AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi Nərgiz Arif qızı Kərimovanın Çinə elmi ezamiyyəti haqqında
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi, Çin Mədəniyyət Mərkəzinin koordinatoru, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin doktorantı Nərgiz Arif qızı Kərimova tədqiq etdiyi “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” adlı dissertasiya işi və Çin dilinin təkmilləşdirilməsi məqsədilə 12 fevral-26 iyul (6 ay müddətində) 2017-ci il tarixlərində Çin Xalq Respublikasının Anxoy vilayəti Xefey şəhərindəki Anxoy Universitetinin Beynəlxalq Təhsil Məktəbində “Müasir Çin dili” adlı təqaüd proqramını qazanmış və orada təhsil almağa dəvət almışdır. Nərgiz Kərimova ezamiyyət müddəti ərzində Çin dili üzrə səviyyə imtahanı olan HSK4 və HSKK imtahanlarını, habelə kursu bitirməsi haqqında imtahanları vermiş və sertifikatlar əldə etmişdir. Dissertasiya işi ilə bağlı materiallar toplamış, “Azərbaycan və Çin ədəbiyyatında kəpənək arxetipi” adlı məqaləsini Çin dilində Pekin Xarici Dillər Universitetinin Asiya və Afrika ölkələri elmi-tədqiqat junalına çap olunması üçün təqdim etmişdir.