Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Издан сборник Газахского поэта Абая на Азербайджанском языке

20-11-2020 [ 11:37 ] [ прочитано:122 ]
printerA+ | A-
100347

      Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abayın bütün şeirlərinin, poemalarının və “Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub. Kitab Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə layihəsi əsasında işıq üzü görüb. Kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.

      “Qazax xalqının dan ulduzu” adlı ön sözün müəllifi Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və “Abayın əsərlərinin Azərbaycan nəşri barədə” yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir.  Külliyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.

Redaksiya heyətinə Anar, İsa Həbibbəyli, Sabit Dosanov, Nizami Cəfərov, Adil Əliyev, Qənirə Paşayeva, Fazil Mustafa, Knyaz Mirzəyev, Ulugbek Esdaulet, Elxan Zal, Akberen Elgezek, Günay Əfəndiyeva, Azər Turan, İbrahim İlyaslı, Xəyal Rza, Arzu Bağırova, Aida Eyvazlı və Gülnar Səma daxildir.

“CBS-PP” nəşriyyatında çap olunan kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin “Tərcümələrdə Abayın taleyi” araşdırması da yer alıb. 448 səhifəlik nəşrin “Birinci kitab” bölməsinə “Şeirlər və poemalar”, “Son illərdə tapılan şeirləri”, “Mənzum dastanlar” və “İninci kitab” bölməsinə 45 dənə “Qara sözlər” cəm olunub.

Rəhbəri Elxan Zal Qaraxan olan “İRS” seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb. Kitabda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ilə Regional və İqtisadi Maarifləndirmə İctimai Birliyinin loqosu da yer alıb.