Mirzə Məhəmməd Axundov. Şeyx Nizami // Elmi red. Nüşabə Araslı; Ərəb əlifbasından transliterasiya edən, ön söz, lüğət və şərhlərin müəllifi Təhminə Bədəlova / AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. – Bakı: Zərdabi LTD MMC, 2017. – 136 səh.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Şeyx Nizami” adlı kitabın təqdimat mərasimi keçirilib
10 noyabr 2017-ci il tarixdə AYB-nin “Natəvan” klubunda M.M.Axundovun “Şeyx Nizami” kitabının təqdimat mərasimi keçirilib. Mərasi giriş sözü ilə AYB-nin katibi İlqar Fəhmi açmışdır. Sonra kitabın naşiri, M.M.Axundovun nəvəsi Nazim Rza İsrafioğlu, tərtibçisi fil.ü.f.d. Təhminə Bədəlova çıxış etmiş, Azərbaycan nizamişünaslığının inkişafına göstərdiyi təsiri, əhəmiyyəti və ərsəyə gəlmə prosesindən danışmışlar. Tədbir alim və ziyalıların çıxış və müzakirələri ilə davam etmişdir. Fil.e.doktorları, professorlar Alxan Bayramoğlu, Asif Rüstəmli, Almaz Ülvi Binnətova, Əlizadə Əsgərli, tar.e.d., prof. Elmira Muradəliyeva, AMEA Elmi kitabxanasının direktoru Leyla Bəkirqızı, tədqiqatçı Cümşüd Muradov və başqaları çıxış etmişlər.
Qeyd edək ki, kitabın tərtibçisi fil.üf.d. Təhminə Bədəlova, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.