Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Институт в СМИ

Академик Иса Габиббейли. Профессиональный художник и искусный скульптор

12-02-2019 [ 10:29 ] [ прочитано:66 ]
printerA+ | A-

Azərbaycan təsviri sənətinin və heykəltəraşlığın inkişafında özünəməxsus mühüm xidmətləri olan görkəmli xalq rəssamı, professor Hüseynqulu Əliyev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, təsviri sənətin rəngkarlıq, qrafika, teatr rəssamlığı istiqamətlərində və heykəltəraşlıq sahələrində professional səviyyədə məşğul olur, özünün ustad sözünü deyə bilir.

Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyarkən (1971-1975) çəkdiyi peyzaj rəsmləri ilə yaradıcılığa başlayan Hüseynqulu Əliyev fərqli baxış bucağı və rəng seçimi ilə maraq doğuran gənc fırça sahibi kimi müəllimlərinin diqqətini cəlb etmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsində təhsil aldığı illərdə (1977-1982) isə o, bu böyük sənət ocağında ona dərs demiş Azərbaycanın görkəmli sənətkarlarından Lətif Kərimov, Toğrul Nərimanbəyov və Tokay Məmmədovdan rəssamlığın və heykəltəraşlıq sənətinin sirlərini daha dərindən öyrənmiş və yaradıcılıqla inkişaf etdirmişdir. Beləliklə, Hüseynqulu Əliyevin sənətində iki istiqamətin - rəssamlıq və heykəltəraşlığın əsası qoyulmuşdur. Təsviri sənətdə o, Toğrul Nərimanbəyov rəngkarlıq məktəbinə aid olub, bu əlvan rənglərin palitrasından ibarət olan sənət üslubunu yaradıcılıqla davam etdirmək və yeni çalarlarla zənginləşdirməklə öz dəst-xəttini müəyyən etmişdir. Xalq rəssamı Hüseynqulu Əliyevin rəsm əsərlərində təsvir edilən nar dənələri və təbiət təsvirlərindən kompozisiya yaratmaq bacarığı ana xətləri ilə Toğrul Nərimanbəyov məktəbinin onun sənətində yaşayan izləridir.

http://525.az/site/?name=xeber&duzelis=0&news_id=115028#gsc.tab=0