Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

От политической преемственности к политическому лидерству

11-10-2024 [ 13:20 ] [ прочитано:158 ]
printerA+ | A-
104912

I HİSSƏ

Siyasi varisliyin təntənəsi

Məlum olduğu kimi, Azərbaycanda demokratik seçki sistemi müstəqillik dövrü epoxasında formalaşmış, bu tarixi mərhələdə ölkəmizdə prezident, parlament və bələdiyyə seçkiləri həmin əsasda keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. Həmin seçkidə xalqın və dövlətin möhtəşəm birliyi və həmrəyliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevdən sonra dövlət başçısı vəzifəsində seçkilərdə iştirak etmək və qalib gəlmək çətin və məsuliyyətli bir işi həyata keçirmək de-mək idi. Cənab İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunəsini göstərmişdir. İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ilk növbədə ölkəmizdə siyasi varisliyin təmin edilməsinə şərait yaratmışdır. Xalqın bu seçimi müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş hüquqi-demokratik dövlət quruculuğu xəttinin uğurla davamına tam təminat vermişdir.

Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan yüksək keyfiyyətlərə malik olmaq baxımından Prezident İlham Əliyev əsaslı üstünlüklərə malikdir. Əvvəla, Azərbaycan siyasətçiləri arasında İlham Əliyevin əsas fərqli cəhəti və üstünlüyü onun dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbini real şəkildə keçməsi ilə əlaqədardır. Zəngin təcrübəyə malik uzaqgörən dövlət xadimi Heydər Əliyevin həm Azərbaycan Sovet Respublikasında keçdiyi şərəfli mübarizə yolunun, həm də Sovetlər İttifaqının ən yüksək idarəetmə qurumlarında– Sov. İKP MK-nın Siyasi Bürosunda və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki məsuliyyətli və keşməkeşli fəaliyyətinin dərslərindən öyrənmək baxımından İlham Əliyev geniş imkanlara malik olmuşdur. Bu mənada Prezident İlham Əliyev üçün əsl milli dövlətçilik, mühüm bir siyasət məktəbi olan Heydər Əliyev məktəbinin dərsləri əsas istinad mənbəyi olmuşdur.

Bundan başqa, prezident seçkiləri ərəfəsində– oktyabrın 1-də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətində dünya miqyaslı böyük siyasətçinin verdiyi müdrik xarakteristika da İlham Əliyevin siyasi taleyində xüsusi əhəmiyyə-tə malik olmuşdur. Bu mənada Azərbaycan xalqına tarixi müraciətindəki müddəalar həm də görkəmli dövlət xadimi tərəfindən İlham Əliyevə verilmiş mühüm etibarnaməsidir. Azərbaycan xalqına müraciətdə ifadə olunmuş aşağıdakı mülahizələr həm 2003-cü ilin prezident seçkilərində, həm də ümumiyyətlə, İlham Əliyevin siyasi taleyində mühüm istiqamətverici rol oynamışdır: “Üzümü Sizə, həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İkincisi isə İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən əsas amillər olmuşdur. Belə ki, 1977–1982-ci illərdə keçmiş SSRİ-də ən inkişaf etmiş ali təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yüksək təhsil alması və orada müəllim kimi dərs deməsi, dissertasiya müdafiə edərək elmi dərəcə qazanması onun dövlətçilik dünyagörüşünə yiyələnməsində özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi 1995-2000-ci illərdə Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə bacarıqla rəhbərlik etməsi, bu mötəbər beynəlxalq qurumun sədrinin müavini seçilməsi İlham Əliyevin dünyada gedən ictimai-siyasi proseslərə, daha dərindən bələd olmasına şərait yaratmışdır.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti vəzifələrində respublikamızın əsas təbii sərvəti və mühüm maliyyə bazası olan neft hasilatının və gəlirlərinin daha da inkişaf etdirilməsi prosesində 1994-2003-cü illərdə yaxından iştirak etməsi də cavan siyasətçinin müstəqil dövlətin iqtisadi strategiyasının əsaslarını və perspektivlərini real şəkildə həyata keçirilməsinin əsas icraçılarından biri olmasına şərait yaratmışdır.

1997-ci ildən yerinə yetirməyə başladığı Azərbaycan Olimpiya Komitəsinin sədri vəzifəsi onun ölkə həyatının bütün sahələri ilə yaxından tanış olmasına mey-dan açmışdır. Yeni Azərbaycan Partiyasının sədrinin müavini olaraq, 1999-cu ildən və YAP sədrinin birinci müavini olaraq 2001-ci ildən etibarən cəmiyyətin siyasi həyatında keçdiyi şərəfli yol İlham Əliyevi müstəqil dövlətin başçısı vəzifəsinə daha da yaxınlaşdırmışdır. Nəhayət, Azərbaycan Respublikasının Baş naziri vəzifəsindəki 2003-cü ilin avqust ayından etibarən səmərəli fəaliyyəti qısamüddətli bir dövrü əhatə etsə də, onun artıq yeni tipli lider olduğunu xalqa çatdırmışdır. Keçdiyi məsuliyyətli yolun, yaşadığı ictimai-siyasi proseslərin çoxşaxəliliyinə görə dünya ölkələrinin rəhbərləri arasında İlham Əliyevlə müqayisə ediləcək lider göstərmək çətindir.

Bütün bunlara görə 15 oktyabr 2003-cü il Prezident seçkilərində Azərbaycan xalqı çətin sınaqlardan uğurla çıxaraq ümumxalq inamı qazanmış Heydər Əliyev yoluna və yeni təfəkkürə malik liderlik qabiliyyətləri ilə cəmiyyətin önündə gedən, Avropada və MDB ölkələrində kifayət qədər yaxşı tanınan, fərqli siyasətçi kimi diqqəti cəlb edən İlham Əliyevə səs vermişdir. İlk dəfə iştirak etdiyi prezident seçkilərində birinci turda 76 faiz səs toplayaraq qalib gəlməsi İlham Əliyevin ölkədə xüsusi nüfuza malik olduğunu bir daha təsdiqləmişdir. Bununla İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin layiqli siyasi varisi olduğunu isbat etmişdir.

Prezident İlham Əliyevin müstəqil dövlətimizə rəhbərliyinin birinci dövrü ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi və özündən əvvəl başlanmış layihələrin uğurla davam etdirilərək başa çatdırılması ilə səciyyələnmişdir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının yenidən qurulması və müasir texnologiyalarla təmin edilməsi, habelə 1999-cü ildə Xəzər dənizində “Şahdəniz” qaz yatağının kəşf edilməsi ilə Azərbaycan zəngin neft-qaz ölkəsi kimi tanınmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft boru xəttinin və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinin başa çatdırılması və istismara başlaması vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurla davam etdirilməsinə, ölkəyə real gəlir gətirməsinə səbəb olmuşdur. Bu nəhəng layihələr “Azərbaycan üçün olduğu kimi, region dövlətləri və bütün dünya üçün də mühüm əhəmiyyətə malikdir”. Bu möhtəşəm layihənin gerçəkləşdirilməsi ilə “müstəqil Azərbaycan sadəcə yeni limanlar və nəhəng rezervuarlar yox, nəticə etibarilə dost ölkələr və etibarlı müttəfiqlər də qazanmışdır… Ceyhandan cahana yola salınan ağırtonlu gəmilər və tankerlər Azərbaycanı Avropa ölkələri və ümumən dünya iqtisadiyyatı ilə üzvü surətdə bağlayır”.

Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə üzvü surətdə bağlı olan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramı (2004-2008-ci illər)” haqqında qəbul edilmiş 11 fevral 2004-cü il tarixli fərmanı ilə müəyyən edilmiş kompleks vəzifələrin icra edilməsi nəticəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, yeni sənayeləşdirmənin əsası qoyulmuş, çoxsaylı iş yerləri açılmışdır. Qaçqınların və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün ayrı-ayrı ərazilərdə böyük qaçqın şəhərcikləri salınmışdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində nəzərəçarpacaq inkişaf baş vermiş, turizmin inkişafı sahəsində mühüm addımlar atılmışdır.

Ölkənin yüksək səviyyədə idarə olunmasında və beynəlxalq arenada qazan-dığı böyük uğurlara görə 15 oktyabr 2008-ci ildə ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyev ikinci dəfə də Azərbaycan xalqının böyük etimadını qa-zanaraq, seçicilərin 88,77 faiz səsini əldə etməyə nail ola bilmişdir. Prezident İl-ham Əliyevin rəhbərliyi ilə 2008-2013-cü illərdə Azərbaycan Respublikasında cə-miyyət həyatının bütün sahələrində uğurla həyata keçirilən genişmiqyaslı islahatlar böyük bəhrə vermişdir. Regionların inkişaf etdirilməsinin ikinci fazası paytaxtdan kənarda yeni sənaye sahələrinin şəbəkəsinin daha da genişləndirilməsinə və qeyri-neft sektorunun, aqrar sahənin aparıcı istiqamətlərdən biri kimi prioritet istiqamətə çevrilməsinə, yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdır.

Bank işi, aqrar sektor, xidmət sferası, turizm, nəqliyyat sahələri Azərbaycanın çoxşaxəli inkişafının aparıcı istiqamətlərinə çevrilmə prosesinə qədəm qoymuşdur. Enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə böyük məsafələr qət edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, tərəfdaşları daha da çoxalmışdır. Xüsusən, Azərbaycan Respublikasının 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə 129 səs əvəzinə 155 səs toplayaraq qələbə qazanması beynəlxalq miqyasda əldə olunmuş böyük uğurdur.

İlham Əliyev 2013-cü ilin Prezident seçkilərinə artıq ictimai-siyasi sabitlik, şaxələndirilmiş iqtisadi inkişaf və güclü beynəlxalq nüfuza malik olmaq kimi mühüm nəticələrlə getmişdir. Prezident seçkiləri ərəfəsində Davos Dünya İqtisadi Forumu 2012-2013-cü illər üzrə Qlobal Rəqabət qabiliyyətlik İndeksinə görə Azərbaycan dünyada 46-cı, MDB məkanında isə birinci yerə çıxmışdır. Azərbaycan Respublikasında 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qazandığı 84, 54 faiz səs Müstəqil Dövlətlər Birliyi üzrə rekord göstərici idi.

Qeyd etmək lazımdır ki, 2013–2018-ci illərdə ölkəmizdə çoxvektorlu və çoxşaxəli iqtisadi-mədəni inkişafın möhkəm əsasları yaradılmışdır. Eyni zamanda, bu mərhələdə Azərbaycan Respublikasının Avropa İttifaqının Nazirlər Şurasına sədrlik etmək səlahiyyəti qazanması ölkəmizin qərbyönlü müstəqil inkişafının mühüm göstəricilərindən biri sayılmalıdır. Dünya birliyi görkəmli dövlət başçısı İlham Əliyevi həm də beynəlxalq aləmdə söz və nüfuz sahibi olan bir lider kimi qəbul etmişdir.

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin başa çatdırılması da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsidir. Bununla ölkəmiz XXI əsrin Avropa ilə Asiyanı əlaqələndirən Dəmir İpək Yolunun əsas yaradıcılarından biri statusunu qazanmışdır.

Eyni zamanda, Azərbaycanda böyük uğurla keçirilmiş Birinci Avropa və İs-lam həmrəyliyi oyunlarının doğurduğu geniş əks-səda Avrasiya ölkələri ilə əlaqə-lərimizin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multukulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi və həmin istiqamətlərdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi dünya ölkələrində birlik və həmrəyliyin bərqərar olmasına ölkəmizin sanballı töhfəsidir.

Beləliklə, 2013-2018-ci illərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan Respublikası lider dövlətlərdən biri səviyyəsinə yüksəlmişdir. Artıq İlham Əliyev dünyanın tanınmış, aparıcı ölkələrinin liderləri ilə müqayisə oluna biləcək yeni tipli və müstəqil siyasət aparan dövlət xadimi kimi qəbul edilmişdir. Bu isə Azərbaycan Respublikasında müstəqillik dövrünün İlham Əliyev epoxasının yarandığını diqqət mərkəzinə çəkmişdir. İlham Əliyev epoxası – müstəqillik tariximizin davamlı və dayanaqlı inkişafının, sürətli və hərtərəfli yüksəlişinin xüsusi mərhələsi olub, ölkəmizin sistemli şəkildə inkişafda olan və perspektivli respublika səviyyəsinə çatmasını, gələcəyə doğru inamla irəliləməsini özündə əyani surətdə ifadə edən tarixi bir dövrdür. İlham Əliyev dövrü Heydər Əliyev epoxasının uğurlu davamı və yeni inkişaf mərhələsidir.

 

 

Siyasi varislikdən siyasi liderliyə

Növbədənkənar seçki zərurəti və növbəti tarixi zəfərlər

II HİSSƏ

 

Müstəqil dövlətimizin hərtərəfli şəkildə inkişaf etdirilməsi sahəsindəki xüsusi xidmətləri və dünya birliyində qazandığı böyük imic Prezident İlham Əliyevin 2018-ci ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair qəti qərara gəlməsinə imkan vermişdi. Bu mənada Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2018-ci il tarixli sərəncamı ilə 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qəbul etdiyi qərar xalqımız qarşısında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş dövlət başçısının özünə inamının əyani ifadəsidir.

Bununla bərabər, 2018-ci ildə Azərbaycanda ilk növbədənkənar seçkilərin keçirilməsi həm də ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində daha böyük nailiyyətlər qazanmaq, respublikanı möhtəşəm uğurlara doğru aparmaq, yeni və genişmiqyaslı islahatlar həyata keçirmək üçün əlavə vaxt və imkan qazanmaq məqsədi daşımışdır.

Əslində, Azərbaycan Respublikasının Nazirlər Kabinetində aparılan islahatların, Milli Məclisdə formalaşdırılan yeni siyasi konfiqurasiyanın, ölkə həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklərin həyata keçirilməsinə nail olmaq üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri və əhəmiyyətli idi. Dövlət müstəqilliyinin bərpa edilməsindən sona Azərbaycan Respublikasında keçirilmiş ilk növbədənkənar prezident seçkiləri olan bu səsvermədə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin seçicilərin 3 394 898 nəfərinin etibarını qazanaraq 86,02 faiz səs toplaması seçkilərdə tam inamlı qələbənin əldə olunması deməkdir. Bu, həm də güclü dövlət, güclü xalq və güclü liderin üzvü vəhdəti səviyyəsində qazanılan mühüm qələbə kimi də yaddaşlara yazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev 2018-ci il aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki nitqində növbədənkənar seçkilərin fəlsəfəsini xalqımıza çatdırmaqla bərabər, həm də sanki yaxın gələcəkdə ölkəmizi gözləyən II Qarabağ müharibəsinin də anonsunu vermişdir: “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır… Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın… Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir… Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır… Bu, onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik...”

Müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələ kimi qiymə

Другие новости