Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Литературный перевод: практика и теория – 2024 – Расим Набиоглу

17-07-2025 [ 12:59 ] [ прочитано:6 ]
printerA+ | A-

Как и во всех формах общественного сознания, в сфере литературы и искусства, а также в её отрасли – литературном переводе, практика и теория постоянно находятся в процессе взаимодиалектического взаимодействия и связи. Произведения литературного перевода, опубликованные на азербайджанском языке в прошлом году, были очень богаты, охватывая классических и современных авторов; настолько богаты, что даже трудно включить авторов и переводчиков этих произведений в полный список.

Материалы литературного перевода 2024 года были опубликованы в основном в виде книг, а также в отдельных печатных изданиях, таких как литературно-художественный журнал «Азербайджан», «Дунья эдебитайы», журналы «Улдуз», «Эдебият газети» и так далее. Хотя русский язык в основном является предпочтительным языком при переводах, переводы непосредственно с оригинала – английского, немецкого, французского, польского и т. д. – также осуществлялись на наш родной язык; Работа профессиональных переводчиков, экспертов по переводу и редакторов может быть оценена удовлетворительно.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində (müdiri fil.e. dok. Rəhim Əliyev) “Min ilin alman şeiri” anto­lo­giyası(Bakı: “Optimist” MMC, 2024, 324 s.) – tərcümə kitabı hazırlanıb nəşr edilmişdir. Nəşrə hazırlayan: Z.Zeynalova və F.Süleymanoğlu; rəyçilər: E.Fuad və M.Mehdibəyova.Antologiyaya Almaniyada mühacir həyatı yaşayan tanınmış cənublu şair, yazar və tərcüməçi Ə.Səlaminin alman klassik və çağdaş poeziya­sın­dan ana dilimizə orijinaldan tərcümə etdiyi əsərlər daxil edil­miş­dir. Əksəriyyəti Azərbaycan dilinə ilk dəfə çevrilən bu əsərlər oxuculara alman poeziyası ilə dolğun şəkildə tanış olmaq imkanı verir.

Fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, dramaturq və esseistF.Mustafanın “Poetik tərcümələr” kitabı (Bədii tərtibatçı: A.Mustafayev. Redaktor: H.Hüseynova. “Renessans – A” nəşriyyat evi, 2024, 236 s.) nəşr olunmuşdur. Kitabda Rusiya, Belarus, Qırğızıstan, Norveç, Çexiya, Çili, Vyetnam, Rumıniya, Çin, İran, Almaniya, ABŞ və s. ölkələrdən olan 20-ə qədər millət və xalqın nümayəndələri təmsil edilmişdir. Rus dilində yazıb-yaradan soydaş­larımızın şeirləri “Azərbaycan poetik radiusu” başlığı altında təqdim olunmuşdur. Kitabın “Poetik diktatura” bölməsinə K.Marks, F.En­gels, İ.Stalin, B.Mussolini, A.Hitler və başqa bu kimi vaxtilə siyasi xadim, partiya rəhbərivə dövlət başçıları olmuş insanların qələmindən çıxan yazı-pozuları daxildir. Mütərcim öz bədii istedadına və şairlik təbinə arxalanmaqla gərgin axtarışlar sayəsində əldə etdiyi əsasən fəlsəfi-lirik məzmunlunümunələri ədəbi-bədii qayda-qanunları gözləyərək rus dilindən heca vəzni(ölçü, təqti, qafiyə...) və sərbəst şeir  tələblərinəmüvafiq şəkildə ana dilimizə çevirmiş, bəzilərini isə sətri tərcümə ilə vermişdir. O, araşdırmalar apararaq bir çox müəlliflərlə əlaqədar bioqrafik məlumatlar əldə etmiş, bir sıra şeirlərin mətnləri ilə bağlı şərh və izahlaryazmışdır. Lakin, fikrimizcə,kitabda bəzi çatışmazlıqlar, mətbəə və orfo­qrafik xətalar mövcuddur. Məsələn, S.Yeseninin məşhur “İran nəğmələri” silsiləsindən olan məlum şeirin tərcüməsində lirik qəhrəmansevimli xanımın obrazına həm “Şəhanə”, həm də “Şahanə”kimi xitab edir. Sonra, bəzi müəl­liflərin qısaca da olsa, tərcümeyi-halı yoxdur, bir qisminin isə heç təvəllüd tarixi belə göstərilməmişdir. P.Nerudanın  “Kəndli əllər” şeirinin sərlövhəsində “n”  əvəzinə “h” hərfi get­mişdir. Özbək şairinin şeiri “Güz” arxaizmi ilə verilmişdir, halbuki, ana dilimizdə müasir “payız” sözü mövcuddur. Eyni zamanda geniş oxucu kütləsi üçün bütövlükdə bu tərcümə kitabının əksər hissəsi, o cümlədən  dəonun sonuncu bölməsimüəyyən qədər maraq doğursa da, əslində bəzi hallarda mütərcimin zəhmətinə heyfimiz gəlir, çünki onun özünün də “Poetik diktatura”yayazdığı Ön söz qeyd­lə­rindəgöstərdiyi kimi, buradakı müəlliflərin ilk gənclik dövründə qələmə aldıqlarıdırnaqarası “poetik yaradıcılıq” (s.185) nümunələrinin bir çoxuxeyli dərəcədə ədəbi-bədii məziyyətlərdən məhrum­dur və artıq tarixin arxivinə gömül­müşdür.

Keçən il Qazaxıstanın xalq şairi, Türk Dünyası Yazarlar Birliyinin sədri U.Esdauletin “Dağların və çöllərin nəğmələri” kitabı (E.Zal və İ.İlyaslı birbaşa orijinaldan tərcümə); Qırğızıstanın xalq yazıçısı S.Rayevin “Dəlixana” romanı (“Xan”, 2024, tərcüməçi: A.Oğuz, redaktorları: Y.Oğuz və C.Qədir); U.Ekonun “Qızılgülün adı” fəlsəfi-detektiv romanı (“Qanun”, 2024, 688 s., tərcüməçi: S.Bulut.); E.L.Voyniçintəkrar olaraq “Ovod” əsəri (“Qanun”, 2024, 424 s., tərcümə edən: B.Musayev) və s. kitablar da nəşr edilmişdir.

2024-cü ildə Azərbaycan-Polşa Elmi-Mədəni Cəmiyyətinin sədri,prof.G.Abdullabəyli polyak dilindən tərcümələri ilə oxucularımıza dəyərli kitablar bəxş etmişdir:1) M.Ə.Rəsulzadə“Azərbaycan müstəqillik uğrunda mübarizədə”(“Elm”);kitab ilk dəfə 1938-ci ildə Varşavada çap olunub.Mütərcim kitaba Ön sözyazmışdır. Bu tərcümə əvvəlcə “Azərbaycan” jurnalında çap edilmişdir (№ 1);2) Stanislava Plyaskovitska-Rımkeviç“Məhəmməd Süleyman oğlu Füzuli” (“Elm”). Polyak dilində 1973-cü ildə yazılmışkitabda Füzulinin dövrü, mühiti, ədəbi şəxsiy­yəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur. Mətnin elmi redaktoru, “Füzuli polyak türkologiyasında” giriş sözünün müəllifi Gülər xanımdır.

Keçən il A.Cəmilin rus, belarus, bolqar, qırğız, ərəb, ingilis, həmçinin rusdilli Azərbaycan şairlərinin poeziya nümunələrindən ibarət “Könüldən-könülə” tərcümə kitabıçap olunmuşdur. S.Hüseynlinin “Tərcümə təcrübələri” (“Zər­dabi MMC”, redaktoru: S.Ağabalayeva) adlı kitabı isə ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edir; 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var. Kitab haqqında S.Mürvətqızı “Tərcümə təcrübələri” ədəbi-mədəni ötəsinə körpü” adlı əhatəli resen­ziya yazmışdır (“Ədəbiyyat qezeti”, 20 dekabr 2024, s. 26-27).

“Dünya ədəbiyyatı” dərgisinin (baş redaktor: S.Hüseynli) 2024-cü il nəşri çeçen xalqının ədəbiyyatına həsr edilmişdir. “Mündəricat” aşağıdakı hissələrdən ibarətdir: K.Abdulla “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı”; S.Babullaoğlu“Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq...”; M.İbrahimov “Çeçen Respub­lika­sı: tarix və çağdaş dövr” (tərcüməçi: S.Hüseynli); Proza (yəni “nəsr”, ingiliscə: “prose”);  – tərcüməyə səriştəli mütə­xəssislər cəlb edilmişdir. Poeziya(S.Babullaoğlu); – çeçen poeziyasının 41 müəllifin­dən tərcümələr edilmişdir.Elmi baxış – Z.Çukuyeva “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” (Ş.Şəfa); Müəlliflər (haqqında məlumat). Ümumiyyətlə, buradakıtərcümə əsərləriyüksək ideya-bədii məziyyətləri ilə oxucunu razı salır. Hər bir əsər üçün burada zəruri hesab edilən məqamlarda lüğət, izah və şərhlər verilir. Bununla belə, əsərlər rus dilindəntərcümə edildiyinə, habelə materiallar bəzən redaktor və korrektor nəzərindən yayındığına görə mütərcimdən və ya mətbəədən irəli gələn bir sıra anlaşılmazlıq və səhvlər də özünü göstərir.Məsələn, elə aşağıdakı sitatda iki texniki səhv özünü göstərir: “...Məryəm İsayevanın, Məhəmməd-Salah Qada­ye­vin, Xasməhəmməd Ədilovun[1], Vahid İtayevin, Ruslan Yusifovun, Şərif Suruyevin, Sulim Məhəm­mədovun, Lyuba Arsaliyevanın poetik nümunələrində, Səidbəy Arsanovun, Xalid Oşayevin, Səid Baduyevin[2], Məhəmməd Mamakayevin, Musa Mutayevin və təqdim olunan onlarla başqa müəllifin nəsr əsərlərində çeçen xalqının milli-mənəvi keyfiyyətləri aşkar görünür” (s. 5). Rus dilindən fərqli olaraq bizim ana dilimizdə “c” səsi və hərfi olduğuna görə, gürcü dilinə məxsus “Qamar­djoba” sözünü “dj” hərf birləşməsi ilə deyil (s. 25), sadəcə dilimizdəki “c” hərfi ilə vermək lazımdır. Və ya: “Kim qaçıb papağını məsci­din mimarına qoya bilər?” sual cümlə­sindəki “mimar” sözünə ətək yazısında belə izahat verilir: “Məscidin içəri­sində qibləni göstərən taxça”(s.39).Məlum məsə­lədir ki, burada söhbət hər bir məscidin içərisində olan mehrabdan gedir.“Qaluşka” sözünə qısa – “Xəmirdən hazırlanan yemək” (s.78) və çox uzun olmaqla (s.120) iki dəfə izahat verilmişdir. Yaxud “Mövlidiyə danışarıq”, “get, Mövlidini çağır buraya...” (s.129) cümlələrində çox ehtimal ki, “Mövlud” xüsusi ismi nəzərdə tutulmuşdur. “Qamar”  (s.178) nə demək­dir, bəlkə bu, “Qəmər”dir?! Tərcümələrdə ehtiyac olmadan çox vaxt ana dilimizdə qarşılığı tapıla bilən müxtəlif əcnəbi sözlər, varvarizmlər işlədilir:turistik, stabil, resurs, hospital, skamya, pedal, kanistr...  Fikrimizcə, dərginin belə genişhəcmli xüsusi buraxı­lışlarına sonda vahid bir tarixi, mədəni-etnik reali və terminlərdən ibarət lüğət əlavə edi­lər­sə, oxucu üçün daha münasib olar.Bu növ xüsusi  tərcümənin müvafiq redaktorunun da olması, yəniindiki halda çeçen dilini bilən şəxsin əlindən keçməsi zəruridir.

2024-cü ildə “Azərbaycan” ədəbi-bədii jurnalı (baş redaktor: İ.Qasımzadə) xeyli tərcümə əsərləri çap etmişdir. İlk növbədə, birbaşa orijinaldan tərcümələri qeyd etmək lazımdır. Bu baxımdan tanınmış mütərcim və yazıçı K.Nəzirlinin dünyaşöh­rətli yazıçı M.Pyuzo qələminə məxsus “Xaç atası”romanının tərcüməsini (№ 1, № 2, № 3-4, № 5) vurğulamalıyıq.Onunəsərdəki leksik-sintaktik-üslubiçətinliklərin, mürəkkəb söz və birləşmələrin adekvat tərcüməsinə nail olması, ümumiy­yətlə bizim tərcümə sənətimizin nailiyyəti hesab edilə bilər. Burada oxucu bir çox izah və şərh­lərlə rastlaşır ki, bu da onun əsəri rahatlıqla başa düş­mə­sinə kömək edir. Eyni zamandabəzi qeyd və iradlarımız da var: “biyar-biyar zarafat edirdi” (s.202), (içki adı olan)“martini” (s.205), (tarixi döyüş)“Perl Harbor” (s.207), “vəngilti”? (s.220) və s. bu kimi az işlənən, habeləməhəlli söz və spesifik ifadələrin də izaha ehtiyacı vardır. Qərb yazıçı­sının mentalitetindən irəli gələn açıq-saçıq fikir və deyimləri olduğu kimi Azərbaycan oxucusuna təqdim etmək də düzgün deyildir:“Bu gözəlçə fahişədir, kimə gəldi...” (s.198), “Hələ də gəlinin rəfiqəsini...” (s.221) və s. tipli cümlələr bizim ədəbi dilimizin bədii üslubu üçün qəbuledilməzdir. Mütərcim efvemizmlərdən də istifadə edə bilərdi. K.Nəzirli, həmçinin ingilis dilindən Mark Tvenin 1905-ci ildə yazdığı “Çarın monoloqu” essesinin uğurlu tərcüməsi ilə də çıxış etmişdir(“Azərbaycan”, № 11, s.74-79).Tanınmış alim və mütərcim V.Quliyev Krım-tatar yazıçısı Ç.Dağçının qələminə məxsus “Qorxunc illər” romanını türkcədən ana dilimizə uyğunlaşdırmışdır (№ 2, № 3-4, № 5). Vilayət müəllim romandan əvvəl “Çengiz Dağçı fenomeni” adlı bir Ön söz də yazmış (s.32-37), bir sıra sətiraltı izah və şərhlər də vermişdir. Azərbaycan oxucu­sunun mütaliəsini zənginləşdirən bu əsər ədəbi hadisə hesab edilə bilər,lakinburada davarvarizm və arxaizmlərə, dialekt sözlərə rast gəlirik: qaramsar,odeyal, əski, lehistanlı, politruk, aşbaz (“aşpaz” ol­ma­lıdır)... Jurnalın keçənilki səviyyəli tərcümələri sırasında aşa­ğıdakıları da qeyd etmə­li­yik: Dağıstanın Xalq şairi M.Əhmədovun rus dilindən çevrilmiş (Məmməd Oruc) səkkiz şeiri oxunaqlıdır (№ 2); M.Ş.Vazehin şeirləri (alman dilindən sətri tərcümə əsasında tərcümə edən A.Yaşar, №3-4); M.Həzrətqulu “Göygöl” (özbək dilindən tərcümə edən: Şahista Kamranlı, №3-4); Bəsti Əlibəyli “Müasir Türkiyə şeirinin əfsanəsi Əbdürrəhim Qaraqoç”–9 şeir (№3-4);S.Kolmanovski “Həsənbala” (A.Yaşar, № 5),K.Abe “Dəyənəyə çevrilən kişi” (A.Yaşar, № 10), E.Radzinski “Koba” (A.Yaşar, № 10), M.Bulqakov “Kəmağıl Jurden” (H.Piriyev, № 10). Jur­nal­da gedən ədəbi-elmi məqalələr, bilavasitə tərcü­mə­şünaslığa aid material­lar da diqqə­tə­layiqdir. Jurnalın 12-ci sayında çap edilmiş – İ.Həmidov “Füzuli yaradıcılığı ərəb alimi Hüseyn Mucib əl-Misrinin tədqiqatında”; Ş.Əlibəyli “Məhəmməd Füzulinin “Yeddi cam” əsərinin tərcüməsi Böyükağa Qasımzadə qələ­mində”; A.Mirzəyev “Məhəm­məd Füzulinin “Hədiqətüs-süəda” əsəri şəhidlik abi­dəsi kimi”; L.Əliyeva “Füzuli ədəbi irsi Qərb şərqşünaslarının elmi-nəzəri fikrində” adlı məqalələr ədəbiy­yat­şü­naslarımızın milli tərcümə nəzəriyyəsinə töhfələri hesab edilə bilər.

“Ulduz” dərgisində (baş redaktor: Q.Ağsəs) çap edilmiş aşağıdakı materiallar (yanvar) tərcü­mə­şü­naslığımızı zənginləşdirir: İ.Abbasov “İngilis ədəbiyyatının amerikalı nümayən­dəsi” (s.8-12), “T.Eliotun aforizmlərindən seçmələr” (s.13), N.İsmayılova “Bir qış gecəsi əgər bir yolçu” və postmodernizm” (s.29-36), M.Os­manoğlu “Əsərmi, mətnmi?” Rolan Bart “Əsər­dən mətnə” (s.73-79). Tanınmış tənqidçi, nəzəriyyəçivə mütərcim C.Yusiflinin orijinaldan tərcümə etdiyi və Ön söz də yazdığı “Eqzüperinin duası” materialı (fevral-mart, s. 7-8) “Balaca şahzadə” müəllifi haq­qında məlumat və təsəv­vürü­müzü genişlən­di­rir. Dərginin həmin sayında ingilisdilli ədəbiyyat üzrə görkəmli alim və mütərcim Ş.Xəlillinin yüksəksəviyyəli tərcüməsi – “Britaniya və Amerika uşaq şeirindən seç­mələr” çap edilmişdir (s. 55-59).

“Ədəbiyyat qəzeti” (baş redaktor: A.Turan) keçən il bədii tərcümələrə və tərcümə nəzəriyyəsinə geniş yer vermişdir. L.Aşkenazinin “Qara mücrü” kitabından 6 şeir (H.Piriyev), X.Şahaninin əsəri (A.Yaşar), prof. T.Quliyevin “Zəhirəddin Məhəmməd Babur” məqaləsi, Dövlətgərəy Kapulunun iki şeiri (İ.İlyaslı), “Pol Osterin stolüstü kitabları” (N.Hacılı) və Q.Markesə aid “İşıq da elə su kimidir” (A.Yaşar) material­ları qəzetin müvafiq olaraq yanvar və 8 mart tarix­lərin­dəki say­la­rında çap edilmişdir.“Ədəbiyyat qəzeti”nin eyni bir sayında (27 aprel) fransız ədibi P.Lopənin “Üç (adsız) şeiri”ni C.Yusifli (s.42), E.Hemin­que­yin “Hindu qəsəbəsi” hekayəsini isə ingilis dilindən tanınmış qələm sahibi, prof. A.Abbasov (s. 43) uğurla tərcümə etmişlər. Qəzetin 7 sentyabr sayında A.Moravianın “Körpə” (M.N.Qa­ra­yev) və  A.H.əs-Sədrin (Bintül-hüda) “Kaşki biləydim!” (ərəb dilindən İ.İsmayıl­za­də) hekayələri çap olunmuşdur. Xalq yazı­çı­sı Elçin “Qələm və maskalar” (“Qaldoni haqqında bir neçə söz”) məqaləsini və dramaturqun “Kələkbaz dul qadın” əsərinin tərcüməsindən bir hissəni (ikinci pərdə, iyirminci gəliş, 27 dekabr, s.5-6) təqdim edir: “...mən Qaldoninin pyeslərini yenidən varaqladım, hətta xoşuma gələn komediyalarından birini...rus dilindən tərcümə etməyə başladım”. Eyni bir cüm­lə­nin iki müxtəlif tərcüməsini verən Elçin müəllimingənc mütərcimlər üçün örnək olacaqbelə bir fikrinə diqqət yetirək:“Yəqin bu cür də tərcümə etmək olar”.Bu­nun­la da, o, nəzəri şəkildə həmişə alternativ tərcümə variantının da mümkün­lü­yünü ifadə edir.

Beləliklə, tam əhatə edə bilməsək də, icmal şəklində nəzərdən keçirdiyimiz2024-cü ilin bədii tərcümələrinə və bu sahədə qələmə alınmış elmi-nəzəri məqa­lə­lərə əsasən inamla deyə bilərik ki, milli-bədii tərcümə praktikası və nəzəriyyəsinin davamlı inkişafı üçün yeni imkanlar açılmış, dünya ədəbiyyatında miqyasına görə geniş spektri əhatə edən  bir çox görkəmli simaların, istedadlı ədiblərin mövzu və məzmunca rəngarəng, dəyərli əsərləri Azərbaycan oxucusunun mütaliə dairəsinə daxil olmuşdur.

Другие новости