Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

В Институте литературы состоялась встреча с узбекскими поэтами

01-12-2019 [ 11:15 ] [ прочитано:21 ]
printerA+ | A-
99496

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Öktəmay Xaldarova və Gülçöhrə Şahodinnikova ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki ölkə arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin daha da genişləndiyini bildirib. Akademik rəhbərlik etdiyi institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin Azərbaycan-Özbəkistan ədəbiyyatlarının qarşılıqlı təbliğində rolunu xüsusi qeyd edib. O, Həmidulla Baltabayevin iki ölkənin ədəbi prosesində yaxından iştirak etdiyinə görə Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatına layiq görüldüyünü xatırladıb.

Sonra çıxış edən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova özbək şairlərin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, onlar Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm xidmətlər göstərib, Xocalı soyqırımına aid dastan yazıb, həmçinin Xalq yazıçısı Anarın, Nəbi Xəzrinin və digər yazarlarımızın əsərlərini özbək dilinə tərcümə ediblər.

Sonda qonaqlar çıxış edərək səmimi qəbul üçün minnətdarlıqlarını bildirib, bundan sonra da qardaş Azərbaycan ədəbiyyatını Özbəkistanda təbliğ edəcəklərini söyləyiblər.

Görüşdə Ədəbiyyat İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktoru, dosent Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və şair Rüstəm Behrudi də iştirak ediblər.

PHOTO GALLERY

Другие новости