26-28 oktyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Kocaeli vilayətində Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə “Kartepe Zirvəsi. Köç, mültəcilik və insanlıq” mövzusunda beynəlxalq sammit keçirilib. Bu tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva iştirak edib. Beynəlxalq sammitdə gənc alimin “Azərbaycan mətbuatında qaçqınlıq, mültəcilik, soyqırımlar və Qarabağ müharibəsi” və “Qarabağ müharibəsinin dünəni və bu günü” mövzusunda məruzələri dinlənilib və 2 sertifikatla təltif olunub.