Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Ушел из жизни профессор Низамеддин Шамсизаде

26-02-2025 [ 11:26 ] [ прочитано:46 ]
printerA+ | A-
105220

Fologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. 

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib.

 2007-2012-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri vəzifəsində işləyib.  2013-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin "Ədəbiyyat və dillər"kafedrasının professoru idi. 

Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

"Ədəbi proses-78" (1980 şərikli) "Ədəbi mübahisələr" (1986), "Azərbaycan ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı" (1997), "Türk təfəkkürü məcrasında" (1998), "Hıçqıran gülüşlər" (2002), "Əli Nazim" (2003), "Rejissor taleyi" (2004), "Tənqidin ədəbi prosesdə rolu" (2004), "Böyük nəslin davamçısı" (2005), "Azərbaycançılıq" (2006), "Ədəbi proses və ədəbi nəsil" (2008 şərikli) "Yazıçı ömrünə uvertüra" (2010), monoqrafıyalarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. "Seçilmiş əsərləri" üç cilddə: I cild 2008-ci ildə, II cild 2010-cu ildə, III cild 2011-ci və "Nizaməddin Şəmsizadə: Biblioqrafıya" 2014-cü ildə "Elm" nəşriyyatında çap olunub. N.Şəmsizadə  "Ədəbiyyat nəzəriyyəsi" (2012) adlı fundamental dərsliyin müəllifidir. 

 2025-ci ilin yanvar ayından komada olan alim bu gün, 24 fevral 2025-ci ildə  vəfat edib.

Allah rəhmət eləsin...

Другие новости