənin, Nəsiminin, Füzulinin dayandığını bəyan edir. Uzun yol keçən, XX əsr Azərbaycan poeziyasında öz ozan-aşıq-şair obrazını yaradan Akif Səməd dahi sələflərinin yaradıcılığından hikməti, müdrikliyi, ali kədəri, sözə ehtiramı əxz etmişdir. Onun üçün sözün dəyəri böyükdür.

Akif Səmədin yaradıcılığında folklordan, xalq ədəbiyyatından gələn ifadə və ibarələr, bədii təsvir vasitələri onun şeirlərinə məna dərinliyi, xüsusi lirizm və poetiklik, bəzən də yumor hissi yükləyirdi. “Korun-korun tüstülədim”, “göy kösöyü yelpikləyən küləklər”, “Ərzurumun gədiyi”, “isinməz oduna”, “aç qapını, ört qapını”, “od olmasa, tüstü çıxmaz” kimi xalq deyimləri şairin yaradıcılığına bir rəng qatırdı. O, folklor elementlərindən  yaradıcı şəkildə istifadə edir, onları öz mətninin içində əridərək yeni funksionallıq aşılayırdı. Həm ümumtürk və Azərbaycan folkloruna, həm klassik şərq şeirinə yaxşı bələd olan şairin əsərlərində bəzən ozan və sufi şair obrazı da görünür. “Bəlli və sirr olanlar”, “qırxıncı qapı”, “yetmiş yeddinci qat”, “Mən məni harda itirdim?” kimi ifadələr şairin poetik leksikonuna məhz sufi ədəbiyyatından gəlirdi.

                  

Çox odlara bir qurulu binəyəm,

Gələn oxa tuş dayanan sinəyəm,

         Füzuliyəm, Vidadiyəm, ya nəyəm,

         Hardan tapdım dürlü-dürlü odları –

 

deməklə şair, dərdli  sələflərini də yad edir, ağrı və iztirabların ona sanki həmin söz  ustadlarından  yadigar qaldığını xatırladırdı.

         “Şuşaya gedə bilmirəm” şeiri müəllifin Qarabağ acısını, torpaq itkisini, Vətən həsrətini ifadə edən  ən yaxşı əsəridir. Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm – deyib səssiz fəryad edən şair “Şuşasız evim ev deyil” – deyirdi.

                           

Türk olmaq günahmı oldu?

         Günahkar Segahmı oldu?

         Təbrizdən uzaqmı oldu?

         Şuşaya gedə bilmirəm.

 

Şair bu böyüklükdə dərdi çəkənin, ağrılara dözənin özünün, yoxsa divin olduğunu sual edir. Türkün kimliyinin tarixə görk, dözümünün möhkəm, səbrinin bol olduğunu söyləsə də, sonda “Şuşaya gedə bilmirəm” – deməklə şeirə qüssə dolu nöqtə qoyur.

         “Kəlbəcər qayıtsın” şeiri də şairin Qarabağ mövzusunda yazdığı şeirdir. “Kəlbəcər qayıtsın” – deyənlərə “Kəlbəcər hara qayıtsın, Kəlbəcərə biz qayıdaq”- deyərək sinələrdə köz sönməmiş, ruhumuz köləyə, qula çevrilməmiş, qaraçıya dönməmiş, şorana öyrəşməmiş bacardıqca yurd yerinə tez qayıtmağı vacib sayırdı.

Akif Səmədin nəfsi tox olan poetik “mən”i mövqe, vəzifə, yüksəlmək üçün dava edənlərdən, bir-birinə tor quranlardan uzaq dururdu. Hətta yüksəlmək üçün xəyanət edən “dostlar”ı anlamır, belələrinin sayəsində həyatdan inciyirdi.

         Kənddən arzularının arxasınca “könlü havalı” gələn bir çox söz adamları kimi, Akif Səməd də əsərlərində şəhərlə kəndi müqayisə edirdi. Səməd Vurğunun “Of... bu şəhər bir bəla, Ruha zəhərli bir su...” misralarını epiqraf seçən şair divarları qara, adamları boz, gəlmə ağacları il boyu yaşıl, saxta çiçəkləri qoxusuz, çilçıraqların əlindən səmasında ayı, ulduzu görünməyən şəhərdən şikayət edir, kənddə hər quşun yuvası olduğu halda, burada insanların yuvasızlığını ürək ağrısı ilə vurğulayır, özünü, “havalı könlü”nü hər işi ütülü, əndazəli şəhərə yaraşdırmadığını, baş götürüb yurd yerinə – İncəliyə  getmək istəyini də gizlətmirdi. Şairin bir şeirində kənddə bir gözəlin arzusu, “bir qom bənövşə”nin ümidi olan  bulud su olub hopmağa torpaq tapa bilmir. “Tanıdım o buludu” – deyən şair, əslində, buludun simasında özünü təsvir edir və mələklərin şəhərə gətirdiyi o buludu küləklərin  heç vaxt kəndə apara bilməyəcəyinə təəssüflənir. Şəhərdə qəlbi gözdən oxuyanların yoxluğundan şikayətlənən şair bir vaxtlar otlu cığırlardan dəmir yollara boylandığı üçün özünü qınayır.

                                     

Burda oxudullar quşu qəfəsdə,

         Sənin bu yerlərdə nə ölümün var?

         Burda ki satılır bənövşə qomla,

         Sənin bu yerlərdə nə ölümün var?

        

Bütün yaradıcılığı boyu İncəli şairin əsərlərində gözünü yolda qoyduğu, həsrətiylə yaşadığı, ayrılığı nisgilə çevrilən bir yurd yerinin obrazı  kimi görünür. Onun üçün hansısa kürsülərə layiq görülməmək faciə deyildi, şair üçün qorxulu olan doğma İncəlinin onu unutması, bir gün xatırlamaması olardı.

         Akif Səməd “40 yaşın qıfılbəndi”, “40 yaşın qoşması”, “Ömrün bayatısı”, “45 yaşın şeiri” kimi avtobioqrafik şeirlərində, bir çox əsərlərində olduğu kimi, öz poetik dünyasını təqdim edir. “40 yaşın qoşması”nda sirlər gözəl, gizlinlər gözəl, qonşu bağındakı alma gözəl, “gedə bilmədiyim o yerlər gözəl” – deyib görmədiklərinin sehrli və sirli olduğunu düşünürsə, sonuncu şeirlərindən olan “45 yaşın şeiri”ndə hələ çox şeyi – quruyub adam gözləyən dar ağacını, göy vələsi, dağdağanı, dağ başında “qara xaçı” təzə gördüyünü yazır.

         Şairdən adama qul olmaz axı, – deyən şair sözdən başqa, haqdan başqa heç nəyə, heç kimə qul olmadı. Dərd var – bayatı dedirdər, dərd var – söz eləmək olmur. Bayatı dedirdən dərd miqyasca böyük olandır, əslində. Amma bundan böyük dərd də var ki, şair susur onun qarşısında, əlində qələm, qarşısında kağız olsa da, ondan söz etmir.  Başqa bir şeirində yazır: "Dərd deyərəm, dilə gəlməz, sözlük deyil". Akif Səmədin sözə gəlməyən dərdlərinin çoxluğu idi şeirlərinə sirrqarışıq kədər çökdürən.

         Müəllifin dünya haqqında şeirləri də çoxdur. Şeirlərinin birində dünyanın hər üzünü yaşadığını, sandığın da, sirrin də onun olduğunu söyləyir. Amma şair dünyanın nə qədər acı üzünü görsə də, ondan şikayət etmir. Sanki dünya özü bu ərki vermir şairə. Hər yerdə yerini bilən lirik “mən” – atan deyil, anan deyil, dünya sənin nəyindi ki? – məşhur sualı ilə, mənəvi toxluq və zənginliklə dünyanın onun üçün yad olduğunu qəbul edir. “Kasıbı yorğun, yolçusu fağır, bəyi atlı” olan dünyaya söz deməyə lüzum görmür. Amma bir şeirində, əslində, dünyanın da özünün kim olduğunu, aşiqlərin mərtəbəsində dəyərinin qədərini gözəl bildiyini yazır:

                           

Qəlbində baş əyir ulu sevgiyə,

         Baxma ki, özünü əyməz bu dünya.

         Məcnunun gözündə, özü də bilir,

         Leylinin telinə dəyməz bu dünya.

 

... Çox da ki, şimşəklər haqqa şığıdı,

         Bu qanlar, qadalar haqq yaraşığıdı,

         Akifə oxşayıb, haqq aşığıdı,

         Ulu sevgiləri söyməz bu dünya.

 

Sevgi Akif Səməd üçün dəyərli mövzudur. Çox az – bir neçə şeirində konkret bu mövzudan yazsa da, ümumi yaradıcılığında sevgi şair üçün müqəddəs və ülvi duyğudur. "Sevgidə Tanrı var, Tanrıda mən varam" – deyən,  Sevgilisi işıq olan, qaranlığa uduzarmı? – yazan şair üçün eşq Tanrının, işığın özü deməkdir. Bu mövqe əsrin əvvəlində, – Mənim Tanrım gözəllikdir, sevgidir – deyən Hüseyn Cavid fəlsəfəsinin əsrin sonunda  başqa cilvədə qarşımıza çıxmasıdır. Sevməkdi günahım, vallah, büsbütün "Siz məni elə bu günaha bükün" – deyib özünün bu müqəddəs günaha bükülməyini vəsiyyət edir şair.

         “Hər kəsə qismətmi düyməsi yanmaq?”, “Qardaş, ölüm nəmənədi?”, “Dünya sənin nəyindi ki?”, “Gəlməyəsən, neyniyəsən?”, “Sənin bu yerlərdə nə ölümün var?”, “Gördüyün hansı Süleyman?” – kimi bədii suallar Akif Səməd poeziyasına fəlsəfi dərinlik və məna yükləməklə yanaşı, eyni zamanda leksikonunu zənginləşdirmiş,  ifadə tərzinə və üslubuna xalq şeirinə xas şirinlik gətirmişdir. “Akif Səmədin şeirləri öz dilinin saflığı, heyrətamiz təmizliyi ilə də seçilir. Xalqdan gələn təbii yumor, idiomatik ifadələr, atalar sözləri və məsəllər, inanclar və hər şeydən əvvəl klassik aşıq şeirinin solmayan, saralmayan bədii təsvir vasitələrinin yeni məzmunla qaynayıb-qovuşması onun şeirlərində duru çeşmədir. Əgər belə demək mümkünsə, burada ozan şeiri mədəniyyətini  və estetikasını bütünlüklə izləmək olar”.

         Arzularına əlinin çatmadığını, öz durna qatarına, istəklərinə həmişə  gecikdiyini, əyri işlərdə əli olmadığından zəmanə adamlarının onu heç saydıqlarını şair şikayət etmədən, bədbinliyə qapılmadan, həm dərdin, həm ölümün üzünə gülümsəyə-gülümsəyə, “şahanə dərvişlik”lə oxucusuna ərz edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)