Вагиф Самадоглу – иная фигура в современной поэзии не только по своей теме, стилю, событию или предмету, но больше по жизни и смерти, но также, и это самое главное, по любви (рассвет, зарисовка в тумане... ), всего этого мы не говорим из-за подхода в художественном тексте, это и так ясно.
Girmək istəyirəm yuxuna...
Taiti adalarından
balıqçı qayıqları
okeana çıxan vaxt.
Ora vaxtıyla, duman içində...
Ona görə deyirik ki, Vaqifin şeirə münasibəti digər şairlərdən çox-çox fərqlidir, onun hər bir mətnində şeirlə və öz ömrüylə bağlı nəsə var, ya birbaşa mətndə, ya da mətn altında. Birbaşa deyilənlər onun inadını əks etdirir: şair dünyanı misra-misra, şeir-şeir kəşf edir, yaxud bilinən dünyanı tanınmayan hala düşənəcən "korlayır".
Mətn altında qalanlar şeir yazmaqla bağlı şairin ömrünə hopan gizli bir kədərə işarə edir, biz bu işarələrin ardınca qoşuruq, amma deyilənləri orda tapmırıq, aldanıb çaşırıq. Bilmirik, bu gizli kədərin altında günahmı, yoxsa, başqa bir şey yatır? Onun şeirlərində iki iş birdən, eyni zamanda icra olunur: kədəri elə yerindən vurub oyandırır ki, biz bunu məlhəm sayırıq və ürəyimizdə gəzdirdiyimiz yaranın üstünə salırıq, sarıyırıq, ancaq ikinci tərəfdən o yaranın qaysağını qoparır, yara qövr edir, insan yaşadığını hiss edir və bu hiss bütün ömrü boyu keçirdiyi hissdən milyon dəfələrlə güclü olur, demək, məqsəd yaddaşın, yaranın içindəki dərinliyə çatmaqdır. Xalis poeziya o dərinlikdədir. Ora qədər yoldur. Kim o dərinliyə çatıb? - Heç kəs. Poeziya aləmində hələ bircə şair də, yaddaşımızda inildəyən yaranın ən qurtaracaq nöqtəsinə qədər gedə bilməyib, çünki o nöqtə yoxdur. Məqsəd isə olmayan bir şeyi tapmaqdır. Şeirdə ilğım bundan yaranır və hər şey diqqət ediləndə macəra effektinə köklənir.
...Hərdən adama elə gəlir ki, bu şeirlər uzaq keçmişdə qüssədən bağrı çatlamış bir insanın şüuraltısının bərpa edilmiş şəklidir (yəni, bu şeirləri diqqətlə oxuyanda, mətnin bir az da gizlinlərini araşdıranda, ora əbədilik hopan qüssənin mənbəyi kimi əlini hara gəlsə, ata bilərsən və peşman olmazsan, - bu dediyimiz yüzlərlə variantdan yalnız biridir - !). Onun bütün ömrü boyu susub dünyadan köçdüyü an danışmaq istədiyi, fəqət, dilə gətirə bilmədiyi şeylər dirilərək bu mətnlərə çevrilmiş və şeiri qurub-yaradan detallar, obraz və metafora... bunların hamısı o qədər şərtiləşib ki, indicə mətni tərk edib gedəcəklər və biz qəfildən həmin adamın sükutunun səsini eşidəcəyik. Ancaq yuxarıda dediyimiz kimi, qüssə hansı əsrdən qopub gəlirsə-gəlsin, o mütləq şairin qəlbində yuva qurduqdan, oranın həyatını, sözün ciddi mənasında, qarışdırdıqdan sonra poetik obraza çevrilir və bütün bunlar müəyyən müddətdən sonra şairin varlıq haqqında orijinal təsəvvürünün yaranmasına yardımçı olur.
Bilmək istəsəniz, onun metaforasının məğzini:
...Mənə tütək səsi dəydi uzaqdan,
Mənimlə həyatın işi yox imiş,
Ölümdən savayı arxam yox imiş...
Yuxarıda vurğuladığımız ikinci əsas istiqamət isə şairin bütün yollardan ayrılıb əsl şeirin olduğu məkanı tapmaq, orda olmaq istəyidir. Onun az qala, bütün şeirlərində "ömür bəhanədir şeir yazmağa", o yeri tapmaq üçün hərdən rastına çıxanları usanmadan sınayır, şeir onun üçün hər şeyi əvəz edir və hər şeydir, Vaqifin bütün qəlbi bu nöqtədə çarpır, bu nöqtəni bilmədən onun həm həyatında, həm də yaradıcılığında istədiyin qədər qüsur tapa bilərsən, necə ki, müasirləri Fetdə tapırdılar. Onun obrazının əsas xassəsi nədirsə, əsl şeirə gedən yol ilğımdır, ancaq burda rasional düşüncəyə yer yoxdur, əsas olan büdrəmək və yıxılmaqdır, iztirab çəkib, dünyanın qabığından qurtulub mahiyyətə çatmaqdır, ancaq nə eləsən də, həmişə "yəhərlənməmiş dünyanın belindən yıxılırsan..."