Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Представитель современной турецкой поэзии – взгляд на художественное творчество Бюланд Эджевит – Салида Шарифова

01-11-2024 [ 13:35 ] [ прочитано:38 ]
printerA+ | A-

 

 

 

 

 

 

 

 

 

 

 

Əsasən partiya sədri, baş nazir və siyasi xadim kimi tanıdığımız Bülənd Ecevitin poetik yaradıcılığı özünün kamilliyi və mövzu rəngarəngliyi ilə “Şeirlər” (“Şiirler”, 1976), “İşığı daşdan oydum” (“Işığı Taştan Oydum”, 1978), “Əl-ələ böyütdük sevgini” (“El Ele Büyüttük Sevgiyi”, 1987), “Sabah bir şeylər olacaq” (“Bir Şeyler Olacak Yarın”, 2005) kimi şeir kitablarında əksini tapmışdır.

Bülənd Ecevit şairlik missiyası haqqında bəhs edərkən, şeirə niyə diqqət yetirməsini konkret şəkildə vurğulamışdır: «“Sunuş”da belirttiğim gibi benim için şiir yazmak - özellikle siyasete girdiğimden beri - bir iletişim aracı bir düşünce açıklama yolu değil bir düşünme yöntemidir» (Bülent Ecevit). Bülənd Ecevitin şeirə müraciət etməsini ünsiyyət vasitəsi və ya fikirləri ifadə etmək üsulu olması deyil, məhz bir düşüncə tərzi olması, yaradıcılığının milli səciyyəsini təşkil etməsini, hələ 1976-cı ildə yazdığı “Niçin şiir” adlı yazısında açıqlayır. “Şiirler” kitabında “Siyaset, Şiir ve Tasavvuf” başlıqlı yazıda bizlər məhz Bülənd Ecevitin poeziyanın incəliklərinə dərindən bələd olan şəxs olmasının şahidi oluruq.

Şeirin məhz şairin düşüncə tərzi olması qələmə aldığı şeirlərinin problematikasında qabarıq şəkildə özünü əks etdirir. Şeirlərinin problematikasının müxtəlif və rəngarəng olması şairin fikir və düşüncələrinin zənginliyinə dəlalət edir. Şairin özünün vurğuladığı kimi “Söyleyişle düşünüş arasındaki bağlantı gözönünde tutulursa şiir için “düşünülen şey değil düşünüş biçimidir” de denilebilir” (Bülent Ecevit). Bülənd Ecevit bundan əlavə deyilə bilməyəcək fikirlərin şeirlə deyilməsinə də toxunur:

ozan söze değdi mi

sözün dili çözülür

usun ermediğini

gözün görmediğini

şiir dili duyurur

Maraqlı məqam, şairlərin ədib tərəfindən ozan adlandırılması məqamıdır. Bülənd Ecevitin şairi ozan kimi təqdim etməsi məhz onun söz sənətinə verdiyi yüksək dəyər kimi qəbul edilməlidir.

Bülənd Ecevit poetik nümunələr qələmə aldığı kimi, sanskrit, bengal ve ingiliscə qələmə alınmış müxtəlif ədiblərin şeirlərini ana dilinə çevirmişdir. Onun bədii tərcüməçilik sahəsindəki fəaliyyətini 1976-ci ildə “Şeirlər” (“Şiirler”) adıyla nəşr etdirdiyi kitabda şahidinə çevrilirik. Həmin kitabda “Evren, İnsan, Toplum alt başlıkları altında 38 telif şiirin yer aldığı bu kitap aynı zamanda Hint Destanı Bhagavatgita’dan, Çin bilgesi Lao Tsu’dan, İngiliz ve Amerikan şairleri T.S.Eliot, Ezra Pound, Dylan Thomas, Peter Larkın, David Mallet ve Ruyard Kipling’den çeviri şiirleri içinde barındırır. Ayrıca yıllar önce İngilizceden çevirdiği Gitanjali’nin Bengalce orijinalinden çevirdiği parçalara da yer verir” (Öztürk 2017: 35). Bülənd Ecevitin ingilis yazıçısı və şairi Redyard Kiplinqin “Əgər” (“If”, 1895) adlı şeirini türk dilinə “Adam olmak” adıyla təqdim etməsindən sonra şeir ətrafında mübahisələrin meydana çıxması, məhz tərcümənin kamil şəkildə həyata keçirilməsindən irəli gəlir. Bülənd Ecevit Rabindranat Taqor (“Gitanjali İlâhiler, 1941, “Âvâre Kuşlar”, 1943) T.S. Eliot (“Kokteyl Parti”, 1963) və başqa dahi sənətkarların əsərlərini də tərcümə edərək türk xalqına çatdırmışdır.

Bülənd Ecevit nəzminin janr xüsusiyyətləri

Bülənd Ecevitin poetik yaradıcılığının janr məsələsinə toxunarkən, sərbəst şeir vəzninə toxunmamaq qeyri-mümkündür. Şairin şeirlərinin çox qismi sərbəst şeir şəklində qələmə alınmışdır. Bülənd Ecevit sərbəst şeir şəkli ilə öz poetik imkanlarını, həmin imkanların çatdırılmasını həyata keçirə bilir. Şair sərbəst şeirin poetik imkanlarından yaradıcı şəkildə faydalanaraq, düşüncələrini ifadə edir. Məsələn, şairin “Sabah” (“Yarın”) şeirinin vəzninin sərbəst şeir şəklində olmasının şahidinə çevrilirik:

bir şeylər olacaq sabah

duruşundan bəlli

çöldəki atların

buludların köçməsindən bəlli

köstəbəklərin torpağı

necə qazıdıqlarından bəlli

qarışqaların təlaşından bəlli

bir şey olacaq sabah

bəlkə də bir tumurcuq

bəlkə də bir ağacın düşən yarpağı

bəlkə də bir körpənin doğuluşu

Bülənd Ecevitin “Sual” (“Soru”) şeirinin də sərbəst şeir şəklində qələmə alınması diqqəti cəlb edir:

kim bilir

insanda son kalan gözler

görür mü dünyayı uzaktan

 

kim bilir

küçülür mü dünya

büyür mü uzaktan

Qeyd etdiyimiz kimi, şairin şeirlərinin əksər qismi sərbəst şeir şəklindədir. Bülənd Ecevitin sərbəst şeir şəklində qələmə alınmış “İnsan” şeiri də diqqətdən yayınmır:

Əlbəttə,

səndən gözəl olacaq

çəkdiyin rəsm,

səndən ucaboy,

səndən yaraşıqlı olacaq

yonduğun heykəl.

Əlbəttə,

nə desə, səndən doğru deyəcək

yazdığın şeir.

Bülənd Ecevitin poetik nümunələrinin janrlarından bəhs edərkən, onun yapon poeziyasına aid hayku (haiku) qələmə almasına da toxunulur: “Ayrıca Ecevit, Londra’da iken Türk-Yunan Şiiri gibi önemli bir çalışmasının ilk taslağını hazırlarken haiku gibi daha önce edebiyatımızda pek görülmemiş bir türün denemelerini yapar” (Öztürk 2017: 26). Yapon poeziyasına aid janrlardan biri olan haykunun 3 sətirdən ibarət olması bəllidir. Hayku 5-7-5 heca sisteminə əsaslanır. Bülənd Ecevitin hayku kimi təqdim edilən poetik nümunələr isə fərqli şəkildədir. Belə ki, şairin qələmə aldığı hayku adlanan poetik nümunələr nə üç sətirdən ibarətdir, nə də heca bölgüsü 5-7-5 şəklindədir. Ədibin şeir kitablarında yer almış «“İlkbahar ve Kuşlar”, “İlkbahar Müjdeleri”, “Bahar Akla Neler Getiriyor”, “Kuğunun Ölümü”, “Londralı Kuğular” isimli beş şiir Ecevit ‘in son şiir kitabı olan Bir Şeyler Olacak Yarın’da “Bülent Ecevit’ten Haikular” başlığı ile yayınlanmıştır ve şiirlerin altında “Londra, 1947” notu vardır. Bülent Ecevit de haikuyla ilgilendiğini çeşitli röportajlarda dile getirmiştir» (Öztürk 2017: 26). Lakin təqdim edilən şeirlərə diqqət yetirdikdə, onların haiku (haiku) olmadığının şahidi oluruq. Bülənd Ecevit yaradıcılığını tədqiq edən tədqiqatçılar tərəfindən şairin şeirlərinin yapon şeir növü olan haykulardan həcm və bölgü baxımdan fərqli olmasına baxmayaraq, bəzi şeirlərinin hayku (haiku) adlandırılmasına toxunulur: “Ənənəvi hayku 5-7-5 heca rəqəmləri ilə üç sətirdə yazılsa da, Ecevit buna əhəmiyyət verməyərək dörd-beş misra ilə yazdığı şeirlərə hayku deyirdi. Amma onun yazdığı şeirlər Ecevitin özünün hayku tərifi ilə üst-üstə düşür. (Geleneksel haiku hece sayıları 5-7-5 şeklinde olan üç mısradan yazılırken Ecevit bunu önemsememiş, dört-beş mısra halinde yazdığı şiirlere haiku demiştir. Ama yazdığı şiirler Ecevit’in kendi haiku tanımıyla tutarlıdır)” (Öztürk 2017: 124). Bəzi tədqiqatçılar Bülənd Ecevitin haykularının uğurlu olmadığını da vurğulamaqdadırlar: “Mən ədəbiyyatşünas deyiləm, amma eşitmişəm ki, Ecevitin yazdığı haykular çox da yaxşı deyil. (Ben edebiyat eleştirmeni sayılmam ama Ecevit'in yazdığı Haiku'ların çok iyi olmadığını duymuşluğum var)” (Yılmaz).

Bülənd Ececvitin haykularına diqqət yetirdikdə, həqiqətən də həmin poetik nümunələrin bu janra cavab vermədiyinin şahidi olursan:

Bahar ne acayip ne acayip sorular

insanın başına yığmada

bahar çiçekleri açmışsa hangi eller

sular onları şimdi

Hiroşima'da.

Bülənd Ecevitin heca vəznində qələmə aldığı şeirlər də problematika baxımından zəngindir. Məsələn, şairin 4 bənddən, hər bəndi 2 misradan, hər misrası 10 hecadan ibarət olan Levniyə ithaf etdiyi “Uyum” şeiri heca vəznində qələmə alınmış mükəmməl poetik nümunə kimi diqqətlərdən yayınmır:

Boşluğa bulut buluta yağmur

yağmura toprak ne güzel uymuş.

 

Gündüze güneş güneşe tarla

tarlaya başak ne güzel uymuş.

Xüsusi qeyd etmək lazımdır ki, on hecalı şeirə poeziyada az rast gəlinir. Bülənd Ecevitin on hecalı “Uyum” şeirinin bölgüsü 5+5 şəklindədir:

Başağa buğday / buğdaya insan     5+5=10

insana emek / ne güzel uymuş.      5+5=10

 

Emeğe eylem / eyleme yürek,        5+5=10

yüreğe sevgi / ne güzel uymuş.      5+5=10

“Şiir benim özel eylemim” kimi iddiada olan türk siyasi səhnəsində “Qara oğlan” (Karaoğlan) təxəllüsü ilə şeirlər yazan Bülənd Ecevit bədii yaradıcılığının problematikasında xalqı əldə saxlamaq üçün siyasi ideyalarını təbliğ edilməsini deyil, öz hiss və duyğularını məhz bədii yaradıcılğının əsas qayəsinə çevirir. Bu da zənginliyi ilə diqqəti cəlb edən şairin “Əl-ələ böyütdük sevgini” (“El Ele Büyüttük Sevgiyi”), “Çanaqqala” (“Çanakkale”), “Pülümür'un Yaşsız Kadını”, “Dərə” (“Dere”), “Yapamadığımız”, “Göçmen”, “Mağara”, “Sərhəd” (“Sınır”), “Kəndli qadınlar” (“Köylü kadınlar”), “Ben misin” kimi poetik nümunələrində öz əksini tapır. Bülənd Ecevit toplum üçün təqdim etdiyi bu şeirlərini ilk növbədə, yəni qələmə aldığı bu şeirləri özü üçün, bunun müqabilində insanlar üçün yazmasına toxunur. Müəllif məhz şeir vasitəsilə bir varlıq kimi özündə tapdığı həqiqəti bəşəriyyətə, onu əhatə edən insanlara çatdıra bilməsini vurğulayır: “Bu bir anlamda şiiri kendimiz için yazmak demektir. Ama kendimiz için yazarken de insan için yazmış olursunuz. Şiirle kendinizde bulduğunuz tüm insanlık için bulmuşsunuzdur. Bir gerçeği veya doğruyu kendinizde duyamazsanız bulamazsanız dışınızda hiç duyamaz hiç bulamazsınız. O nedenle bencillik değildir şiiri kendisi için yazmak...” Müəllif tərəfindən vurğulanan bu məqam bir daha təsdiq edir ki, müəllifin şeirlərinin problematikası rəngarəng və aktuallıq kəsb edir. Bir şair kimi Bülənd Ecevit şiirin əhəmiyyətini vurğulayarkən, onun xalq şüuruna necə təsir edə biləcəyi amilinə də nəzər salır: “Şiirsiz kalan toplum bu nedenle “insanlığın ana dili”nden kopmuş olur. Dile yabancılaşır. O yüzden kendine de yabancılaşır”.

 

Bülənd Ecevit nəzminin problematikası

Bülənd Ecevitin şeirlərinin problematikasına diqqət yetirdikdə, ilk növbədə, vətənə bağlılıq, tarixi keçmişin unudulmamasına çağırış və s. əsas yer tutur. “Çanaqqala” (“Çanakkale”) şeirinin problematikasında şair xalqının qəhrəmanlıq dolu tarixi keçmişini əks etdirir. Şeirdə müəllifin ünvanladığı sualı müdrik şəkildə cavablandırması həmin məqamı oxucunun gözü önündə canlandırır, düşünməyə vadar edir. Şairin şeirdə ünvanladığı

Söyle Arkadaşım' dedi Anadolulu Mehmet

yanı başındaki Anzak erine

'nereden kopup gelmişsin,

neden çökmüş bu mahzunluk üzerine?' – sualını bir müəllif kimi cavablandırması yalnız özünün deyil, həm də millətinin bu suala cavabı kimi dəyərləndirilməlidir. Dünyanı ağuşuna alan müharibənin acı bir vəba olmasına baxmayaraq, vətən övladlarının düşmənə qarşı mərdliklə mübarizə aparması xalqının birliyi kimi təqdim edilir:

'DÜNYANIN ÖBÜR UCUNDAN' dedi gencecik Anzak

'Öyle yazmışlar mezar taşıma.

doğduğum yerler öylesine uzak,

örtündüğüm topraksa gurbet bana.'

'Dert edinme arkadaşım' dedi Mehmet

'değil mi ki bizlerle birleşti kaderin,

değil mi ki yurdumuzun koynundasın ilelebet,

sen de artık bizdensin,

sen de bencileyin bir Mehmet'.

Bütün bunlara rəğmən Bülənd Ecevit Çanaqqala döyüşlərinə olan sevgi və ehtiramını da əks etdirə bilir. Şairin,

Çanakkale'de toprağının

üstü cennet altı mezar

kavga bitmiş mezarlarda

kaynaş olmuş yiten canlar - deyərək tarixi xatırlatmaqla yanaşı, böyük Vətən, torpaq sevgisini də əks etdirir. Bülənd Ecevit “Çanaqqala” (“Çanakkale”) şeirində dogma torpağı uğrunda şəhid düşənlərin ümumiləşdirilmiş şəhid obrazını yaratmağa nail olur:

Huzur içinde uyusun

vuruştukları toprakta

kavgadan kinden uzakta

yan yana dostça yatanlar.

Şair şeirlərində görkəmli şəxsiyyətlərin müəyyən fikirlərini səsləndirməsi ilə tarixə bağlılığını, tarixi şəxsiyyətlərə hörmət və ehtiramını ifadə edir. Məsələn, Bülənd Ecevit “Çanaqqala” (“Çanakkale”) şeirində Mustafa Kamal Atatürkün 1934-cü ildə Çanaqqalada keçirilən mərasimə göndərdiyi mesajının şeirdə səsləndirilməsi xalqın tarixi yaddaşının yaşamasına və yaşayacağına bir əminlik ifadə edir. İfadə edilən bu əminlikdə türk torpaqlarında vuruşmuş əcnəbilərə nifrət deyil, onların da Vətən uğrunda şəhid olmuşlarla bərabər, dost torpaqlarında rahat yatmaları əksini tapır:

“Bu memleketin toprakları üzerinde

kanlarını döken kahramanlar:

Burada bir dost vatanın toprağındasınız.

Huzur ve sükûn içinde uyuyunuz!

Sizler Mehmetçiklerle yan yana, koyun koyunasınız.

Uzak diyarlardan evlatlarını savaşa gönderen analar:

Gözyaşlarınızı siliniz!

Evlatlarınız bizim bağrımızdadır.

Huzur içindedirler

ve huzur içinde rahat uyuyacaklardır.

Onlar bu toprakta canlarını verdikten sonra

artık bizim evlatlarımız olmuşlardır”.

Bülənd Ecevitin poetik yaradıcılığının problematikasında xalqın dogma yurd-yuvalarından köç etməsi məqamları da əksini tapmışdır. Şair “Göçmen” adlı şeirində xalqın məcburən köç həyatı sürməsini poetik dillə təqdim edə bilir. Müəllif köçmən həyatının ağrı-acılı olmasını qabardır:

Yurdum olmadan sıladayım

Kimsem ölmeden yasta

Yollarda gözlediğim ne

Mektuplarda beklediğim ne

Nereden sürmüşler beni buralar nere

Buralar nere, buralar nere

Bülənd Ecevit incəliklə məcburən dogma el-obanı tərk edən insanlar üçün köç etdikləri məkanın “buralar nere” deyərək ritorik sual ünvanlamaqla, cavablandırmadığı sualın cavabını oxucusunun öhdəsinə buraxır. Şair məcburiyyət qarşısında “köçmən” olmağa məruz qalan insanların üzləşdikləri acıları, ağrıları, iztirabları isə açıq-aydın şəkildə göstərir:

Buralara konmuş göçmen olmuşum

Bir derdim olmalı, gülmez olmuşum

Bülənd Ecevit şeirlərinin problematikasında azadlıq məhfumu ana xətt təşkil edir. Belə ki, o, şeirlərində azadlığı, onun xalqın şüurunda tutduğu mövqeyi, cəmiyyətdəki tərəfdarlarının apardıqları mübarizələri və s. istər açıq şəkildə, istərsə də üstüörtülü şəkildə təqdim edir. Məsələn, şair “Sərhəd” (“Sınır”) adlı şeirində azadlıq məfhumunu xüsusi olaraq qabartmağa nail olur. Azadlığın sərhədsiz olmasını, heç bir çərçivəyə sığmadığını poetik dillə verməyə cəhd edir. Böyük təəssüf hissi ilə insanın quş kimi, qarışqa kimi, dərədən axan su kimi sərbəst, azad olmadığını əks etdirir. Şair,

dur yolcu bura sınır

yabandır yasaktır ötesi - deməklə, məhz insanlar, xalqlar arasında yaradılmış sərhədləri, bölgüləri göstərir:

dur yolcu bura sınır

sen geçemezsin

dur yolcu bura sınır

 

ne çizili ne yazılı

geçemezsin yine de silemezsin

içinde kazılı

Bülənd Ecevitin şeirlərinin problematikasında qadın və onun cəmiyyətdə tutduğu mövqe geniş yer tutmaqdadır. Şairin “Pülümür'un Yaşsız Kadını” adlı şeirində həm doğma torpağa olan olan bağlılıq, həm də qadınlara, yaşlı nəslə olan rəğbət əksini tapır:

Pülümürün bir dağ köyünde gördüm onu

yaşını sordum bir giz gibi güldü

kimi seksen dedi köylülerden kimi yüz

yüzüne baktım bir giz gibi güldü

Şair milli-etnoqrafik yaddaşın salnaməsi kimi özünü əks etdirən bu poetik nümunəsində bir türk olmasından duyduğu qürur hissi də, “bir taç gibi kondu başıma Türkiyeliliğim” kimi misrasında yaradıcılıq amalı, həyat idealı kimi əks etdirir:

zamanı onda yitirdim ben

yitik zamanlara onda eriştim

en soylu yoksulluğun toprak döşeli sarayında

bir taç gibi kondu başıma Türkiyeliliğim.

Bülənd Ecevitin yaradıcılığında qadına hörmət və ehtiram bu şeirdə özünü qabarıq şəkildə göstərməkdədir. Bu amili istər ona dogma, yaxın olan qadınlara münasibətində, istərsə də digər qadınlara olan münasibətdə də görə bilirik. Məsələn, “Kəndli qadınlar” (“Köylü kadınlar”) şeirində şair kəndli qadınlara olan ehtiramını qabardır. Maraqlı məqam isə müəllifin qısa olan bu şeirində kəndli qadının ümumiləşdirilmiş şəkildə portretini yarada bilməsidir:

üzləri günəşdir onların – yanıq

ayaqları torpaqdır onların – yarıq

gözəlliklərindən doymadan

tarlalarda solandılar

kəndli qadınlar

donu güllü qadınlar

Şairin 1946-cı ildə evləndiyi həyat yoldaşı Rahşana (Aral) həsr etdiyi “Yapamadığımız” şeirində evdar türk qadınlarına olan rəğbət və ehtiramın əksi etdirilməsi ilə üzləşirirk. Doğma insanla bərabər həyata keçiriləcəyinə olan ümidləri əks etdirən şeirində şair Rahşana xanımın timsalında evdar, sadiq qadınların həyatda tutduqları mövqeləri canlandırır. “Zira Bülent Ecevit’in şiirlerinde aşk ve kadın teması her zaman Rahşan Ecevit’i işaret edecektir” (Öztürk 2017: 25):

yün örmen vardı akşamları koltuğa gömülü

karşında polisiye roman okumak vardı

sorgusuz bakışmak yoruldukça gözlerimiz

sevinçsiz gülmek üzüntüsüz ağlamak

Bülənd Ecevit poeziya aləminin əsas mövzularından olan sevgi, məhəbbət anlayışlarını tərənnüm edən şeirlər də qələmə almışdır. Onun sevgi, məhəbbət mövzusunu əks etdirən şeirlərində sevgi məfhumunu geniş anlam kəsb etməsi açıqlanır. Məsələn, şairin “Əl-ələ böyütdük sevgini” (“El Ele Büyüttük Sevgiyi”) şeirində sevginin yalnız tək başına deyil, sevdiyi insanla həyata keçirilməsi anladılır. Şair “Birlikte öğrendik seninle” deyə müraciət edərək sevdiyi insana sevgisini ünvanlayır. Bülənd Ecevit “Birlikte öğrendik seninle” misrasında oxucusu üçün birlikdə olduğu kimsənin varlığını kim olmasını açıqlamır. Bu açıqlamanı oxucunun öhdəsinə buraxır. Oxucuların bir qismi üçün sevgili yarı, yəni həmdəmi, könül sirdaşı, bir qisim oxucular üçün müəllifə doğma olan insan olması, məsələn, anası olması kimi cavablar yaranır. Bütün bu qaranlıq məqama baxmayaraq, şair vətənə, el-obaya olan bəşəri sevgi ideyasını qabardır:

acısıyla sevinciyle sevdik

yazıyla kışıyla sevdik

köy-köy, ülke-ülke

Maraqlı məqam isə şeirlərinin problematikasında şairin dili ilə vətən torpaqlarına olan sevginin özünəməxsus nəhəng olmasının açıqlanmasının, həm də bəşəri məsələlərə münasibətin bildirilməsinin əks etdirilməsidir:

Əl-ələ bəsləyib, əl-ələ dərdik,

əl-ələ dərib, insanlara verdik

verdikcə artan sevgimizi.

Bülənd Ecevitin şeirlərinin problematikasında siyası məsələlərin, məqamların qabardılması və açıqlanması özünü büruzə verməkdədir. Şairin siyasi yaradıcılığında olduğu kimi, bədii yaradıcılığında da dogma Vətəninin sərbəst olması, dövlətinin sərhədində yerləşən dövlətlərlə sülh və əmin-amanlıqda yaşamaq arzusu və istəyinin şahidinə çevrilirik. Məsələn, şairin Türk - Yunan əlaqələrinə olan münasibəti parlaq şəkildə əks etdirən və daha çox “Mavi büyü” adı ilə tanınan “Türk - Yunan şeiri” (1947) adlı poetik nümunəsində bu amalı təqdir etməsinin şahidi oluruq. Şair türklər və yunanlar arasındakı gərginliyin aradan qalxacağına olan ümidini əks etdirir:

aramızda bir mavi büyü

bir sıcak deniz

kıyılarımızda birbirinden güzel

iki milletiz

bizimle dirilecek bir gün

Egenin altın çağı

yanıp yarının ateşinden

Eskinin ocağı

önce bir kahkaha çalınır kulağına

sonra rum şiveli Türkçeler

O Boğazdan sözeder.

Bülənd Ecevitin “Prometey kənddə” (“Promete Kentte”) şeirində də insanların təkamül tarixindən bu gününə gəlib çatan əsatirlər işığında siyasi hadisələrə dəyər verilməsi məqamı diqqətlərdən yayınmır. Bəllidir ki, qədim yunan mifologiyasında Prometey insanların dostu kimi odu oğurlayaraq insanlara verməsi ilə əsatirlərdə yaşamaqdadır. Prometeyin xeyirxah əməli tanrı Zevsin hiddətinə səbəb olmuşdur. Prometeyi cəzalandıraraq, onu Qafqaz dağlarının zirvəsində zəncirlədir. Qartal otuz il ərzində Prometeyin qaraciyərini didib yeyir. Şair şeirində bu məqama da toxunur. Bununla da, insanların diqqətini dünyada gedən siyasi məsələlərə yönəltməyə cəhd edir:

prometey indi kənddə

qayalara bağlı deyil

beton divarlar arasındadır

qartalların girə bilmədiyi bir səmtdə

özü özünü gəmirir.

Bülənd Ecevitin şeirlərinin problematikasında gələcəyə ümid bir ana xətt kimi keçir. Vətənin gələcəyi, xalqının gələcəyi, insanların gələcəyi, özünün gələcəyi və s. məqamlar şairin poetik yaradıcılığında özünü göstərməkdədir. Bülənd Ecevitin “Sabah” (“Yarın”, 1975) şeirində müəllif məhz konkret gələcəyə olan ümidini qabarıq şəkildə tərənnüm etmişdir:

o qədər görməsək də uzağı

quşların uçuşundan bəlli

bir şeylər olacaq sabah

o biri gündən önəmsiz

sabahdan önəmli.

Bülənd Ecevitin “Mağara” şeirində də gələcəyə ümid, həyata bağlılıq əksini tapır:

qaranlıqdır mağara

daşdan işıq oydum

şüyürdüm

bir də günəş qoydum

eşq oydum mağaranın divarına

oyduğum eşqdən

ağrıdı daşlar

yarıldı mağara

 

Bülənd Ecevit nəzminin bədii dili

Bülənd Ecevit bir qələm sahibi kimi poeziyanın bədii dil probleminə də biganə qalmamış, bədii dilin işlənmə məqamına incəliklə aydınlıq gətirmişdir. Şair insanın transsendental, irrasional və ya şüursuz düşüncəsindən asılı olmayaraq, əsas düşünmə alətinin dil olmasına toxunur. Məhz dil vasitəsilə ümumi müşahidələri, hiss olunan duyğuları və təəssüratları obyektiv şəkildə müəyyən edən və təsvir etməyin mümkünlüyünü açıqlayır. Şair fikirləri ifadə edərkən, istifadə edilən sözlərin məhz müəyyən qaydalara uyğun ardıcıllığa riayət edilməsindən azad olmanın isə poeziyada mümkün olduğunu da əsaslandırır: “İstediğiniz kadar “açıktan” düşünün... İstediğiniz kadar aşkın düşünün usdışı veya bilinçdışı düşünün... Başlıca düşünme aracınız dildir. Dil de ortak gözlemleri duyulan duyguları izlenimleri nesnel olarak belirleyip tanımlayan sözcüklerden oluşur. Üstelik bu sözcüklerin ardarda dizilişi belli kurallara göre olur. Bu da düşüncede büyük ölçüde bağımlı kılar insanı. O bağımlılıktan bir ölçüde kurtulabilme olanağı en çok şiirde vardır. Çünkü anlatmakla yükümlü değildir ozan. Nasıl bir heykeltıraştan taşı veya tuncu günlük yaşamda işe yarayacak biçimde kullanması beklenmezse ozandan da sözcükleri tümceleri günlük konuşmada veya yazışmada kısacası toplumsal iletişimde işe yarayacak biçimde kullanması beklenemez” (Ecevit 2009).

Bülənd Ecevitin poetik nümunələrinə nəzər saldıqda, fikir və düşüncələrimizi ifadə edərkən, danışıq dilində riayət etdiyimiz qaydalara uyğun ardıcıllığın olmaması, qəsdən pozulması kimi məqamlarla da üzləşirik.

Bülənd Ecevit şairin poetik yaradıcılığındakı istifadə etməli olduğu dilin sərbəst olmasını məhz özünü nəql etmək məcburiyyətindən və məsuliyyətindən azad etməkdə görür. Şairin bədii dilindəki sərbəstliyin nisbi düşüncə azadlığı ilə nəticələnməsini də qeyd edir: “Anlatma yükümlülüğünden ve sorumluluğundan kurtulması dilde özgürlük kazandırır ozana. Dilde özgürlükse düşünmede özgürlüğü arttırır. Kuşkusuz kesin bir özgürlük değildir bu. Kesin özgürlük yoktur aslında. Göreceli bir özgürlüktür bu. Fakat göreceli de olsa önemli bir özgürlüktür”.

Bülənd Ecevit “Şiirsiz kalan toplum bu nedenle “insanlığın ana dili”nden kopmuş olur. Dile yabancılaşır. O yüzden kendine de yabancılaşır” deyərək, konkret şəkildə poeziyanın xalq şüuruna, xalqın təkamülünə təsir edə bilməsini göstərməsində tamamilə haqlıdır.

Bülənd Ecevitin şeirlərinin bədii dili zənginliyi ilə diqqəti cəlb edir. Belə ki, şair bədii dilin ən mühüm tərkib hissələri olan bədii təsvir və ifadə vasitələrindən sənətkarlıqla istifadə edir.

Bülənd Ecevit bədii ifadə vasitələrindən olan bədii suala qələmə aldığı poetik nümunələrdə müraciət etməsi diqqətdən yayınmır. Şair şeirlərində istifadə etdiyi suallarla cavab almaq, hər hansısa bir məlumatı dəqiqləşdirmək məqsədi güdmür. Şairin qələmə aldığı poetik nümunələrin emosional təsirini artırmaq məqsədi özünü büruzə verir. Bülənd Ecevitin əksər şeirlərində bunun şahidi oluruq. Məsələn, Bülənd Ecevitin “Göçmen” seirində şairin “buralar nere” ifadəsi həmin məqsədi daşıyır:

Nereden sürmüşler beni buralar nere

buralar nere, buralar nere

Bülənd Ecevit şeirlərində bədii ifadə və təsvir vasitələrindən məqamında istifadə etməsilə özünün sənətkarlıq gücünü əks etdirir. Şairin şeirlərində istifadə etmiş olduğu poetik sintaksislər şeirlərinin dilinə ağırlıq gətirmir, əksinə bədii dilin əlvanlığını və zənginliyini qabardır. Bülənd Ecevitin şeirlərində eyni söz və ya ifadənin bilərəkdən, təkrar təqdim edilməsini müşahidə edirik. Müəllifin istifadə etdiyi təkrirlər məhz şeirin bədii təsir gücünü artıraraq oxucuya çatdırır. Məsələn, “Sebestian Baxın sonatası” (“Bax Sonatı”) adlı poetik nümunədə şairin istifadə etdiyi “nə” ilə həm tabesizlik bağlayıcısının inkar kimi qrammatik məna növünə, həm də sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsi olan ədata müraciət edir. Şair məhz qüvvətləndirici ədatlardan olan “ne” yəni “nə” ədatına müraciət edərək, sözlərin təsir qüvvəsini artıraraq, ifadənin səlisləşməsinə təsir edir:

Nə mən soruşum səni,

nə sən məni sor.

Tabesizlik bağlayıcının inkar növündə çıxış edən “nə” bağlayıcısı isə həmcins üzvləri birləşdirməyə xidmət edir:

Nə qollarımız var,

bir-birimizi saracaq.

Nə dodaqlarımız var,

bir-birimizi öpəcək.

Nə görən gözümüz var,

Nə görünən üzümüz var...

Bülənd Ecevit şeirinin bədii təsir gücünü artırmaq üçün “ne” yəni “nə” sözündən təkrir kimi istifadə edir. Şairin bu şeirdə istifadə etdiyi təkrir misranın əvvəlində işlənildiyinə görə təkririn anafora növüdür.

Bülənd Ecevitin şeirlərində məzmunca bir-birinə zidd olan iki anlayışın (antiteza) qarşılaşdırılması və yaxud da vəziyyətlərin qarşılaşdırılması (kontrast) ilə üzləşirik. Məsələn, şairin “Yarğı” adlı şeirində bədii təzada müraciət edilir. Şeirdə məzmunca bir-birinə zidd anlayışların, vəziyyətlərin qarşılaşdırılması ilə üzləşirik. Şair bir-birinə zidd iki vəziyyəti, hadisəni qarşılaşdıraraq kontrast yaradır:

öldürenle katiliz çalanla hırsız

tümümüz sanığız tümümüz savcı

tümümüz suçlu tümümüz yargıç

kimi aklar kimi suçlarız

kimi bağışlar kimi asarız

Bülənd Ecevitin “Sorudan Öncesi” şeirində də bədii təzadla üzləşmək mümkündür:

sormazdık soramazdık

sorulanla soran ayrılmamıştı çünkü

Bülənd Ecevitin şeirlərində inversiya hadisəsi ilə də tez-tez rastlaşırıq. Şeirlərdəki yerdəyişmə poetik nümunələrin bədii dilinin təsir gücünü artırması ilə diqqəti cəlb edir. Məhz şairin qələmə aldığı şeirlərində bilərəkdən, qrammatik ardıcıllığın pozulması müəllifin özü tərəfindən də vurğulanır. Bülənd Ecevit şeirlərinə ünsiyyət vasitəsi kimi deyil, daha sərbəst şəkildə düşüncələrini əks etdirmək məqsədi ilə yanaşmasını, sintaksis qaydalardan kənara çıxmasını özünməxsus şəkildə əsaslandırmağa da nail olmuşdur: “Ben de gazeteciliğe hele siyasete girdikten sonra kendim için yazar oldum şiiri. Çünkü artık bir iletişim aracı olarak şiiri kullanmama gerek kalmamıştı. Gazetecilikte de siyasette de toplumla -şiire gerek kalmaksızın- doğrudan doğruya iletişim kurabiliyordum. Toplumsal işlevimi o yoldan yapabiliyordum. Öyle olunce şiirde daha özgürleşebildim. Şiir yazmaya ancak bir düşünce ve duyma yöntemi olarak gerek duyar oldum. Dili dileğince kullanabilirdim artık şiirde... Söz dizini kurallar dışına çıkabilirdim. Kimse kınayamazdı beni bu yüzden. Kimse bunun hesabını soramazdı benden. Kimse “ne demek istiyorsun” diye soramazdı bana. Kimse “neden şu konuyu işledin” “neden şu düşünceyi dile getirdin” diyemezdi”. Şairin “Sorudan Öncəsi” adlı şeirində inversiyayla üzləşirik:

yansırdı yakamozlarla karanlık denize

anlamasak da yaşardık yaşamın gizini

Nəticə

“Üstelik şiiri özel eylemim saysam bile bu özel eylemin toplumsal yaşamımdan ve siyasal eylemimden büsbütün kopuk olmadığını da biliyorum. Siyasete girdim diye şiir yazmayı şiir çevirmeyi bıraksaydım siyasette ben ben olmazdım” (Bülent Ecevit) dediyi kimi, bədii yaradıcılığını siyasi fəaliyyətindən ayırmayan və siyasi məqamları açıqlmasını yaradıcılığının ana xəttinə çevirən Bülənd Ecevit adını poeziya aləminə bir şair kimi həkk etdirməyə qadir olmuşdur.

Vətənə sevgisini, Çanaqqala kimi tarixi hadisələrin unudulmamasına çağırışını, qadınların azad və firavan yaşamalarının təbliğ etməsini və s. mühüm problemləri əks etdirən bədii yaradıcılığı tədqiqat obyektlərinə çevrilməkdədir. Məsələn, 2017-ci ildə Uludağ Universitetinin Sosyal Bilimler İnstitutunun “Türk dili və ədəbiyat” şöbəsində Gökhan Öztürk tərəfindən “Bir şair olarak Bülent Ecevit” magistr (Yüksek lisans tezi) işinin müdafiə edilməsi də ədibin bədii yaradıcılığına olan marağı əks etdirir. Mustafa Çolakın 2016-cı ildə nəşr etdirdiyi “Karaoğlan Bülent Ecevit” kitabında Bülənd Ecevitin bədii yaradıcılığı, şeir yaradıcılığına verdiyi dəyər, tərcüməçilik fəaliyyəti və s. haqqında qısa məlumatlara “Kolejli Ecevit: Şiir ve mistisizm”, “Doğu’ya açılan kapı: Tagore”, “Şiir, tasavvuf ve politika”, “Şiirlerinden bazı örnekler” kimi başlıqlı yazılarda əksini tapır.

Bülənd Ecevit haqqında onu sevən və fəaliyyətini dəyərləndirən insanlar tərəfindən qələmə alınmış əsərlər ona olan qayğı və diqqəti əks etdirir. Orhan Durunun “Ecevit'in Çilesi” (1995), Faruk Bildiricinin “Kuzum Bülent” (2000), Fikret Bilanın “Phoenix- Ecevit'in Yeniden Doğuşu” (2001), Aras Erdoğanın “Umut Adam Ecevit” (2006), Aytekin Gezicinin “Bülent Ecevit, Bir Karaoğlan Masalı” (2006), Cüneyt Arcayürekin “Bir Özgürlük Tutkunu Bülent Ecevit” (2006), Can Dündar və Rıdvan Akarın “Ecevit ve Gizli Arşivi” (2008), Emrah Konuralpın “Ecevit ve Milliyetçilik” (2013), Fatih Yaşlının «“Halkçı Ecevit” Ecevit, Ortanın Solu, CHP» (1960-1980) (2020) və s. kitablarda Bülənd Ecevitin fəaliyyətinə dəyər verilir. Tədqiqatçılatın vurğuladığı kimi, “onlarla siyasi məzmunlu kitabın, həmçinin Mustafa Kamal Atatürk haqqında iri bir kitabın müəllifi olan Bülənd Ecevitin ədəbi fəaliyyəti də təəccüb doğuracaq qədər geniş və məzmunludur”.

Şairin poeziyası hələ sağlığında dünya xalqları dillərinə tərcümə edilmişdir. Şairin ədəbi yaradıcılığı “Bülent Ecevit: Ich Meisselte Lıcht Aus Stein” (1976) adıyla alman dilində, “Poezil” (1978) adıyla rumın dilində, dan, serb, rus və s. digər müxtəlif dillərdə, Almaniya, Rusiya, Rumıniya, Yuqoslaviya, Danimarka, İsveç kimi dövlətlərdə işıq üzü görüb. Bülənd Ecevitin şeirlərinə mahnılar bəstələnmişdir. Türk bəstəkarı Muammer Sun şairin “Türk-Yunan Şiiri”ni “Mavi büyü” adı altında, müasir folklor üçlüyü (Modern Folk Üçlüsü) tərəfindən “Takalar” şeiri və s. poetik nümunələr bəstələnərək ictimaiyyətə təqdim edilmişdir.

Türkiyə Respublikasının 34-cü baş naziri olmuş Bülənd Ecevitin Türk xalqının tarixinə bağlılığı, vətənə olan sevgi və ehtiramı, milləti qarşısındakı xidmətləri yaddaşlara həkk olunmuş, yüksək dəyərləndirilmiş, Zonguldakda Universitet siyasi xadimin şərəfinə “Zonguldak Bülent Ecevit Üniversitesi” adlandırılmışdır.

 

Ədəbiyyat

17 Şiiriyle Bir Unutulmaz Siyasetçi: Karaoğlan Bülent Ecevit | ListeList.com

Çolak, Mustafa (2016). Karaoğlan Bülent Ecevit. İletişim yayınları 2388/ biyografi dizisi 27. 1. Baskı. İstanbul.

Ececit, Bülent (2009). Bir şeyler olacak yarın - Tüm şiirler. Genel Yayın: 1716. TÜRK EDEBİYATI, Türkiye İş Bankası Kültür Yayınları.

Ecevit, Bülent. NİÇİN ŞİİR // http://www.siirparki.com/ecevitduz.html

Ecevit, Bülent. Sorudan Öncesi // https://www.turkcebilgi.org/sairler-ve-siirleri/bulent-ecevit/sorudan-oncesi-34262.html

Ecevitin Türk-Yunan Şiiiri beste oldu. Hürriyet. Cumaertesi, 11 Aralık 1999.

https://edebiyyatqazeti.az/news/poeziya/1697-insan

https://listelist.com/karaoglan-bulent-ecevit/

https://moderator.az/az/maraqli/312702/diplomsuz-bas-nazirin-kipr-fatehinden-keniya-fatehinedek-uzun-suren-yolculuu/

https://wannart.com/icerik/11000-bulent-ecevitin-kaleminden-cikmis-7-can-alici-siir

https://www.antoloji.com/canakkale-268-siiri/

https://www.antoloji.com/pulumur-un-yassiz-kadini-siiri/

https://www.antoloji.com/soru-siiri/

https://www.siir.gen.tr/siir/b/bulent_ecevit/gocmen.htm

Quliyev, Cəmaləddin. Ərdəbilli kor qadının oğlu təbrizli Zübeydə xatunun oğluna qarşı: Özümüzlə barışmaq vaxtıdır // https://publika.az/news/nida_tehlil/468643.html

Öztürk, Gökhan (2017). Bir şair olarak Bülent Ecevit // Yüksek Lisans Tezi. Uludağ Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Türk dili ve edebiyati anabilim dali. Bursa.

Yılmaz, Mehmet Y. Herkes gider tersine biz giderken Mersin’e // https://t24.com.tr/yazarlar/mehmet-y-yilmaz-hafta-sonu/herkes-gider-tersine-biz-giderken-mersin-e,33605

 

Salidə ŞƏRİFOVA

filologiya elmləri doktoru, AMEA-nın professor, Rusiya Təbiər Elmləri Akademiyasının həqiqi üzvü

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Другие новости