Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Международные научные связи

Сотрудники Института приняли участие в VIII Международном конгрессе Тюркского языка

16-06-2017 [ 16:58 ] [ прочитано:139 ]
printerA+ | A-
49056

2017-ci il may ayının 22-26-sı tarixlərində Türkiyə Cüm­hu­riy­yə­ti­nin paytaxtı Ankara şəhərində  Türkiyə Cümhiriyyəti Cümhur­baş­kanlığı, Başbakanlık, “Atatürk Kültur, Dil ve Tarix Yüksək Qurumu”, “Türk Dili Qurumu” tərəfindən təşkil olunmuş  “VIII Beynəlxalq Türk Dili Qurultayı” keçirilmişdir.  34 ölkədən  266 elm adamı Qurultayda təmsil olunmuşdur. İnstitutumuzun əməkdaşları – prof. Tahirə Məmməd və dos. Lalə Həsənova Qurultayın işində fəal iştirak etmiş, həmsədr olduqları bölmələrdə məruzələri dinləmiş, həmçinin müvafiq bölmələrdə məruzələrlə çıxış etmişlər. Tahirə Məmmədin “Müstəqillik dövründə Azərbaycanda ədəbiyyat nəzəriyyəsinin inkişaf meyilləri”, Lalə Həsənovanın “Gündəliklərin forma və məzmun xüsusiyyətləri” mövzusunda çıxışları tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir. Hər iki əməkdaşımız Qurultayda iştiraklarına görə təşəkkür bəlgəsi almışlar.

PHOTO GALLERY