Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ИННОВАЦИИ. ПРОЕКТЫ

Лекция Чингиза Айтматова в Азербайджанском государственном педагогическом университете

18-01-2018 [ 15:12 ] [ прочитано:265 ]
printerA+ | A-

Azərbaycan Dövlət Pedaqoji Universitetində dünya şöhrətli yazıçı Çingiz Aytmatov haqqında mühazirə oxunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov “Çingiz Aytmatovun həyat və yaradıclığı” mövzusunda universitet tələbələri qarşısında çıxış edib.

Mühazirədə ADPU-nun Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov, dekan müavini dosent Məhərrəm Hüseynov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov və fənni tədris edən baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva iştirak ediblər.

Çingiz Aytmatovun yaradıcılığına dünyada həmişə böyük maraq olmuşdur. O, həyatda müşahidə etdiyi və onu yazıçı kimi düşündürən məqamları istedadı sayəsində əsərlərinə gətirmiş və dünya oxucusu bu yaradıcılığı sevə-sevə oxumuş və oxumaqda da davam edir. Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov “Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı” adlı fəlsəfə doktorluğu işi yazmışdır. Mühazirədə Çingiz Aytmatovun həyatından qırmızı xətlə keçən məqamlar, həmin hadisələrin yaradıcılığında necə əks olunması məsələləri, yaradıcılığının əsas ideya və məzmun xüsusiyyətləri barədə geniş məlumatlar verilmişdir.

Sonda professor Buludxan Xəlilov bu kimi təcrübənin əhəmiyyətli olduğunu, ayrı-ayrı ədiblərimizin yaradıcılığını tədqiq edən mütəxəssislərin mühazirə prosesinə cəlb edilməsinin gələcəkdə də davam etdirilməsini və bunu ənənəyə çevrilməsinin əhəmiyyətli olacağını vurğulayıb.

Mühazirənin sonunda tələbələrlə xatirə şəkli çəkilmişdir.

 

PHOTO GALLERY