O, şəhriyarşünas-alim, filologiya üzrə fəlsəfə doktorudur. Bu günlərdə “XX əsr Güney Azərbaycan ədəbiyyatında poema janrı: inkişaf mərhələləri və problemləri” dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru titulunu qazanacaq.
1999-cu ilin 01 aprelindən etibarən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində çalışırır. Namizədlik dissertasiyası XX əsrin klassiki kimi tanıdığımız Seyid Məhəmmədhüseyn Şəhriyarın anadilli yaradıcılığı olub. O gündən bütün yaradıcılığını o taylı-bu taylı böyük Vətənin qoynunda yaranan ədəbiyyatın, daha çox Güney Azərbaycan ədəbiyyatının araşdırılmasına həsr edib....