Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Трансфоническое издание журнала "Бахлул"

13-11-2020 [ 10:30 ] [ прочитано:73 ]
printerA+ | A-
100311

Bəhlul” jurnalının ilk transfonelitersiyanın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova nəşrin rəyçiləridir.

Bu məcmuə Bakıda 1907-ci il may ayının 19-dan həmin ilin 4 noyabrınadək nəşr olunmuş, cəmi 9 nömrəsi işıq üzü görmüş “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır. “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirən “Bəhlul” jurnalının naşir və redaktoru Ələsgər Əliyev olub.

Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və s. kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir. Həmçinin “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Dərdmənd”, “Tamaşa bağı”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və s. gizli imzalardan da istifadə edilib.