Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Вагиф нашего литературоведения (Вагиф Юсифли - 75): сборник статей

23-07-2023 [ 21:46 ] [ прочитано:360 ]
printerA+ | A-
103624

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin 75 illiyinə həsr edilmiş kitab işıq üzü görüb. “Ədəbi tənqidimizin Vaqifi” (Vaqif Yusifli - 75) kitabı Ədəbiyyat İnstitutunun Elmi Şurasının 1 iyun 2023-cü il tarixli 3 saylı qərarı ilə çap edilib.

 AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli faktoru” başlıqlı ön sözündə yubliyarın zəngin yaradıcılığını yüksək qiymətləndirib.

 Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Tərtibçiləri Ədəbi tənqid şöbəsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova və Gülnarə Qarayevadır.

Kitabda tanınmış sənətkarların, elm xadimlərinin görkəmli Azərbaycan tənqidçisi Vaqif Yusiflinin anadan olmasının 75 illiyinə həsr etdikləri yazıları toplanıb. Bu yazılardan Anarın “Bədii sözün keçikçisi”, Nəriman Həsənzadənin “Daimi axtarışda”, Sabir Rüstəmxanlının “Bu, Vaqif yusiflidir”, Tehran Əlişanoğlunun “Tənqidçi olmağın sirri – Vaqif Yusifli tezisləri” və başqalarını qeyd edə bilərik. Kitabın “Özü və əsərləri haqqında” bölümündə Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın, Kamal Talıbzadənin, Cavanşir Yusiflinin və başqalarının müxtəlif illərdə Vaqif Yusifli haqqında yazdığı yazılar da cəmlənib.

“Elm və təhsil” nəşriyyatında çap edilən kitab 280 səhifədir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Другие новости