Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Президент академии наук Монголии - почетный гость Института литературы имени Низами Гянджеви

16-11-2018 [ 11:20 ] [ прочитано:20 ]
printerA+ | A-
82481

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

         Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Monqolustan ədəbi əlaqələrinin tarixindən danışıb. Akademik İsa Həbibbəyli çıxışında təkcə Ədəbiyyat sahəsində deyil, humanitar və ictimai elmlərə aid olan digər sahələrdə də Monqolustan Elmlər Akademiyası gələcək əməkdaşlıq perespektivləri ilə bağlı fikirlərini bölüşüb.

Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdel tədbirin təşkilatçılığına görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib.

         Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi qurumla Monqolustan Elmlər Akademiyasının müvafiq İnstitutu ilə gələcəkdəki qarşılıqlı əməkdaşlıq imkanları barədə danışıb.

         Tədbirdə tarix elmləri doktoru, professor Əli Rəcəbli qədim və orta əsərlərdə Azərbaycan pulları haqqında, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Qazaxıstanın İssık kurqanından tapılan gümüş piyalədəki sak prototürk yazıları barədə məruzə edib. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi Lamiyə Nəsirova Monqol ədəbiyyatının Azərbaycanda tədqiqi və tərcümə məsələləri barədə çıxış edib.

 

 

 

        

 

Другие новости