Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Поздравление президента Национальной академии наук Азербайджана, академика Исы Габиббейли коллективу академии по случаю Дня науки

27-03-2025 [ 11:35 ] [ прочитано:22 ]
printerA+ | A-
105322

Hörmətli Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları,

Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.

Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümumbəşəri və milli sərvətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında imzaladığı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncam rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir.

Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

İsa HƏBİBBƏYLİ                                    

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

27 mart 2025-ci il

Другие новости