Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Презентована переведенная на немецкий язык книга Мир Джалала Пашаева «Физулинский артефакт»

26-01-2024 [ 14:18 ] [ прочитано:205 ]
printerA+ | A-
104240

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA universitetin rektoru Hafiz Paşayev, almaniyalı alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Mir Cəlalın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını bildirib. Qeyd edib ki, bu əsərlər bütün zamanlarda oxucular tərəfindən sevilə-sevilə oxunacaq.

Qeyd edilib ki, Azad Berlin Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.

Diqqətə çatdırılıb ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib.

Şərqşünas-alim Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. Alman alimi sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Mir Cəlalın bir alim, bir nasir kimi yorulmaz fəaliyyətindən söhbət açıb. Onun bir alim kimi yetişdirdiyi çoxsaylı ədəbiyyatşünasların bu gün Azərbaycan elminin inkişafı naminə gördükləri işlərdən danışıb.

İ.Həbibbəyli Mir Cəlal yaradıcılığının bənzərsizliyindən, onun alim, müəllim və əsl yazıçı kimi gördüyü işlərdən söhbət açıb.

Tədbirdə çıxış edənlər təqdimatı keçirilən kitabın bütün zamanlar üçün dəyərli bir mənbə olduğunu vurğulayıblar.

PHOTO GALLERY

Другие новости