Китай, одно из крупнейших и старейших государств мира, хорошо известен своими принципами взаимовыгодного сотрудничества со всеми странами. Этот принцип полностью совместим с современной политикой Азербайджана. Фактически история этих отношений вступила в новый этап с официальным визитом Общенационального лидера Гейдара Алиева в Китай 7-10 марта 1994 года. Гейдар Алиев придавал большое значение развитию отношений между Азербайджаном и Китаем. В ходе его визита в Китай между двумя странами было подписано восемь соглашений. Те отношения, которые развивались на стабильной и здоровой основе, продолжаются и сегодня. Официальные визиты президента Ильхама Алиева в Китай в 2005 и 2015 годах еще больше развили сотрудничество между двумя странами. В этот период сотрудничество Баку и Пекина расширилось во всех сферах. Эти политические и экономические отношения обусловили развитие азербайджано-китайских культурных, литературных и научных связей, имеющих древние исторические связи.
Azərbaycan və Çin arasında elmi, ədəbi münasibətlər hər zaman yüksək səviyyədə olub. 2015-ci ildən Akademiyanın Ədəbiyyat İnstitutu ilə Çinin Konfutsi İnstitutu arasında müqavilə imzalanmış və İnstutut daxilində Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlamışdır. 2017-ci ildə bizim "Kitabi Dədə Qorqud" dastanının Çin dilinə tərcümə olunması böyük hadisə idi. Konfutsinin siyasi təlimi, humanizm prinsipi XX yüzilin əvvəllərində "Füyuzat" jurnalından başlayaraq, Azərbaycanda istinad edilən, örənilən təlimdir, dünyagörüşdür, - desəm, yanılmaram yəqin.
Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri iki ölkənin mənəvi-siyasi baxımdan yaxınlaşması üçün növbəti strateji addımlardan biri idi. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması dövlətçilik tariximizin mühüm proseslərindən olmaqla yanaşı, gələcək dostluq və əməkdaşlıq münasibətlərinin güclənməsində həlledici faktordur.
YAP nümayəndə heyətinin iştirak etdiyi Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqu konfransı zənnimcə, qlobal problemlərin həlli baxımından Çin və ona tərəfdaş ölkələrin bir araya gəlməsi, sülh və həmrəylik təşəbbüslərinin uca kürsüdən səsləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən platforma sayıla bilər. Ümumiyyətlə, mahiyyətində xaos deyil, harmoniya ehtiva edilən, birlik və əməkdaşlığa əsaslanan ideya irəli sürən, sülhü və dostluğu dəstəkləyən hər şey təqdirəlayiqdir. Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqu bu baxımdan, həmrəyliyə can atan güclərin birliyinin ifadəsi ilə seçilirdi. Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansinin açılış nitqində səsləndirdiyi "Uğur müdriklik və gücün birliyidir! Gəlin bu qədim ənənəni özümüzə meyar seçək və dünyanın xilası üçün çalışaq!" çağırışında ifadə olunan həqiqətə təkcə çinlilərin deyil, bu gün bütün dünyanın ehtiyacı var.
Öz sosial-siyasi görüşlərinin miqyası və məzmunu, sülh və həmrəyliyə, onun gücünə, humanist mahiyyətə verdiyi qiymət, əqli-əxlaqi-sosial təkamül idealı ilə Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqu yeni yekun və nəticələr əldə etməyə imkan yaradır. Konfransın adında ehtiva olunan çağırışa nəzər yetirmək belə mahiyyəti dərk etmək üçün yetərlidir: "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq"! Dünyanın daha çox kataklizmlərə təşviq edildiyi, əksər xalqların və dövlətlərin nizamının pozulduğu indiki dövrdə belə bir şüarla bəşəriyyətə səslənmək və bunu məhəbbət düsturu olaraq irəli sürmək ancaq təqdir oluna bilər. Vaxtilə alman filosofu L.A.Feyerbax məhəbbət dini yaratmağı irəli sürmüşdü. Amma göründüyü kimi, nə cahanda məhəbbət qalib gəlir, nə də gözəllik dünyanı xilas edir. Bu mənada, yeni təfəkkür və əxlaqın, əqli-mənəvi düşüncənin təlqinində, milli-bəşəri dəyər və beynəlmiləl sərvət axtarışının indiki mərhələsində bu konfransın ali niyyəti əsil bir gerçəklik, uğur və əməl cizgiləri kəsb edir. Bunu plenar sessiyada çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da xüsusi vurğuladı: "Bu gün burada, Nankində bir araya gəlməyimiz qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir".
Nankin qədim şəhərdir. Binalarını, ən müasir tikililərini belə ağacların sıxlığı arasında gizlətməyi bacarmış bu şəhər hüzurlu bir rəsm tablosuna bənzəyir. Yol boyu gənclərin ağac kölgəlikləri altında foto çəkməyə aludəlikləri isə xoş bir enerji və şövq aşılayır insana. Təbiətlə bir olmaq, vəhdət yaratmaq bu olsun gərək. Çində bir məqam diqqətimi çəkdi. Bu qədim diyar hər qarış nemətinə sahib çıxmağı bacarır. İnsan əlinin toxunuşunu ötürüb gözəllik yaratmağa, dəyərə çevirməyə çalışır. Baxırsan, kiçik bir çay, üstündə gözəl, ekzotik yarpaq və çiçəklər - gözəl bir mənzərə hasilə gətirilib artıq. Ən müasir texnoloji yüksəlişlərin belə bu qədimliyi qorumağa gücü yetməyib. Bunu səfər zamanı olduğumuz müxtəlif məkanlarda - Nankin şəhərinin tarixi məkanlarında, Qədim Çin Dövlət İmtahanları Muzeyində, Konfutsinin Məbədinə ziyarətdə, Şanxay şəhər Partiya məktəbində, Suca çayı sahilindəki tarixi məhəllədə, Sucian kənd muzeyində olarkən hər addımda hiss etdik. Hələ Şanxay şəhər Partiya məktəbi ilə tanışlıq zamanı partiyanın tarixi ilə bağlı materialların necə səliqə və zövqlə, tarixi ardicillıq və sistemliliklə təqdimatını gördükcə heyrətlənməyə bilmədik. Ən gözəli bu idi ki, biz bütün bu gözəllikləri gün boyu həm rəsmi tədbirlərdə, həm də onu tamamlayan gəzintimiz zamanı yaşayırdıq.
Nankindən Nantuna getdiyimiz qatarda yol boyu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Minlə etdiyimiz söhbət zamanı ona çinli yazar, roman və kiçik hekayələr müəllifi, "xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi 2012-ci ildə Nobel mükafatı alan Mo Yan haqqında danışanda xeyli təəccübləndi və məmnun oldu. Bildirdim ki, bu yazıçı Azərbaycanda ən çox oxunan yazıçılardandır. Onun xüsusilə 1984-cü ildə yazdığı "Qızıl darı tarlaları" əsəri tarix və müharibə haqqında yazılan ən gözəl mətnlərdən biridir. Yeri gəlmişkən, bu romanın ön sözündə Mo Yan Çin Kommunist Partiyasının qurulmasından sonrakı iyirmi səkkiz illik bir dönəmin mücadilələrindən, "Mədəniyyət inqilabından" da bəhs edib, savaşın insan ruhunu necə zədələdiyini bədii boyalarla əks etdirməyə çalışıb.
Xanım Van Minə xatırlatdım ki, Azərbaycanda Çin ədəbiyyatına maraq həmişə olub. Görkəmli Çin yazıçısı, alimi, Çin Elmlər Akademiyasının ilk prezidenti Qo Ma Jonun şeirləri, hekayələri, məqalələri 1950-ci illərdən etibarən Azərbaycan oxucularının diqqət mərkəzindədir.
Van Min - üzündə daim xəfif təbəssüm gözdirən bu nəcib xanım mənim məlumatlarımın qarşılığında "borclu" qalmağı sevmir deyəsən. Bizdə də sizin Nizami Gəncəvi adlı şair tanınır deyir. Hətta onunla bağlı Heydər Əliyev Fondunun Çində təşkil etdiyi Mədəniyyət günləri çərçivəsində görülən işlərdən bəhs edir. Bəli, mədəniyyətlərin mübadiləsi budur. Zaman və məkan sərhədlərini yox etməyi bacarır. XII əsr şairi Nizami Gəncəvi XX əsrdə doğulan çağdaşımıza salam verir, iki uzaq coğrafiyanı yaxın edir. Və Nizami indi deyil, Çinlə Azərbaycanı hələ XII yazildə yaxınlaşdırıb. Azərbaycan ədəbiyyatında ilk Çinli obraz Nizaminin "Yeddi gözəl" əsərində təqdim olunub. Nizaminin yeddi gözəlindən biri Çin qızı idi. Yeri gəlmişkən, Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda tez-tez səslənən ifadələrdən biri də bu idi. Mədəniyyətlərin mübadiləsi!
Azərbaycan daim qarşılıqlı hörmət və həmrəyliyə önəm verən ölkədir. Bu mənada, Çinin irəli sürdüyü yeni əməkdaşlıq modeli - "Bir kəmər, bir yol" layihəsi ona yalnız Çinlə münasibətlərinin tarixi köklərinin yeni çağırışlar əsasında davamı üçün deyil, həm də məhz Qlobal Cənubla Qlobal Şimalın birgəliyinin, konstruktiv iş birliyinin əməli varlığını görmək istədiyi üçün dəyərlidir. Çünki yalnız belə münasibətlər sistemi bəşəriyyətin nicatı üçün vacib amildir.