Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Инновация Академика Исы Габиббейли в области литературной критики широко обсуждалось на международной конференции.

11-12-2020 [ 11:04 ] [ прочитано:24 ]
printerA+ | A-
100371

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Elmlər Akademiyasının Qalimjan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Kazan şəhərində “XX-XXI əsrlərdə milli ədəbiyyatların janr-üslub xüsusiyyətlərinin inkişafı” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə Rusiya, Azərbaycan, Orta Asiya respublikaları və başqa ölkələrdən alim-tədqiqatçılar iştirak ediblər.

Konfransda ölkəmizi təmsil edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Ədəbi növ və janrların təsnifatına yeni baxış: eksperimentlər və satira ədəbi növ kimi” mövzusunda məruzəsi dinlənilib.

Akademik İsa Həbibbəylinin məruzəsində problemə elmi baxış bucağından nəzər yetirilərək, ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi üzrə dəqiq təhlil və konkret ümumiləşdirmələr aparılıb. Konseptual xarakter daşıyan məruzədə elmi nəzəriyyəyə satiranın da yeni ədəbi növ olaraq daxil edilməsi və bu ədəbi növün özünəməxsus janrlarının olması əsaslı dəlillərlə ortaya qoyulur. Akademik İsa Həbibbəyli satiranın yeni ədəbi növ kimi işlənilməsinin vacibliyini önə çəkərək, uzun illərin axtarışları sayəsində belə bir yekun elmi nəticəyə gəldiyini beynəlxalq konfransın iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanlı alimin yeni elmi yanaşması dünya alimləri tərəfindən yüksək dəyərləndirilib. Məruzə ətrafında çıxış edən ədəbiyyatşünas və dilçi alimlər akademikin bu elmi qənaətinin ədəbiyyat nəzəriyyəsi sahəsində mühüm yenilik olduğunu qeyd ediblər.

Qeyd edək ki, konfransın materialları Kazan şəhərində tatar və rus dillərində nəşr olunub.

Другие новости