Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Юбилеи

Вугар Ахмед. Выдающиеся литературовед Иса Габиббейли

16-10-2017 [ 10:50 ] [ прочитано:109 ]
printerA+ | A-


Doğum gününüz mübarək!
Akademik İsa Həbibbəyli çağdaş Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsidir. Onun adı Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi  Azərbaycan ədəbiyyat tədqiqatçlarının varisi, müasir ədəbiyyatşünaslıq elmimizin peşəkar tədqiqatçısı kimi şərəfli yerlərdən birini tutur.                                    
İsa Həbibbəylinin yaradıcılıq yolu öz başlanğıcını həyatının ilk cağlarından almışdır. Şagird və tələbə ikən mətbuatda məqalə və şeirləri çap olunmuş, konfranslarda elmi çıxışlarına görə diplom almış, neçə-neçə alimin müsbət rəyini eşitmiş, institutda Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Demək istəyirirk ki, o uşaqlıq və gəncliyinin ilkin çağlarından ədəbi və elmi yaradıcılıq ab-havası ilə yaşamışdır.

İsa müəllim istər xalq içində, istər elmi ictimaiyyət nümayəndələri arasında nüfuz, hörmət qazanmış bir şəxsiyyətdir. Böyük hörmət bəslədiyim, özümə ustad saydığım, doktorluq müdafiəmdə birinci opponentim olmuş bu böyük insanın elmi məsləhətlərinə əməl etdikdə uğurlarımız daha da artır, o, yeni-yeni elmi əsərlər yaratmağımıza bizi ruhlandırır. Akademik İsa Həbibbəyli istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə tanınan, hər yerdə dərin hörmət və ehtiramla qarşılanan, özü də son dərəcə qayğıkeş, xoşxasiyyət, xeyirxah insan, vətənsevər, doğma Azərbaycanımıza, dövlətə, dövlətçiliyə, xalqımızın milli mentalitetinə varlığıyla  bağlı olan, dəyər verən görkəmli alimdir.
O, 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində tanınmış, Naxçıvan mahalında hörmət qazanmış Əkbər müəllimin ailəsində dünyaya göz açıb.
İsa Həbibbəyli Şərur rayonunun Oğlanqala kənd orta məktəbində oxuyarkən divar qəzetlərinə məqalə yazmaqla ilk addımlarını atıb. Çox keçmir ki, onun imzası respublika mətbuatında tez-tez görünür. 
İsa Həbibbəyli 1971-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə başa vurub doğma kəndinə dönür, müəllimlik edir. Ancaq onu narahat edən elm yüksəliş yolu idi. Odur ki, bu istək və arzu onu yenidən 1975-ci ildə NDU-ya, sevimli müəllimlərinin sırasına gətirir və taleyini, varlığını bu elmi məbədgaha bağlayır. 1980-ci ildə isə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda ixtisaslaşdırılmış şurada "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. 1982-ci ildə isə doktorluq dissertasiyası üçün gecəli-gündüzlü inadcıl axtarışlara başlayır. Bu elmi axtarışlar üçün İsa Həbibbəyli Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis, Odessa, Yasnaya Polyana, Qori, Ankara, Ərzurum, Təbriz kimi şəhərlərin arxiv və muzeylərində, kitabxanalarında, arxivşünaslıq fəaliyyətini davam etdirir. Uğurlu axtarışlar nəticəsində o, 1984-cü ildə C. Məmmədquluzadənin "Ər” pyesini, "Lənət” və "Oyunbazlar” adlı səhnəciklərini aşkara çıxarır. Bunlardan başqa, dünyanın müxtəlif ölkələrində yaşamış Mirzə Cəlil nəslinin yadigarları - Midhət, Teymur, İrena Cavanşirilər və Məhini axtaran tapan və tanıdan da İsa Həbibbəylidir...

Ardını oxumaq üçün tıkla: http://veteninfo.com/az/vuqar-ehmed-isa-hebibbeyli-ile-bali-meqale-yazdi/