Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

СОВЕТ МОЛОДЫХ УЧЕНЫХ

Сотрудница института участвует в программе сертификации «Web of Science»

23-02-2018 [ 13:27 ] [ прочитано:111 ]
printerA+ | A-
75627

AMEA Rəyasət Heyəti və “Clarivate Analytics” agentliyi tərəfindən Akademiyanın 20 elmi müəssisəsinin əməkdaşları üçün “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramı keçirili.

Proqram “Clarivate Analytics” təşkilatının elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadə və İrina Tixonkova tərəfindən aparılır və iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilir.

İki gün davam edəcək seminarda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu “Elmi informasiya və tərcümə” şöbəsinin baş mütəxəssisi Gülsara Ağayeva təmsil edir. G.Ağayeva iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumatlar verildiyini qeyd edir.  

Proqramın sonunda sertifikat təqdim olunacaq mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər.