Мухаммад Физули. Его жизнь и работа
Исполнитель: Сектор физулиоведения Института литературы имени Низами Гянджеви Национальной академии наук Азербайджана. Коллектив.
Тема: Жизнь и творчество Мухаммада Физули
В качестве одной из задач, вытекающих из Указа Президента Азербайджанской Республики о проведении 530-летнего юбилея великого азербайджанского поэта Мухаммеда Физули, Сектором физуливедения МАН была подготовлена монография «Мухаммед Физули: его жизнь и творчество». Институт литературы имени Низами Гянджеви Национальной академии наук Азербайджана является логическим завершением проделанной в этой области работы. привлекает внимание. Настоящая монография является первым фундаментальным научным исследованием, всесторонне освещающим жизнь и деятельность Мухаммада Физули.
В монографии, состоящей из десяти глав, широко, системно и всесторонне рассматривается эпоха, окружение и жизнь Физули на основе имеющихся материалов. Богатое литературное наследие поэта, написанное на азербайджанском, персидском и арабском языках, подробно изучается и анализируется с точки зрения его идейно-художественных особенностей, особенностей формы и содержания, теоретических и философских источников.
Monoqrafiyada dövrünün tanınmış adamlarına ünvanladığı məktublar və divanlarının dibaçələri, Azərbaycan və fars dillərində yazdığı divanlar, üç dildə qələmə alınmış qəsidələr divanı, Azərbaycan epik şeiri tarixində xüsusi mərhələ təşkil edən poemaları, bədii nəsr əsərləri, bədii tərcümə yaradıcılığı, eləcə də fəlsəfi görüşlərini əks etdirən “Mətləül-etiqad” traktatı ayrıca tədqiqata cəlb olunmaqla Füzuli şəxsiyyətinin bütövlüyü və mükəmməlliyi üzə çıxarılır. Bundan başqa, Füzulinin özünəqədərki klassik Şərq şairlərindən bəhrələnmə səviyyəsi və özündən sonrakı şairlərə təsiri, dünyanın müxtəlif yerlərində: ingilis, alman, ərəb, rus, polyak şərqşünaslığında, eləcə də Türkiyə, Özbəkistan, İran və b. ölkələrdə füzulişünaslıq sahəsində görülən işlər, aparılmış tədqiqatlar təqdim edilərək onlara münasibət bildirilir. Azərbaycan füzulişünaslığının, Füzuli əsərlərinin nəşri ilə bağlı qarşıda duran bir sıra vacib məsələlər müəyyənləşdirilir.
Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri”
İcraçı: Filologiya elmləri doktoru, dosent Elnarə Akimova
Mövzu: Çağdaş humanitar fikrin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı
Tədqiqatda çağdaş humanitar fikrin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı ümumiləşdirilir. “Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar”, “Müsahibələr: analitik müstəvidə”, “Müzakirə saatı: söhbətlər, düşüncələr”, “Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının müasir istiqamətləri ilə bağlı dəyərləndirmə aparılır, müxtəlif uşaq ədəbiyyatı nümunələrinin poetikası, üslub və növ zənginliyi nəzəri analizə cəlb olunur, habelə uşaq ədəbiyyatının Zəfər tariximizdən sonrakı inkişaf meyilləri tədqiqat predmetinə çevrilir.
“Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri”
İcraçı: Fil.e.d. Rəhim Əliyev
Mövzu: Üç cildlik anadilli Azərbayan ədəbiyyatı tarixi oçerkləri layihəsinin üçüncü cildi
Tənqidçi, filologiya elmləri doktoru Rəhim Əliyevin “Yeni Azərbaycan ədəbiyyatı oçerkləri (1813-2023)” kitabı strukturu, elmi konsepsiyası, milli ədəbiyyat tarixinə baxış tendensiyası baxımından fərqlənir. XIX-XX əsr ədəbiyyatını ehtiva edən 11 fəsildən ibarət kitabda Rəhim Əliyev tənqidçi mövqeyindən çıxış edərək tarixi-ədəbi hadisələr, bir-birinə zidd dövrlərin tarixi, siyasi tehdensiyasına, sovet dövrü ayrı-ayrı yazıçı və tənqidçilərin mövqeyinə, yeni üslub və cərəyanların formalaşma mərhələlərinə nəzər yetirir, oçerklərin elmi konsepsiyasından irəli gələrək obyektiv, şablonlardan kənar milli ədəbiyyat tarixini yaratmaq trayoktoriyasını təqdim edir. Kitabda müstəqillik dövrü ədəbiyyatının özəlliyi, tənqidin ədəbi dəyərlərə əks mövqeyi məsələləri də geniş şərh olunur.