Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Присутствие Анара в «Теории пропорции» (Народный писатель Анар-87) - Закира Алиева

14-03-2025 [ 14:06 ] [ прочитано:12 ]
printerA+ | A-
105296

(Anarın eyniadlı hekayəsi əsasında)

Nisbilik nəzəriyyəsi fiziki termin olsa da onun özündə əks etdirdiyi mahiyyət  ədəbi düşüncədən də yan keçməməmiş, çoxlu sayda bədii söz sənəti nümunələrində ən müxtəlif  səpkilərdə öz əksini tapmışdır.  Bu qəbildən növbəti maraqlı bir əsər də tanınmış polyak yazıçısı Yanuş Leon Vişnevskinin (o həmdə kimya elmləri doktorudur) 2009-cu ildə “İntimnaya teoriya otnositelnosti” (“Nisbiliyin intim nəzəriyyəsi”) həqiqətin nisbiliyi haqqında hekayələr toplusu olmuşdu.  Müəllif 224 səhifəlik bu hekayələr toplusunda cəmiyyətin ən müxtəlif təbəqələri arasında, ən müxtəlif hadisələr fonunda insanları digərlərini günahlan­dırmadan başa düşməyə, anlamağa çağırırdı. Amma Y.Vişnevskidən  düz qırx il öncə 1958-ci ildə 20 yaşlı gənc yazar, hazırda Xalq yazıçımız Anar da hekayələrinin birinə məşhur  Eynşteynin  kəşf etdiyi fiziki nəzəriyyənin adını - “Nisbət nəzəriyyəsi” adını qoymuşdu və cəmiyyətin ən müxtəlif təbəqələri arasın­da, ən müxtəlif hadisələr fonunda insanları digərlərini günahlandırmadan başa düş­mək, analamaq dərdini bir hekayəyə sığdıra bilmişdi.

Nisbilik nəzəriyyəsi XX əsrin ən məşhur fiziki Albert Eynşteyn tərəfindən irəli sürülmüş zaman və məkan haqqında fiziki nəzəriyyədir. Albert Eynşteyn 1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə, bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülüb. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir. Zamanın və məkanın nisbiliyi Eynşteynin nisbilik nəzəriyyəsi ilə sübut edilmiş və bu həqiqət müasir fizikanın təməlini qoymuşdur.. Bu nəzəriyyəyə əsasən zaman və məkan bir hissdir. Başqa sözlə, nəzəriyyə mütləq zamanın mövcud olmadığını irəli sürdü. Zaman və məkanı qavramağın məkandan və hərəkətdən asılı olduğu təsbit edildi. Buna rəğmən, bir cismin sürətindən və mövqeyindən (cazibə mərkəzindən olan uzaqlığından) asılı olaraq zaman sürətli və ya yavaş keçməkdədir. Bir cisim sürətləndikcə (cazibə mərkəzinə olan məsafəsində) o cismin üzərində zaman yavaşıyır. Yəni sürət artdıqca zaman qısalır, daralır, daha ağır və yavaş irəliləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır. 

Nisbilik nəzəriyyəsinin sürət və hərəkətdən asılı olaraq kosmosda fərqli zaman dilimlərinin yarandığını ortaya çıxarması  həm Eynşteynin, həm də məşhur fizik Stiven Hokinqin (Stephen Hawking) nümunələrində öz əksini tapmışdır. Təcrübələr hündürdə yaşayan əkiz qardaşlardan birinin dəniz səviyyəsində yaşayandan daha tez yaşlanacağını göstərmiş oldu (Stephen Hawking, Zamanın Kısa Tarihi, səh. 54)

 “Nisbilik nəzəriyyəsi “mütləq zaman” anlayışını lüğətdən sildi. “Mütləq zaman” və “mütləq həqiqət” – bu iki məfhum arasındakı məntiqi körpünün bədii-fəlsəfi mahiyyətinə  “anlamaq”  dərdinin içindən yanaşan  Anarın yazdığı hekayənin yazıldığı tarixdən – yarım əsirdən artıq bir dövr keçmişdir. Elmi biliklərin qarşılıqlı inteqrasiya prosesləri bu gün süni intelektin həyatımıza qarışdığı bir dövrdə artıq heç kimi təəccübləndirəcək bir məsələ deyil. Amma “nisbət nəzəriyyəsi”ni bədii dillə həqiqətin nisbi nəzəriyyəsi kimi təsvir edərək, adi həyat hadisələri fonunda oxucunu bu fakt ətrafında düşündürməsi  də buna maraqlı bir nümunə sayıla bilər.

Anar yaradıcılığının türkiyəli tədqiqatçısı Ayşe Atay da “Anar. Hayatı, sanatı ve hekayeleri“ (İzmir, 2006, 240 c.) monoqrafiyasında «Keçən ilin son gecəsi», «Taksi və vaxt», «Asqılıqda işləyən qadının söhbəti», «Sabah biz ayıq olacağıq», «İztirabın vicdanı», «Ya­ğış kəsdi» və s. hekayələrin haqda məlumat verərkən Anarın «Nisbət nəzəriyyəsi» hekayəsini diqqət mərkəzinə çəkirdi. Hekayələrin məzmun qayəsi, personajları ilə əlaqədar Azərbaycan ədəbi tənqidində səslənən fikirləri də təqdim edən müəllif yazarın uğurlu təhkiyə dilindən məntiqli süjet xəttindən bəhs edir: «Yazar kelime seçiminde ve cümle diziminde konuşanların hislerini yansıtacak dikkate ve ustalıkta davran­mıştır». Ayşe Atay məntiqi “ayrıntılar vasitesiyla kurğulanmış bir olay»lar silsiləsi yaratmasını xüsusi vurğulayır.

Hekayə elə ilk sətirlərindən göründüyü kimi  müəllif “haqq”, “həqiqət” axtarışındadır:

“... Çünki səs-küysüz uşaq oyununun ləzzəti yoxdur. .... Amma Hikmət  uşaqlara acıqlanmırdı. Onların   səs-küy qaldırmağa haqları vardı. Axı oynayırdılar.  Hikmət səssizlik tələb etsəydi haqsız olardı. Uşaqlar sussaydı, Hikmət haqsız olardı”. 

Uşaqların oynamaq səs-küy salmaq haqqı Hikmətin  çətinliklə oxuduğu məqaləni qavraması üçün tələb olunan səssizliyə nail olmaq haqqı arasında “nisbilik tərəzisi”nin gözü haqlar bərabərliyinə enir.

Daha sonra hekayədə bir yazıçının romanı haqqında üç münasibət ortaya qoyulur və hər üçünün haqlı olması əsaslandırılır:

“dürlü dəlillərlə” romanın gözəlliyini  isbat edən, ona “tərifnamə” yazan  tənqidçi müəllifin münasibəti; 
“Qəhrəmanın intiharı artıqdır, lazımsızdır, inandırıcı deyil. Çünki onun fikirləriylə, dünyagörüşüylə, anlyışlarıyla uyuşmur”, “insan əlaqə­lərində etinasızlıq, keçəri duyğuların pərakəndəliyi, pəjmürdə hisslər, bir tərəfdən də qısqanclıq faciəsi. Əsər natamam, ziddiyyətli, qondarma idi”... – deyən  Hikmətin münasibəti;
“Romandakı natamamlıq, ziddiyyətin əsərin ruhundan doğmasını“, “Hisslərində, əlaqələrində sərbəst olan  bir insanın  qəflətən qısqanclıq mərəzinə tutula biləcəyi və bunun da faciəyə çevrilə biləcəyini” söyləyərək  romanı bəyənən Nəimənin münasibəti.

Hekayənin baş personajı Hikmət özünü də, o müəllifi də, Nəiməni də öz fikirlərində haqlı hesab edir.

Hekayədə Ceyhunla Rənanın oyuncaq mübahisəsi də maraqlıdır:

Ceyhun: “Ata, Rənanı görürsənmi, gəlinciyi mənə vermir. Mən topu ona verdim, o, gəlinciyi mənə vermir...”

Hikmət düşünür ki,  Ceyhun düz deyirdi.

Rəna: “Top onsuz da mənimdir. Anam bağışlayıb. Mən Ceyhuna tüfəngi verirəm, çünki o oğlandır. Gəlinciyi isə qız oynadar..”

Hikmət düşünür ki, Rəna da haqlıdır...

Uşaqlar:  “Sən də bizimlə oyna. Qonşu uşaqların ataları həmişə onlarla oynayır”

Hikmət düşünürki, uşaqlar da haqlıdır.

Amma onun vaxtı yoxdur, məşğuldur. Deməli o da haqlıdır. 

Hikmət evinə gələn bacısı Zəhrayla danışmağa həvəsi olmasa da onu qardaşına biganə qalmamaqda haqlı sayırdısa, onun danışıqlarına nifrət etməkdə də özünü haqlı sayırdı.

Zəhra gedəndən sonra  qəzetləri  vərəqləyən Hikmət iki dövlətin bir-birinə  qarşılıqlı ittihamlarla, əks şeyləri isbatlayan dəlillərlə dolu məktublarını oxuyur və düşünür ki, “hər ikisi haqlıdır”.

Evə dönən ananı qarşılayan uşaqlar sevincində, yorğunluqdan onların üzünə baxmayan ana etinasızlığında haqlı idilər...

Hikmət, elmi rəhbəri Ələsgərovun yanında olduğunu deyən Nəiməni haqlı sayır, onu Ələsgərova qısqanan özünü də haqlı sayır.

“Amma subay bir kişiylə gənc, gözəl bir qadını daima bir yerdə görən dedi-qoduçular da onların yalnız elmi məsələlər həll etmələrini şübhə altına alanlar da haqlı idilər. Onlar Zəhraya tənə vuranda, Zəhra qardaşını danlayanda, Hikmət bu işləri ürəyinə salanda, Nəimə tənbehlərdən, şübhələrdən, dedi-qodulardan cana gələndə haqlı idilər.  Bəlkə Ələsgərov Nəiməni ürəkdən sevirdi. Onda, o da haqlı idi...”

Hikmət kimsənin haqqını tapdalamır, inkar etmir, əksinə  nə qədər canı sıxılsada bunu qəbul edir, razılaşır: “Hikmət bilirdi: bu dünyada haqsız yoxdur. Hərə bir səbəbdən, hərə bir cürə haqlıdır.” Dilənçini qovan milis də,  qazanc üçün bu küçəni seçən dilənçi də haqlıdır...”

Nisbilik nəzəriyyəsinə görə, “zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur.” Haqq da mütləq deyil, nisbidir.

Fizika elmi  bir daha göstərir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız ancaq qəbuletmə qabiliyyətimizə əsaslanır. Bu fizika nəzəriyyəsini zehni təfəkkürə, ədəbi düşüncəyə köçürsək, o zaman haqqın da, həqiqətin də ən müxtəlif  insan fikirlərinə, yanaşma tərzlərinə, məntiqlərə görə nisbi olduğu meydana çıxar. Bu gün xalq yazıçımızın yaradıcılığına münasibətlərin də öz “nisbi nəzəriyyəsi” mövcuddur.

Nisbilik nəzəriyyəsinə görə bir cismin sürətləndikcə (cazibə mərkəzinə olan məsafəsində) o cismin üzərində zamanın yavaşıması faktı təsbit edilmişdir. Yəni sürət artdıqca zaman qısalır, daralır, daha ağır və yavaş irəliləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.  Aramızda olan insanların həyatında baş verən real hadisələrə münasibətlər müxtəlifdir, hər kəsin öz sevinci, kədəri, problemi, ağrısı-acısı, həqiqəti var.  Bütün bu hadisələrə bir nöqteyi-nəzərdən baxmaq mümkün deyil. Hər kəsin həqiqəti özü üçün mütləqdir. Amma cəmiyyətdə, topluda həqiqətə münasibət, haqlı olmaq baxımından nisbidir. Hikməti bəlkə də hər kəsin haqqına biganə qalmaması faciəyə yaxınlaşdırır. Onun baxışlarında haqqın “nisbilik nəzəriyyəsi” tarazlaşır  və tarazlaşdıqca “dayanma” nöqtəsinə enir.

Anarın  hekayəsində bu "dayanma" nöqtəsi nə yaxınlaşan Hikmət özünü assa da, münasibətlərin nisbiliyini doğuran məntiqi proses bitmir:  

“Gecə Hikmət özünü asdı... Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yüksək mövqe. Sağlamlıq, Şöhrət. Pul. Onlar haqlı idilər. Amma Hikmət də haqlı idi...”

Kiçik bir hekayə bir insan həyatının, bir ailə taleyinin, ən müxtəlif çalarlarda ortaya çıxan  cəmiyyət hadisələrinin  geniş anlamda qavranılmasını təmin edir və nəticədə oxucu “hər kəs haqlıdır” hökmü qarşısında mütləq həqiqət axtarışına çıxmır. Çünki həqiqət nisbidir.

Eynşteynin nəzəriyyəsi  zamanın hiss ( və ya anlayış) olduğu həqiqətini də üzə çıxarmışdır.  Bu həqiqətin, əsrlər öncə Quranda xəbər verilmiş bir məlumat olması fikirləri də mövcuddur.

 “Zaman hissi əslində bir anı başqa bir anla müqayisə etmə üsuludur... İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman hissini əldə edir. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq”. Hikmətin öz ölümünə haqlı olması da iştirak etdiyi hadisələrin məntiqi nəticəsi kimi yekunlaşır. Yəni, Hikmətin “haqq vermə” düşüncələri də onun yaddaşında hifz etdiyi məlumatlara əsasən verdiyi  hökmlərə əsaslanır.  Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısı ilə, nisbət nəzəriyyəsi baxımından zaman da meydana gəlməz. Hikmətin hekayədəki müqayisəli vəziyyətlərdə hər kəsə “o da haqlıdır” deyə düşünməsinin səbəbi, onun yaddaşında var olan hadisələrə real, anlamlı  yanaşmasından irəli gəlir. Bəs o zaman Hikmətin  özünə ölüm fərmanı verməsinin səbəbi nədir? “Nisbət nəzəriyyəsi”nin doğurduğu “haqlı olmaq” ehtimallarının sonsuzluğu və bu ehtimalları qəbul edən insanın həyatının cansıxıcı olmasımı? Axı cəmiyyətdə mübahisələri, münaqişələri, müharibələri, narazılıqları, razılıqları və s. yaradan haqqa, həqiqətə münasibətlıərin  nisbiliyidir.  Elə bu “nisbət nəzəriyyəsi”nə görə bu nisbilikdə hər tərəfli münasibətləri qəbul edən, hər kəsin haqqını tapdalamayan (düşüncəsində razılaşsa da) Hikmət ölümə məhkumdur. Amma onun ölümü də yeni bir nisbi münasibətlər silsiləsi doğurur.  

    Nisbilik nəzəriyyəsi  bizi əhatə edən  dünyanın, materiya, hərəkət və zaman  anlayışlarını özündə ehtiva edərək irəliyə doğru atılmış nəhəng bir addım oldu. Eyni zamanda əsrlər boyu həllini tapmayan məsələrinin həllinə, həqiqətin, ədalətin müəyyənləşməsinə  doğru insan idrakının daha dərin qatlarına  yol açmış oldu və həmin “nisbilik nəzəriyyəsi”  bədii idraka da təsirsiz qalmadı.
Xalq yazıçısı Anarın əsərləri bu gün də qələmə aldığı yaradıcılıq nümunələri daxil olmaqla həqiqətin nisbi nəzriyyəsinə  baxış müstəvisində müzakirə obyektinə çevrilməkdədir.
Bədii idrakın bu estafetini bugün ömrünün 87-ci ilinə qədəm qoymaqla  yaşadan Xalq yazıçımız Anara yeni yaradıclıq uğurları və gümrahlıq arzu edirik.
 
İstifadə olunmuş ədəbiyyat:
 

Anar. Nisbilik nəzəriyyəsi // Seçilmiş əsərləri. – 1-ci cild.
Ayşe Atay da “Anar. Hayatı, sanatı ve hekayeleri“. İzmir, 2006, 240 c.
Горинов Д.А. Философские аспекты теории относительности Эйнютейна.Автореферат кандидатской диссертации. – Перм, 1998
Quranda nisbilik nəzəriyyəsi - http://legend.az/4538-quranda-nisbilik-nezriyyesi.html
Zamanın nisbiliyi sübut edildi - http://adnanoktar.az/az/Məqalələr/21531/zamanin-nisbiliyi-bir-daha-subut
Nisbilik nəzəriyyəsi - http://zeka.az/1062-yuxard-mjrtjbjljrdj-yaeayan-sakinljr-daha-sgrjtlj-qocaldrlar.html; http://az.wikipedia.org/wiki/Nisbilik_nəzəriyyəsi
Теория относительности https://ru.wikipedia.org/wiki/Те

Другие новости